Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MəlumatlarAlimlər qadının ideal gününün formulunu tapıblar

Hansı işə nə qədər vaxt ayırmaq lazımdır?

Alman sosioloqlar və amerikalı iqtisadçılar qadının xoşbəxt gününü anbaan qrafikləşdiriblər. Bunun üçün 2004-cü ildə keçirilən araşdırmaları yüngülvari işləyib hazırlayıblar.

Belə ki, son hesablamalara görə, qadınlar gündə təmizliyə 47 dəqiqiə, yaxşı əhval-ruhiyyə üçün yaxınları ilə 107, dostları ilə 82 dəqiqiə ayırmalıdır.
Qrafika 72 dəqiqə dua və ya meditasiya, 50 dəqiqə yemək hazırlanmasına, 72 dəqiqə ondan istifadəyə, işə getməyə 33, uşaqlara 46 dəqiqə ayırmaq daxil edilib.
Əgər uşaqlar yoxdursa bura 4 dəqiqə əlavə edilərək bu vaxtı televizor qarşısında keçirmək olar.

Qrafiki tərtib edənlərin fikrincə, insanın günü rəngarəng keçməlidir. Belə ki, istənilən işin ilk saatından alınan həzz sonrakı saatlarda alınandan Ardı »

Maraqlı MəlumatlarA vitamini xərçəng yaradır?

A vitamininin insan orqanizminə zərər verə biləcəyi bildirilir. Britaniyalı alimlər A vitamini ilə zəngin əlavələrin orqanizmdə xərçəng hüceyrələrinin inkişafına gətirib çıxara biləcəyini müəyyənləşdiriblər.

Alimlərin 8 illik araşdırmaları onu sübut edib ki, A vitamini orqanizmdə beta-karotin yaradır ki, bu da xərçəng yaranma riskini xeyli artırır.

A vitamini xüsusilə siqaret çəkən şəxslərin orqanizmində fəsadlara səbəb ola biləır.
Ona görə, alimlər ilk növbədə siqaret çəkənlərdən A vitamini ilə zəngin qidaları çoxlu miqdarda qəbul etməyi məsləhəıt görmürlər. Ardı »

Maraqlı MəlumatlarSürətlə qocalan insan

Nadir genetik xəstəliyə tutulmuş rəssam dəhşət filmlərinin qəhrəmanına bənzəyir.

Ekspress qazeta-nın yazdığı melumata esasən, Reon Bota adlı rəssam sürətlə qocalmaqda davam edir. Buna baxmayaraq, o, həyata marağını itirmir və işindən zövq alır. Reon bilir ki, ömrünün sonuna çox qalmayıb. Bu üzdən də özündən sonra «iz» qoyub getmək istəyir və bütün gününü rəsm əsərləri yaratmağa sərf edir.

Botadakı xəstəlik dünyada təxminən 100 nəfərdə qeydə alınıb. Səbəb bəzi genlərin mutasiyaya məruz qalmasıdır. Bu xəstəliyə tutulmuş şəxslər təxminən 13 il yaşasalar da, rəssamın artıq 24 yaşı var. Həkimlər onun bundan sonra nə qədər yaşaya biləcəyini söyləməkdə çətinlik çəkirlər. Ardı »

Maraqlı MəlumatlarHamilə qadını öldürüb bətnindəki uşağı oğurladılar

ABŞ-ın Massachusetts ştatının ikinci ən böyük şəhəri olan New Englandda yaşayan və 8 aylıq hamilə olan Darlene Haynes bir müddət əvvəl yoxa çıxıb. Axtarışlar zamanı qonşuların evdən gələn üfunətli qoxu nəticəsində olan şikayəti ilə onun cəsədi mənzilində tapılıb. 23 yaşlı hamilə qadının cəsədi otaqda bükülmüş vəziyyətdə tapılıb.
Meyidin yarılması nəticəsində isə dəhşətli bir həqiqət məlum olub. Belə ki, 8 aylıq hamilə olan 23 yaşlı Darlene Haynesin ölmədən öncə bətnindəki uşağının yarılaraq oğurlandığı məlum olub. Mutəxəsislər 8 aylıq körpənin həkim nəzarətində yaşamasının mümkün olduğunu bildirirlər. Ardı »

Maraqlı MəlumatlarNiyə biz yuxuda çevrilirik?

