Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı Məlumatlar: Çində bir ildə 13 milyon abort edilir

“China Daily” qəzetinin apardığı bir araşdırma zamanı məlum olmuşdur ki, çox uşaqlılığın qadağan olunduğu Çində bir il ərzində 13 milyon abort edilir.
Pekin Universitetinin əməkdaşı olan Li Ying abort etdirənlərin əsasən 20-29 yaş arası qadınlar olduğunu bildirdi və bunun qarşısını almaq üçün gənclər arasında hamiləlikdən qorunma yolları və cinsi yolla keçən xəstəliklər haqqında maarifləndirmə işlərinin aparılmasının vacib oluduğunu vurğulamışdır.
Şanxayda 411 xəstəxana arasında aparılan sorğuda iştirakçılardan yalnız 30% nin hamiləlikdən 17%-nin isə dəri-zöhrəvi xəstəliklərindən qorunma yollarını bildiyi müəyyən edilmişdir. 70 %-nin isə QİÇSin cinsi yolla yoluxduğunu bilmədiyi ortaya çıxmışdır.
Araşdırmanın rəhbəri Vu Şangçun 13 milyon abort yalnız qeydiyyatda olan rəqəmdir, qeyri qanuni abortlarla birlikdə Ardı »

Maraqlı MəlumatlarMobil telefonla xərçəng arasında bilavasitə əlaqə tapılmayıb

Yeni araşdırma mobil telefonların istifadəsi ilə beyin xərçənginin yaranması arasında bilavasitə əlaqənin aşkar olunmadığını göstərir.

Son 20 il ərzində gündəmdə olan bu mövzu mobil rabitənin genişlənməsi ilə daha da aktuallaşır.
Bu sahədə sonuncu tədqiqat Danimarkadakı Xərçəng Epidemiologiya İnstitutu tərəfindən keçirilib.
Araşdırma son 18 il ərzində mobil telefon işlədən 350 min adamın tibbi məlumatlarına əsaslanır.

Alimlərin birmənalı qənaətinə görə, istifadəçilərlə qeyri-istifadəçilər arasında beyin xərçəngi qazanmaq şansı təqribən bərabərdir.
Belə ki, telefonlara malik 358403 adamdan 356 nəfərdə beyin - 846 adamda isə mərkəzi sınır sisteminin xərçəngi aşkar olunub ki, buda orta statistik rəqəmlərlə uzlaşır.

Hətta 13 il telefon işlədən adamlarda xəstələnmə riski adi hüdudlarda qalıb.
Alimlər deyirlər ki, mobil telefonların Ardı »

Maraqlı MəlumatlarBüstqalterə Nobel Mükafatı verildi

Nobel mükafatına alternativ olaraq hazırlanan İg Nobel mükafatları ABŞ-ın Harvard universitetində təşkil olunan mərasimdə sahiblərinə verildi. Qaydalara əsasən mükafatlar elmi ixtiralara verilir. Bir çox yeni ixtiralar arasında ən çox diqqət çəkən isə Dr.Elena Bodnarın hazırladığı və patentləşdirdiyi xalq sağlığı kateqoriyasında İg Nobel mükafatına layiq görülən əlehqaz kimi də istifadə edilə bilən büstqalter oldu.
İxtiraçı bu ixtiranın günümüzdə tez-tez rast gəlinən terror partlayışlarında istifadəsinin yararlı olacağını qeyd etmişdir. İxtiranın bir üstün cəhəti isə bir büstqalterdən eyni anda iki əlehqaz çıxmasıdır. Ardı »

Maraqlı MəlumatlarSolaxaylıq

Statistik məlumatlara görə, dünyada 500 milyon solaxay yaşayır. Bu hala tək insanlar arasında deyil, heyvanlar aləmində də rast gəlmək olar. Məsələn, qütb ayılarının hamısı solpəncəli doğulur.
Solaxaylar tarixən xoşagəlməzliklərlə üzləşiblər. Orta əsrlərdə solaxaylıq iblis əməli hesab edilirdi. Həm xaçpərəstlər, həm də müsəlmanlar solaxaylığı şər qüvvələrlə bağlayırdılar. Şəriət qanunlarına görə, "natəmiz" əllə xörək yemək və yuyunmaq qadağandır. Qədim Avropa tayfalarından olan keltlərdə isə bədənin sol tərəfinə görə axirət dünyasının qüvvələri cavab verirdi. Belə münasibət təkcə dində deyil, nağıllarda da özünü göstərir. Bir çox Şərq və Qərb nağıllarında "sağla getsən xoşbəxtlik, solla getsən bədbəxtliklə üzləşəcəksən" ifadəsinə rast gəlirik. Elə müasir dövrümüzdə də solaxaylar Ardı »

