Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı Məlumatlar2 ildə 197 kilo arıqladı

ABŞ vətəndaşı olan David Smith uşaqlıq illərindən artıq çəki problemindən əziyyət çəkir. Yemək sevgisindən 15 yaşında 133 kilo, 21 yaşında isə 234 kiloya çatan Devid 292 kiloya çatdığı zaman isə evdən çıxmaqa belə utanırmış və intihar etməyə cəhd etmək istəyib. Lakin dostlarının mənəvi dəstəyi və təkidi ilə bir idman salonuna üzv olaraq arıqlamaq üçün məşqlərə başladı. Kalorili və xəmir yeməklərindən uzaq olmaqla bir dieta və müntəzəm məşqlər sayəsində Devid 2 il ərzində 197 kilo arıqlayaraq normal çəkiyə düşmüşdür .İstək və iradə sayəsində istənilən arzuya nail olmağın mümkünlüyünü vurğulayan Devid hal hazırda sadəcə aşiq olmaq istədiyini bildirir. Ardı »

Maraqlı MəlumatlarMövsümi allergiyadan xilas edən vasitələr açıqlanıb

Mövsümi allergiya immunitet sisteminin bəzi maddələrə qarşı sərt reaksiya göstərməsi ilə büruzə verir. "Milliyyət" qəzeti xəbər verir ki, alleriya bu maddələri qoxuladıqda ümumilikdə burunda qaşınma, yanma, axma, göz qapaqlarında şişmə, quru öskürək və baş ağrısı kimi simptomlarla müşahidə olunur. Orqanizmi allergiyaya qarşı qoruyarkən həkimin yazdığı dərmanlar istisna olmaqla, bəzi təbii məhsullardan da istifadə edə bilərsiniz.

Rəngli meyvələr

Rəngli meyvələr antioksidan baxımdan olduqca zəngindirlər. Bu kateqoriyaya daxil olan meyvələrin sayəsində infeksiya və xəstəliklərə qarşı mübarizə sistemi güclənir. Məlumdur ki, C vitamini allergiya simptomlarını azaldır. Sitrus və xüsusilə də kividə bol miqdarda olan C vitamini mövsümi allergiyadan əziyyət çəkənlər üçün əsl dərmandır.

Yaşıl tərəvəzlər

Mevyələr kimi rəngli Ardı »

Maraqlı MəlumatlarCib telefonu böyüməyə təsir edir

Elektromaqnit dalğalar yayan bu cihazların, böyümə hormonunun ifraz olunmasına təsir göstərərək inkişafa zərərli olduğu bildirilir.

Boy artımı hormonunun, təxminən 25 yaşa qədər gecə saatlarında təmin olunduğu, bu baxımdan da sağlam böyümək istəyən uşaqların yataq otaqlarında elektromaqnit dalğalar yayan cihazların (telefon, kompüter və s.) saxlamalarının zərərli olduğu bildirilir.

Cib telefonu ilə nə qədər çox danışsanız o qədər qulağınızla başınızın ağrıdığını, üzünüzün isə qızardığını hiss edərsiniz.
Bu baxımdan telefondan qədərində istifadə etsəniz daha yaxşı olar. Ardı »

Maraqlı MəlumatlarÇox qəhvə içən qadınların hamilə qalma şansı azdır

Türkiyə mətbuatının verdiyi məlumata əsasən, bu barədə İsveçdə yayımlanan "Dagens Nyheter" qəzeti xəbər verib.

Qəzet yazır ki, Danimarkanın Arhus Universiteti xəstəxanasının həkimi Ulrik Şchioler Kesmodelin dediyinə görə, 4 min qadın üzərində aparılan təcrübə nəticəsində aydın olub ki, gündə 3 fincandan çox qəhvə içən qadınların qəhvə içməyən qadınlara nisbətən təbii yolla hamilə qalma şansı yarı-yarıya azalır və uşaqsalma riski artır.

Qəhvənin də siqaret kimi hamilə qalmağı çətinləşdirdiyini qeyd edən Kesmodel bildirib ki, uşaq sahibi olmaqda çətinlik çəkən cütlüklərin görməli olduqları tədbirlərin ən əsası siqareti və spirtli içkiləri tərgitməkdir. Əgər çəkiləri çoxdursa, arıqlamaq da şərtdir. "Gündə iki fincan qəhvə ola bilər, üç fincan mübahisəlidir, dörd Ardı »

