Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MəlumatlarMeyvələrin dərmanla qarşılıqlı təsiri

Avropa tədqiqatları təşkilatı tərəfindən qidalanma mövzusuna aid aparılan yeni və böyük bir tədqiqata görə meyvə-tərəvəzlər araşdırılıb.
200 min insan üzərində aparılan tədqiqatda, meyvə və tərəvəz ilə qidalanmanın xərçəng riskini azaltmaq mövzusunda heç bir əlaqəsinin olmadığı ortaya çıxıb.
Eyni şəkildə Kanada Tibb Birliyi Jurnalında içində kimyəvi maddələr olan qreyfurtların bəzi dərmanlar ilə ölümcül təsiri mövzusunda xəbərdarlıq edib, və bəzi alma sularından alınan dərmanların təsirini azaltdığı meydana çıxıb. İngiltərə Xərçəng Jurnalına görə qreyfrut, həmçinin məmə xərçəngi riskini artırır.
Menopauza keçirmiş 500.000 qadın üzərində edilən bir tədqiqatda gündə meyvə yeyən dörd qadından birində 30% nisbətində döş xərçəngi riski artır. Ardı »

Maraqlı Məlumatlarİranda ikibaşlı qız dünyaya gəlib

İranın cənub-qərbindəki Zahidan şəhərində iki başı olan qız uşağı dünyaya gəlib.

Türkiyə KİV-nin verdiyi məlumata görə, körpə doğulandan dərhal sonra ölüb. Həkim Leyla Kəlbəli bildirib ki, doğuş qeysər kəsiyi yolu ilə həyata keçirilib.

Onun sözlərinə görə, ikibaşlı körpəni yaşatmaq mümkün olmayıb.

Səhiyyə mütəxəssisləri anomal hadisəni qohumlar arasındakı evliliklə əsaslandırırlar. Ardı »

Maraqlı Məlumatlarİspaniya cərrahları xəstəyə 2 ayaq tikdi

"Fox News" - un verdiyi məlumata görə, tibb tarixində ilk dəfə olaraq, pasiyentə 2 ayaq tikilib. Əməliyyat 7 saatdan artıq davam edib.

Dünya mütəxəssisləri bunu tibb elmində böyük sıçrayış sayırlar. Bu, dünyada ayaqları olmayan saysız-hesabsız insana bu bəladan qurtulmaq imkanı verə bilər.

Amma əməliyyat uğurlu keçsə də, pasiyentin orqanizminin yeni ayaqları "qəbul" edib-etməyəcəyi hələ bilinmir.

Bu, qarşıdakı günlərdə bəlli olacaq: "Onu çox uzun müddətli və çətin bərpa dövrü gözləyir". Ardı »

Maraqlı MəlumatlarPsixoloqlar ailə möhkəmliyinin asılı olduğu bir neçə amili açıqlayıb

Ən möhkəm ailələr tanışlıqdan 2 il sonra qurulan ailələrdir.
Əcnəbi psixoloqlar bu qənaətə gəlib. Rusiya mətbuatının verdiyi məlumata görə, psixoloqlar ailə möhkəmliyinin asılı olduğu bir necə amili açıqlayıb.
Belə ki, tanışlığın ilk günlərindən intim münasibətləri cütlüklərin birlikləri uzunömürlü olmur.

Belə cütlüklər tez ayrılır. Bu halda iş nikaha kimi uzansa belə, onların tez pozulma riski yüksək olur.

Araşdırmalara görə, 3-4 ay tanış olan cütlüklərin 40 faizi evləndikdən sonra tələsdiklərini anlayır və boşanırlar. Lakin 2 il tanışlıq müddətindən sonra evlənən
cütlüklərin möhkəm ailə qurmaq şansı 80 faizdir.

Tədqiqatlar daha bir maraqlı faktı üzə çıxarıblar. Sən demə, bacısı olan kişilər daha ailəcanlı olurlar. Ardı »

Maraqlı MəlumatlarYuxularımızdakı 13 sirr

Dünyanın istisnasız olaraq bütün xalqlarında yuxuyozmalar, yuxulardakı hadisələrin sonradan gerçək olması və ya gerçəklərdən xəbər verməsinə inam var.
Qədim Roma dönəmlərində romalıların senatı belə, yuxuları təhlil edir, çözməyə çalışırdı.

