Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MəlumatlarKişmiş təzyiqin dərmanı imiş

Həyat tərzini yaxşı istiqamətə dəyişməklə təzyiqə nəzarət etmək olar. Bu istiqamətdə zərərli vərdişlərdən uzaq olmaq, fiziki aktivliyi artırmaq olduqca vacibdir.
Az piyli qidalardan istifadə etmək, kişmiş, quru meyvələrlə sağlam qidalanmaq məsləhətdir. Gündəlik qida rasionunda isə xeyirli olan meyvə və tərəvəzlərdən istifadə çox gərəklidir. Kaliumlu qidalara üstünlük verilməsi və kök adamlarda çəkinin azaldılması bu istiqamətdə vacib məsələlərdən hesab olunur.
Məlumata görə ABŞ-dakı Luisvill metabolizm və aterosklerozu öyrənmə mərkəzində fəaliyyət göstərən tədqiqatçılar belə hesab edirlər ki, kişmiş yüksək təzyiqdən əziyyət çəkənlər üçün faydalıdır.
Tədqiqatçı komandanın təzyiqi yüksək olan insanlar üzərində eksperiment apardığı bildirilir. Tədqiqatda iştirakçıları təsadüfi seçimlə iki qrupa ayırıblar.
Hər iki qrupun üzvləri Ardı »

Maraqlı MəlumatlarKişilər niyə ağlamır?

Ağlayanda bütün mənfi emosiyalar göz yaşı ilə birgə bədəndən xaric olur və insana rahatlıq gətirir

Sivilizasiya inkişaf etdikcə insan stereotipləri də dəyişir. Məşhur mahnıda «Kişilər ağlamır» deyilir. Qədim Yunanıstanda kişinin göz yaşını göstərməsində eyib heç nə yox idi. Ötən əsrin ortalarında psixoloqlar əmin edirdilər ki, göz yaşları stress və psixosomatik xəstəliklərlə mübarizə aparmağa kömək edir. Sonralar araşdırmalar nəzəriyyəni təsdiqlədi. Bir neçə on illər cəmiyyət güclü və qəhrəman kişi - emosiyasız terminatora pərəstiş edir. Amma kişilər anadan olandan ağlayırlar. Körpələrin göz yaşları gözü infeksiyadan qoruyur. Göz yaşı sosial siqnal kimi ətrafdakıların diqqətini və dəstəyini cəlb etməyə yönəlir. Hətta yanınızda heç kim olmasa belə Ardı »

Maraqlı MəlumatlarŞən adamların bəxti gətirib

Məlumata görə ABŞ-da aparılan bir araşdırmada şən insanların infarkt və digər ürək xəstəliklərinə tutulma riskinin daha az olduğu müəyyən olunub.
ABŞ-da Con Hopkins Universitetinin Tibb Məktəbinin apardığı tədqiqatlara görə şən təbiətli insanların infarkt keçirmə ehtimalı azdır.
Mütəxəssislər əvvəlki araşdırmalarda narahat və ya depressiv insanların infarkt keçirmə ehtimallarının yüksək olduğunu bildiriblər.
Bu tip insanların ürək xəstəliklərindən ölmə riski də çoxdur. Amerikanın "Kardiologiya" jurnalında həyatdan məmnun, şən, aktiv və rahat olan insanlarda infarkt riskinin azaldığı bildirilir. Bu baxımdan xoşbəxt temperamentli olmaq vacibdir.
Araşdırmalarda şən və sakit olmaq ürək üzərində qoruyucu təsirə malikdir. Mütəxəssislər mövzu üzərində daha çox araşdırma edərək bədən və ruh arasındakı qarşılıqlı Ardı »

Maraqlı Məlumatlarİnsan vücudunun orqanları neçə günə bərpa olunur?

Məlum olub ki, insanın gözü və beyni istisna olmaqla digər bütün orqanları yenilənir. Türkiyənin "Sabah" qəzetinin hazırladığı məlumatda bildirilir ki, bədənin əksər üzvləri özlərini yeniləyirlər, başqa sözlə desək, həmin üzvləri təşkil edən hüceyrələr yenisi ilə əvəz olunurlar.Hansı orqanın neçə günə bərpa olunduğunu təqdim edir.

ÜRƏK

Uzun zamanlar insan ürəyinin yenilənmədiyi düşünülürdü. Lakin Nyu-York Universitetinin doktoru Pyera Anversa bunun əksini sübut etdi. Onun araşdırmalarından məlum oldu ki, ürək təxminən 20 il ərzində və ya 7 000-7 500 gün ərzində tamamilə yenilənir.

SAÇ

İnsanda təxminən 100 min saç olur. Saçın hər bir teli ayda 1.25 sm uzanır. Bu baxımdan saç özünü mütəmadi yeniləyir və saçın yenilənmə müddəti Ardı »

Maraqlı Məlumatlarİşdən zövq almağın yolları

Professional həyatdakı xoşbəxtliyi başqa bir iş yerində deyil baxış bucağınızı dəyişdirərək düzəltmək olar.