Maraqlı MəlumatlarSiqaretə qarşı mübarizədə daha bir metod

Mütəxəssislərin təcrübələrinə görə beyinə maqnit dalğaları göndərməklə beynin nikotin asılılığını ortadan qaldırmaq olar.
Onların fikrincə bu metod beyin fəaliyyətlərində olacaq dəyişikliklərə görə siqareti buraxmağa kömək edir.
İsrailin Ben Gurion Universitetinin mütəxəssis qrupu, təcrübələr zamanı maqnetik dalğaları, beynin nikotin asılılığı ilə əlaqədar iki bölgəsinə tətbiq ediblər.
"Neurosciences" 2013 konfransına təqdim olunan məlumatlar bu üsulun həqiqətən siqaret asılılığına təsir göstərdiyini ortaya qoyub.
Lakin bir sıra mütəxəssislər bu müalicəyə başlamazdan əvvəl daha əhatəli tədqiqatlar aparılmasının vacib olduğunu söyləyib.
Verilən məlumatlarda oda bildirilir ki, beyin funksiyalarına təsir göstərmək üçün icad edilən və MUBS (Transcranial Magnetic Stimulation ) deyə xatırlanan neyronların xəbərdar edilməsi texnikası, hələ də depressiya müalicəsində istifadə edilir. Ardı »

Maraqlı Məlumatlar27 gün davam edən ereksiya

Amerikada yerləşən Domnikan Respublikasında son günlərdə kütləvi informasiya vasitələrinin diqqət mərkəzində Luis Rodriguez adlı vətəndaşdır,
onun diqqət mərkəzinə düşməsinə səbəb isə olduqca maraqlıdır. Belə ki, 45 yaşlı Luis tibbdə priapizm adı verilən xəstəliyə tutulub.
Priapizim kişilərdə cinsi orqanın insanın öz iradəsi və istəyi xaricində uzun müddətli ereksiya halında qalmasıdır. Luis bu problemin qrip əlehinə qəbul etdiyi bir dərmandan qaynaqlandığını bildirib. Xəstəliyin uzun müddət davam etdiyini görən Luis Santiago xəstəxanasına müraciət edib lakin müayinə zamanı məlum olub ki, xəstəliyə səbəb Luisin kokain qəbul etməsidir.
27 gün keçməsinə baxmayaraq ereksiyanın davam etdiyini görən həkimlər xəstənin qanqrenadan ölə biləcəyini nəzərə alaraq onun cinsi orqanını kəsməyə qərar veriblər. Ardı »

Maraqlı MəlumatlarTənhalıq insanın həyatını qısalda bilər

BBC bildirir ki, 1600-dək yaşlı insan üzərində tibbi tədqiqat aparmış ABŞ alimləri "tənhalıq hissi" keçirənlər arasında ölüm riskinin azqala 2 dəfə artıq olduğunu aşkar ediblər.

Tənhalıq eləcə də, funksional tənəzzül və gündəlik fəallığın düşməsilə müşayət olunub.
Orta yaşı 71 olan müşahidə edilən yaşlılar qrupunun üzvlərindən onların özlərini "atılmış, təcrid olunmuş, yaxud ünsiyyətdən məhrum olunmuş" hiss edib-etmədikləri soruşulmuşdur.

Həmin yaşlılar qrupundan olanların təxminən 43%-i sadalanan "tənhalıq" anlamını təşkil edən 3 vəziyyətlərdən birini yaşadıqlarını bildirimişdilər.
Kaliforniya Universitetindən Carla Perissinotto'nun rəhbərlik etdiyi elmi qrup aparılmış tədqiqatların nəticələrini Archives of İnternal Medicine internet jurnalında dərc etdirib. Məqalədə bunlar qeyd edilib:

"Tənhalıq yaşlı adamların tutulduğu xəstəliklərin ümumi mənbəyi sayıla bilər. Biz Ardı »

Maraqlı MəlumatlarSevdiyin insanlara qucaqlaşaraq sarılmaq uzunömürlüyə təsir edir

Doğma və yaxınlarınızla, başqa sözlə sevdiyiniz insanlarla görüşdükdə sarılıb qucaqlaşmaq stressi aradan qaldıraraq, təzyiqi normallaşdırmağa kömək edir.

Bu məlumat Vyana Universitetinin Avstriyalı alimləri tərəfindən Daily Mail xəbər agentliyinə bildirilib.

Onlar öz tədqiqatlarında həmin insanların bir-birinə yaxınlıq və doğmalıq göstərərkən təmas anının reaksiyasına baxıblar.

Bu zaman onlar ana və uşaqlara baxaraq onların həlim münasibətlərində olan qayğı və diqqətin stresi aradan qaldırıb, təzyiqi normallaşdırmaqla bərabər uzunömürlüyə təsirini və başqa aspektləri müəyyən etmişlər. Ardı »