Maraqlı Məlumatlar → Gözəl göz bəlası: bu qurbanı verməyin
"Ekspress" qəzeti yazır ki, fərqli görünməyi sevən xanımlar çox zaman göz rəngini dəyişmək üçün estetik linzalara üstünlük verirlər. Amma əksəriyyəti linzalardan istifadə qaydalarını yaxşı bilmirlər. Bu da gözlərdə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.
Həkim-oftalmoloq Hacı Rəsulovun sözlərinə görə, linzalar yumşaq və sərt olur. Sərt linzalar tozu keçirdiyi üçün daha çox yumşaq linzalara üstünlük vermək lazımdır. "Bakı küləklər şəhəridir. Burada hər zaman toz-torpaq havaya qalxır. Linza istifadə edən xanımlar çalışmalıdırlar ki, yumşaq linzalara üstünlük versinlər. Bundan əlavə, linza alarkən istifadə müddəti az olan linzalara üstünlük vermək lazımdır. İstifadə müddəti 1 ay olan linzalar xanımlar üçün daha əlverişlidir. Çünki linzanı uzun müddət istifadə Ardı »