Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı Məlumatlarİşçiyə mafiozun qolunu transplatasiya etdilər

Mexikoda Yeni Dünya tarixinə daxil olacaq əməliyyatla əlaqədar tibb konfrans keçirilib.

Meksika paytaxtında həkimlər Latın Amerikasında ilk dəfə olaraq iki qolu da köçürülən xəstəni təqdim ediblər.
52 yaşlı Qabriel Qrenados ötən ilin yanvar ayında bədbəxt hadisə nəticəsində iki qolunu da itirmişdi.

Donor isə atışma nəticəsində həlak olan yerli mafioz olub. Cərrahlar çox ehtiyatla sümüklər, əzələlər və sinir sonluqları birləşdirilib.

Əməliyyat ümumilikdə 17 saat çəkib. Xəstə qollarını artıq hissiyyat olduğunu etiraf edib. Ardı »

Maraqlı MəlumatlarStres və mənfi düşüncələr də tərləməyə səbəb olur

"Express" yazır ki, xüsusən yay aylarında tərləmə və pis qoxu ətrafdakıları narahat edir. Bəzən isə çox tərləyən insan bunun fərqinə belə varmır. Bəs tərləmənin və pis qoxunun qarşısını necə almaq olar?

Tərləmə bədən istiliyini təşkil edən, bədəni toksinlərdən təmizləyən və duz tarazlığını qoruyan bir hadisədir. Sağlam bədən tərləyərək gündə təxminən yarım və ya bir litr suyu ifraz edir. Tər təzəykən qoxusuzdur, bir qədər dəri üzərində qaldıqdan sonra isə bədən qoxusu ilə qarışır. Dəridə yaranan nəmli, isti mühit və dəridə olan bakteriyalar pis qoxunun yaranmasına səbəb olur. Tərləmənin qarşısını almaq üçün mütəxəssislər bir çox üsullar məsləhət görürlər.

Yayın isti günlərində tərləməni azaltmaq üçün bol Ardı »

Maraqlı MəlumatlarSiqaretdən asılılıqdan "fındıqla" xilas olacaqlar

Türkiyənin Düzcə Mədəniyyət və Turizm Müdirliyi liderliyində başladılan bir proektdə, siqaret paketləri şəklindəki qutulara doldurulan fındıqlardan gündəlik istifadə edənlərin siqaret çəkmək vərdişlərindən xilas olacağı bildirilir və problemin həlli kimi bunun istehsalı hədəf seçilib. Türkiyədəki fındıq istehsalının 24 %-ni qarşıladığı bildirilən Düzcədə fındıq tədarükünün yayılması məqsədilə müxtəlif layihələr inkişaf etdirilir. Bu sahəyə maraq göstərən yerli bir təşəbbüskar isə ardıcıl istehsala keçərək siqaret paketi şəklindəki fındıq məhsullarını bazara çıxarmağa hazırlanır. Düzcənin Mədəniyyət və Turizm Müdiri Özcan Budak, fındığın daxili bazarda satışa çıxarılması və insanlara sağlam şəkildə təqdim edilməsi üçün iş başlatdıqlarını bildirib. Fındığın şəfalı bir məhsul olduğuna diqqəti çəkən psixoloq, "Həqiqətən də bir Ardı »

Maraqlı MəlumatlarAlkoqol kişilərdə ürək-damar xəstəliyi riskini 42 % azaldır

Gündə iki dəfə spirtli içki içmək kişilərdə ürək-damar xəstəliyi riskini 42 % azaldır.
Alkoqolun istifadəsi və zərəri ətrafında mübahisələr davam edir. ABC NEWS xəbər verir ki, European Heart jurnalının tədqiqatlarına görə gündəlik 1-2 dəfə spirtli içki qəbulu ürək tutması olmuş kişilər üçün faydalıdır. Tədqiqatın müəllifləri doktor Cenifer Payın rəhbərliyi altında Briqam qadın xəstəxanasının əməkdaşlarıdır.
Onlar həyat tərzi barədə suallara cavab verməli olan 1800-dən artıq ürək xəstəsini müşahidə ediblər.

