Maraqlı Məlumatlar → Evlilikdə psixoloju uyğunluğun rolu
Öncə bir-birinizə psixoloji baxımdan uyğun gəlib-gəlmədiyinizi müəyyənləşdirməlisiniz.
Birlikdə yaşayacağınız haqda çoxdandır ki, düşünürsünüz. Nəyahət, istədiyinizə nail olursunuz. Amma romantik duyğular zamanla itiliyini itirməyə başlayır. Psixoloqlar bunu adaptasiya adlandırırlar. Həyat yoldaşınız nişanlılıq dönəmində tanıdığınız insandan tam fərqli olur. Bundan sonra hər şey dəyişir: sevgi gah azalmağa, gah da itməyə başlayır. Atalar «Tez alışan, tez sönər» deyib. Ona görə də psixoloqlar evlilik üçün təkcə sevginin olmasını kifayət saymırlar. Öncə bir-birinizə psixoloji baxımdan uyğun gəlib-gəlmədiyinizi müəyyənləşdirməlisiniz. Psixoloji uyğunluq bir neçə əsas parametrlə ölçülür. Uyğunluğun ilk göstəricisi biolojidir. Doğulduqdan hamımız fərqli temperamentə sahib oluruq. Bu keyfiyyət insana göz və ya saç rəngi kimi ömürlük verilir, yəni Ardı »