Maraqlı MəlumatlarYuxusuzluq 700 genin funksiyasına təsir edirmiş

Məlumata görə bir sıra elm adamları, yuxusuzluğun insan bədəni və sağlamlığı üzərində başqa bir təsirə sahib olduğunu da ortaya çıxarıblar.
"Proceedings of the National Academy of Sciences" jurnalında nümayiş olunan araşdırmaya görə bir həftə boyunca gündə 6 saatdan az yatan insanlarda yüzlərlə genin funksiyası dəyişməyə məruz qalır.
Məlumatda oda qeyd olunur ki, Surrey Universitetində araşdırma aparılıb. Araşdırmada iştirak edən iştirakçıları iki qrupa ayırıblar.
Qruplardan biri bir həftə boyunca gündə ən az 10 saat yatarkən ikinci qrupdan gündə 6 saatdan az yatmaları istənilib.
Bir həftə sonunda hər iki qrupdan alınan qan nümunələrinin müqayisəsi gündə 6 saatdan az yatan iştirakçılarda 700 dən çox Ardı »

Maraqlı MəlumatlarBalıq yeyənlərin ömürü 2 il uzanır

"Archives of Neurology" tibb jurnalının may ayındakı nömrəsində dərc edilən bir tədqiqata görə çox balıq yeyən insanlar qocalan zaman digərlərinə nisbətən daha cox yaddaşa malik olurlar. Bundan əvvəlki tədqiqatlarda balığın altsheymer və ürək tutması kimi xəstəliklərin qarşısını aldığı məlum olmuşdur.
Rush Tibbi Tədqiqat Universitetinin epidemioloqu Martha Callare Morris 3178 insan üzərində aparılan tədqiqatlar nəticəsində həftədə bir dəfə balıq yeyənlərin düşünmə qabiliyyətindəki zəifləmənin digərlərinə nisbətən 10% az olduğunu müəyyən etmişdir. Bundan əlavə bəzi məlumatlarda bildirilir ki, balıq yemək yaşlıların ömrünü 2 il uzadır.
ABŞ-dakı Harvard və Vaşinqton Universitetlərinin elm adamlarının etdiyi araşdırmada, somon kimi bəzi balıqlarda çox olan Omega 3 yağ turşusu 65 və Ardı »

Maraqlı MəlumatlarQadın stress halında olanda pis iy verir

Əgər qadın sterss halındadırsa, onu bunu həm görmək, həm də qoxulmaq olar.
Verilən məlumata görə, alimlər müəyyən edib ki, bu vəziyyətdə olan qadından analoqu olmayan özünəməxsus qoxu gəlir.

ABŞ alimləri sarsıntının təsiri altında qadın bədənində qoxu dəyişə bilir.

İnsan bədənində qoxunun sahəsində tanınmış mütəxəssis doktor Süzan Bile-Xulettin başçılığı altında bir qrup bu məsələni araşdırıb.
Məlum olub ki, istidə və ya fiziki işlər görərkən ayrılan tər qoxusu stress zamanı əmələ gələndən fərqlənir.

Alimlər 44 qadından 3 fərqli şəraitdə (isti havada, idman edəndə və stress halında) tər nümunələri götürüb, təhlil ediblər.
Stressin aromatının o birilərindən fərqləndiyi aşkarlanıb. Kişilər sterss qoxusunu qadın tərləyən zaman ayrılan tər iyindən daha pis qarşılayır.

Alimlərin Ardı »

Maraqlı MəlumatlarEvlilikdə psixoloju uyğunluğun rolu

Öncə bir-birinizə psixoloji baxımdan uyğun gəlib-gəlmədiyinizi müəyyənləşdirməlisiniz.
Birlikdə yaşayacağınız haqda çoxdandır ki, düşünürsünüz. Nəyahət, istədiyinizə nail olursunuz. Amma romantik duyğular zamanla itiliyini itirməyə başlayır. Psixoloqlar bunu adaptasiya adlandırırlar. Həyat yoldaşınız nişanlılıq dönəmində tanıdığınız insandan tam fərqli olur. Bundan sonra hər şey dəyişir: sevgi gah azalmağa, gah da itməyə başlayır. Atalar «Tez alışan, tez sönər» deyib. Ona görə də psixoloqlar evlilik üçün təkcə sevginin olmasını kifayət saymırlar. Öncə bir-birinizə psixoloji baxımdan uyğun gəlib-gəlmədiyinizi müəyyənləşdirməlisiniz. Psixoloji uyğunluq bir neçə əsas parametrlə ölçülür. Uyğunluğun ilk göstəricisi biolojidir. Doğulduqdan hamımız fərqli temperamentə sahib oluruq. Bu keyfiyyət insana göz və ya saç rəngi kimi ömürlük verilir, yəni Ardı »