Bəs yaxşı, röyalar barədə nə bilirik?

Milli.Az "Scientist"ə istinadən bildirir ki, yuxularla bağlı 13 önəmli məqam aşkarlanıb.

1. İnsan yuxuda gördüklərinin 90 faizini unudur. Yuxudan ayılandan sonrakı 5 dəqiqədə insan, yuxularının 50, 10 dəqiqə sonra isə 90 faizini tamamilə unudur.

2. Korlar da yuxu görürlər. Doğulandan sonra kor olanlar yuxularında dəqiq görüntülər görürlər. Anadangəlmə korlar isə yalnız lamisə hisslərinə istinadən əldə etdikləri informasiyalar əsasında yuxu görürlər.

3. Hamı yuxu görür. Ciddi psixoloji Ardı »

Maraqlı MəlumatlarTeletibb-Telefon və ya İnternet vasitəsilə həkim məsləhəti

Həkimlərin xəstələrinə telefon və ya internet vasitəsilə məsləhət verməsi, eləcə də kənd yerlərindən böyük şəhərlərdəki mütəxəssislərlə təmas qurması Tele-tibb adlanır.

Tele-tibb uzun illərdir fəaliyyət göstərir. Lakin yeni texnologiya, smartfonlar, planşetlər və veb-kameralar bu növ xidməti yeni mərhələyə çatdırıb.
Hazırda Birləşmiş Ştatlarda səhiyyə sistemində virtual təcili yardımlar təklif edilir. İnsanlar həkimləri ilə evdən çıxmadan video-çatda görüşə bilər.

Diana Rai Vaşinqton ştatında tibb bacısıdır. Bu yaxınlarda o, virtual yardımın necə həyata keçirildiyini nümayiş etdirib.
Bunun üçün Diana bu xidməti Skype-la həyata keçirib. "Salam, mənim adım doktor Ben Qrindir. Mən Fransiskan virtual yardım həkimlərindən biriyəm."

Doktor Qrin xəstəsindən şikayətlərini deməsini istəyir. Bundan sonra o, xəstəsini müayinə etmək üçün Ardı »

Maraqlı MəlumatlarMövsümi dəyişikliklərdə gözlənilən xəstəliklər

Asqırma, boğaz və baş ağrısından əziyyət çəkən xəstələr mövsümü dəyişikliklərə daha çox diqqət etməlidirlər.
Bu dövrdə yuxarı tənəffüs yolu infeksiyalarına tez rast gəlindiyi bildirilir. Kafi vitamin və mineral qəbulu ilə bu cür problemlərin artmasının qarşısını almaq olar.
Mövsümi dəyişikliklər, soyuq hava kimi səbəblərdən iltihablı bağırsaq sindromunun olmasına səbəb ola bilər. Xalq arasında bahar yorğunluğu olaraq bilinən halsızlıq, inciklik və istəksizlik, alergiya halları da mövsümü dəyişikliklər zamanı gözlənilən simptomlardır. Mövsümü dəyişikliklər zamanı olacaq xəstəliklər üçün görüləcək tədbir zamanı yaş saçla çölə çıxılmaması, küləyə qarşı getməmək, tozlu mühitlərdə olmamaq, insulini sürətli olaraq qaldıran yeməklərdən uzaq dayanmaq məsləhətdir.
Daha çox isə bol miqdarda lifli Ardı »

Maraqlı MəlumatlarƏsnəmək beyni sərinləşdirir

İnsanın özünü key hiss etməsinə səbəb olan əsnəmənin beyni sərinləşdirdiyi məlum olub.

ABŞ-ın Princeton Universitetində aparılan araşdırmada təcrübə aparılan şəxslərə əsnəyən insan görüntüləri göstərilib.

Beləliklə, əsnəyənləri müşahidə edən araşdırmaçılar, əsnəmənin beynin istiliyini nəzarətdə saxladığı və beyni sərinləşdirdiyini aşkarlayıblar. Ardı »