Məlum olub ki, gündə iki dəfə spirtli içki içmək birinci dəfə ürək xəstəliyi ilə rastlaşan kişilərdə alkoqoldan istifadə etməyənlərlə müqayisədə ürək-damar xəstəliyi riskini 42 % azaldır. Başqa səbəblərdən ölüm riskini isə 12% azaldır. İçkinin növü Ardı »

Maraqlı MəlumatlarZəli hətta ölmüş sinir hüceyrələrini bərpa edir

Qara, sürüşkən, qurdabənzər və qanla qidalanan zəlilərdən çox vaxt iyrənirik. Halbuki bu "təbiət həkimləri" bəzən insanların elə orqanlarını sağaldırlar ki, həkimlərin özü belə bunu bacarmır. Xoşagəlməz təsir bağışlasa da, müasir dövrdə zəli insanların bir çox dərdinin dərmanına çevrilmişdir.
Qeyd edək ki, zəli 1984-cü ildən "Qırmızı Kitab"-a daxil edilmişdir. Ona təbii şəraitdə yalnız Rusiyanın cənubunda, Azərbaycanda, Ukraynada, Macarıstanda, İsraildə və Fransada rast gəlinir. Dünyada zəlinin 400-ə qədər, Azərbaycan da isə 17 növü var ki, bunun ancaq üçü (Şərq zəlisi, aptek zəlisi, tibb zəlisi) tibdə istifadə edilir. Bütün dünyada zəlinin ən yaxşı növlərindən biri - Şərq zəlisi Azərbaycandadır. Zəlinin insan və başqa canlılar üçün Ardı »

Maraqlı MəlumatlarDərisinin 80 faizi yanmış qız sağ qaldı

The İndependent" bildirir ki, İzabella "Peppi" Krüger Cənubi Afrika Respublikasında yaşayır. Onun valideynləri Yohannesburq sakinləridirlər.
Ailə həftəsonu bir yerdə olarkən ata barbekyu hazırlamaq, ət qızartmaq fikrinə düşür.

Manqal isə aşır və alovlu kömürlər balaca İzabellanın üstünə tökülür. Eyni zamanda, barbekyu hazırlamaq üçün istifadə olunan maye yanacaq da alışaraq qızın üstünə tökülüb.

Kiçik İzabellanı xilas etmək üçün ABŞ-dan implantat dərilər gətirildi və qızın bədəninə tikildi.
Dərisinin 80 faizi yanmış "Peppi"nin sağ qalacağına ümid olmasa da, cərrahlar uşağın belinə, üzünə, sinəsinə, qollarına və ayaqlarına dəri transplantasiya ediblər.

Dünən 3 yaşlı İzabellanın ilk fotoları yayılıb.

Cərrah Ridvan Mianın dediyinə görə, transplantasiya əməliyyatları nəticəsində Peppinin bədəninə köçürülmüş dəri parçaları onun orqanizminə Ardı »

Maraqlı MəlumatlarAzərbaycanda sensassiya: 7 aylıq körpənin bətnində döl olub

Kürdəmir rayonunda 7 aylıq körpə bu günə kimi Azərbaycanda görünməmiş olay yaradıb. ANS TV-nin məlumatına görə, Gülay adlı uşaq hamilə tək bətnində daha bir döl gəzdirirmiş. Valideynlərinin sözlərinə görə, Gülayı müayinə edən həkimlər uşağın adi köpdən əziyyət çəkdiyi qənaətində olduqlarından körpəni məhz bu problemlə əlaqədar müalicə ediblər. Amma sonra uşağın səhhətinin ağırlaşması Məmmədovlar ailəsini Bakıya – Kübra Fərəcova adına Elmi Tədqiqat Pediatriya Institutuna gətirib.
Həkimlər Gülayı xəstəxanaya bağırsaq keçməzliyi diaqnozu ilə ağır vəziyyətdə qəbul ediblər. Uşağı müayinə edən zaman məlum olub ki, körpənin qarın nahiyəsində şiş var. Həkimlər həmin şişin döl olduğundan şübhələnərək dərhal əməliyyat etmək qərarına gəliblər. Çünki, 7 aylıq Gülay Ardı »

Maraqlı MəlumatlarYemək xasiyyəti dəyişir

Kökəldikcə səbirsiz və emosional oluruq. Yemək insanın xasiyyətini dəyişir. ABŞ-ın Florida Milli Sağlamlıq İnstitutunun alimləri maraqlı araşdırma aparıblar.

Məlumata görə, sən demə, əgər insan artıq çəki yığsa onun xasiyyətini ciddi şəkildə dəyişəcək. Hətta çəki 10 faiz artanda belə, bu dəyişikliklər açıq aydın hiss edilir.

Belə ki, kök insan daha səbirsiz, emosional, təsir altına daha tez düşən olur. Məsələn dadlı yemək görəndə ac olmasalar belə özlərini saxlaya bilmirlər.

Bu nəticəyə gəlmək üçün mütəxəssislər 10 il ərzində yüzlərlə insan üzərində müşahidələr aparıblar. Ardı »