Məlumata görə finlandiya alimləri hesablayıblar ki, yetkin yaşlı insanlar bir gecə yuxusu ərzində yerlərində 15-20 dəfə hərəkət edirlər.

Uşaqların isə böyüklərdən bir neçə dəfə çox böyrü üstə çevrildiyi bildirilir. Yatarkən hərəkətsiz qalmaq əl və ayaqlarda limfanın və qanın durğunlaşmasına, keyləşməsinə və şişkinliyə səbəb olduğundan yuxuda çevrilmə hallları baş verir. Belə fəsadlarla sərt yataqda yatanlar daha çox rastlaşa bilərlər.

Aparılan bəzi araşdırmalar sayəsində bir sıra alimlərin sərt yataqda yalnız ürəyi və böyrəyi tam sağlam olanların, arterial təzyiqi qaydasında olanların yata biləcəyini deyiblər. Bu cür hallarda müxtəlif narahatlıqlara gətirib çıxarır. Ardı »

Maraqlı MəlumatlarKimlər daha pis yatır?

Siqaret çəkən adamlar çəkməyən adamlardan daha az yatırlar və onların yuxusunun keyfiyyəti daha pisdir.

Rusiya mətbuatı xəbər verir ki, belə bir nəticəyə Berlinin Şarite tibb məktəbinin araşdırmaçıları gəliblər.

Siqaret çəkməyin orqanizm üçün zərərləri var və bunların bir çoxu insanlara məlumdur.

Siqaret çəkən 1100 nəfərin üzərində aparılan araşdırma zamanı insanların 17 faizi sutka ərzində 6 saatdan az yatıblar, 28 faizi isə tez-tez yuxudan oyanıblar.
Nəticədə onlar səhəri gün özlərini yuxusuz hiss ediblər. Ardı »

Maraqlı MəlumatlarSolaxaylar

•Hər kəs bilir ki, Aya ilk ayaq basan Neil Armstronq olub. Ancaq çox az adam bilir ki, o, Aya ilk addımını sol ayağı ilə atıb.
•1992-ci ildə ABŞ-da prezident seçkilərindəki bütün namizədlər solaxay olub: Bill Klinton, Ross Perot və Corc Buş.
•Bob Çarlz 1963-cü ildə Böyük Britaniya qolf çempionatını qazanan ilk solaxay qolfçu olub.
•ABŞ-ın ilk solaxay prezidenti olmuş Ceyms Qarfild, həm də ambidekst (hər iki əli ilə yazmağı bacaran) olub. O, bir əli ilə latın, digər əli ilə isə yunanca yaza bilirdi.
•Solaxay Leonardo Da Vinçi bütün yazılarını sağdan sola yazıb. Məhz bu səbəbdən onun yazılarını yalnız güzgü ilə Ardı »

Maraqlı MəlumatlarMəktəb dərsi oğlanı xəstə etdi

The Daily Mail" bildirir ki, İngiltərənin Yorkşir şəhərində yaşayan Ceyms Fildsend oxuduğu liseydə tədris olunan sağlamlıq dərslərində sürəkli olaraq "pəhriz saxlamaq bədənə xeyirdir", "arıqlayın" və s. bu kimi təlqinlərin nəticəsində ciddi şəkildə pəhriz tutmağa başlayıb.

Bir qədər sonra isə Fildsend ailəsi Ceymsin çox qısa zamanda arıqlayaraq çəkisinin 30 kq-dan da az olmasından qorxuya düşüblər.

Arıqlamaqla bahəm, Ceyms anoreksiya xəstəliyinə düçar olmuşdu.

Müalicə başlanandan sonra Ceyms qismən normallaşıb və indi onun çəkisi 40 kq-dan artıqdır. Ardı »