Günümüzdə elə insanlar var ki, iş mühitinə öyrəşməkdə çətinlik çəkirlər. Başqa sözlə vicdanla işləməyə həvəsləri olmur və ya işlərindən zövq ala bilmirlər.
Bu cür halların həyatda müxtəlif səbəbləri olur. Lakin, stimullaşdırma üsulları, zəhmətkeşlik və psixoloji hazırlıq həmin problemləri asanlqla dəf etməyə imkan verir.
İş zamanı əldə edilən yaxşı nəticələr və nailiyyətlər isə insanı həvəsləndirməklə bərabər psixologiyaya yaxşı təsir göstərir.
Bu istiqamətdə vacib prosedurlardan biri kolleqalarla yaxşı münasibət saxlamaqdır. Əgər onlarla münasibətiniz uğursuz olarsa, iş dözülməz həddə çata bilər.

Onuda qeyd etmək lazımdır ki, kollektiv hər zaman motivasiyalı olsa müvəffəqiyyət qazanmaq da asan olur.
Çünki, Ardı »

Maraqlı MəlumatlarMobil telefonları arxa cibinizdə gəzdirin!

Gündəlik həyatımızın ən önəmli bir parçasına çevrilən mobil telefonların həyatımızı nə qədər asanlaşdırdığı danılmaz bir faktdır, lakin ABŞ-ın Kaliforniya Universitetində aparılan araşdırmalar göstərmişdir ki, mobil telefonların xeyiri qədər ziyanı da mövcuddur.

Belə ki, əsasən kişilər mobil telefonlarını cinsiyyət orqanına yaxın bir bölgədə şalvarın ön cibində gəzdirməkləri kişilərdə spermanın azalması kimi bir problemə gətirib çıxarır. Araşdırmalar göstərmişdir ki, mobil telefonun yaydığı elektromaqnit dalğalar kişi cinsiyyət orqanında bəzi hüceyrə pozğunluqlarına səbəb olur. Bununla yanaşı telefonun ürək və beyin bölgələrinə yaxın olduğu zaman həmin nahiyələrə də asanlıqla ziyan verdiyi müəyyən olunmuşdur.

Mütəxəssislər mobil telefonları şalvarın arxa cibində gəzdirməyi və sperma miqdarının azalmasının qarşısını almaq üçün E Ardı »

Maraqlı MəlumatlarDünyanın ən kök adamı: belimin ölçüsü də 1,4 metrdir

Kit Martin artıq 11 ildir ki, evi tərk edə bilmir. O, yataqdadır.

"The Guardian" bildirir ki, Kit Martin indi dünyanın ən kök insanı hesab olunur.
2001-ci ilin sentyabrın 11-də axırıncı dəfə evi tərk edərək həyətə çıxandan bəri Martin daha da kökəlib. İndi onun çəkisi 368,31 kiloqrama çatıb.

Londonda yaşayan 42 yaşlı Kit arıqlamağa, normal halına qayıtmağa çalışır.

"Gündə bir paket bekon, 6 kolbasa, 18 yumurtanın qayğanağı, 3 pizza, buterbrodlar, pirojnalar, konfetlər yeyirdim.
Yatmazdan əvvəl 4 buterbrod yeməyincə, özümü narahat hiss edirdim. Üstəlik, gün ərzində 2 litr sərinləşdirici içki, 6 litr də qəhvə içirdim", - Martin deyib.

İndi o, arıqlamağa başlayıb və beli də artıq 10 sm Ardı »

Maraqlı MəlumatlarQorxu və təlaşı genlər yaradır?

Mütəxəssislərin fikrincə, orqanizmlərinin genetik xüsusiyyətləri ilə bağlı olaraq bu mərəzə əvvəlcədən meylli olan insanlar da var.

BBC bildirir ki, həmin genləri araşdırmaq üçün ABŞ-ın Los-Anceels şəhərindəki Kaliforniya Universitetinin alimləri zəlzələyə məruz qalmış 12 ailədəki 200 insanın DNT-ni araşdırıblar.

Məlum olub ki, insanın davranış və əhval-ruhiyyəsinə təsir edən serotoninin orqanizmdə ifrazına "cavabdeh" olan iki gen daha tez-tez pozuntu hallarını nümayiş etdirirlər.

Həmin simptomlar arasında ağır xatirələr, heyrət, mümkün təhlükə ilə bağlı izafi təlaş da var. Belə sindromlu insanlar travmatik hadisəni xatırladan situasiyalardan uzaq qaçmağa çalışırlar.

Təlaş və qorxu yaradan genlər əsasın TPH1 və TPH2-dir. Ardı »