Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı Məlumatlar3D çap və əzələ hüceyrələrinin köməyi ilə yaradılan ikinci nəsil biorobotlar təqdim olunub

ABŞ-ın İllinoys Universitetinin alimlər qrupu elektrik impulslarının köməyi ilə hərəkət edən və əzələ toxuması hüceyrələri əsasında yaradılmış miniatür biorobotları təqdim etmişdir.
Tədqiqata həsr olunmuş məqalə "PNAS" (Proceedings of the National Academy of Sciences ) jurnalında dərc olunmuşdur.
Məqalədə bildirir ki, biorobotların 6 mm uzunluğunda olan karkası "3D" printerində xüsusi hidrogeldən çap edilmiş, hərəkətverici qüvvə qismində isə skelet əzələlərinin hüceyrələrindən istifadə olunmuşdur.
Çeviklik və möhkəmlik kimi xüsusiyyətləri sayəsində hidrogelə müxtəlif formalar vermək olar. Tədqiqat qrupunun rəhbəri Rəşid Bəşir sistemə neyronların inteqrasiyasının planlaşdırıldığını bildirmişdir. Onun sözlərinə görə, bu, robotları idarə etmək üçün təkcə elektrik deyil, həm də kimyəvi stimulyasiyadan istifadə etməyə imkan verəcəkdir.
Alimlərin ehtimalına görə, gələcəkdə Ardı »

Maraqlı MəlumatlarXarici dil öyrənmək, elmi bacarığı inkişaf etdirir

Xarici dil öyrənmək beyin funksiyalarının fəaliyyətinə yaxşı təsir göstərir.
"Annals of Neurology" jurnalında dərc olunan tədqiqata görə, Edinburgh Universiteti apardığı araşdırmalarda maraqlı bir nəticə əldə ediblər.
Tədqiqatda iştirak edən 262 adam zəka testlərindən keçirilib.
2008-2010 illərdə edilən araşdırmalarda isə ingiliscədən əlavə ən az bir dildə ünsiyyət qura bilən şəxslərin 70 yaşlarında şəxsi bacarıqlarının yaxşı oduğu görülüb.
262 nəfərdən 195 adamın ikinci dili 18 yaşından əvvəl, 65-nin isə 18 yaşından sonra öyrəndiyi ifadə edilir.
Xarici dil bilən şəxslərin də daha yaxşı idrak bacarığına sahib olduğu bildirilir.
Xarici dili yeniyetmə vaxtlarında öyrənən adamlar beyin funksiyalarının yaşlandıqca qocalmadığı üzə çıxıb.
Edinburgh Universitetinin həkimi Tomasın sözlərindən aydın olur ki, doğuşdan gələn zəka Ardı »

Maraqlı MəlumatlarDəfn edilməyə aparılan ölü dirildi

Ölü dəfn etməyə hazırlaşan çinlilər qəribə hadisə ilə üzləşiblər. Belə ki, Hubey əyalətində dəfn edilməyə hazırlaşan qadın qəflətən dirilib.
Qadın tabutu tıqqıldatmaqla yaxınlarına sağ olduğunu bildirməyə çalışıb. 60 yaşlı qadının övladları tabutun qapağını açanda analarının onlara baxdığını görüblər.

Çinin beynəlxaq radiosunun məlumatına görə, 60 yaşlı Hou soyadlı qadının sağlamlığı ilə bağlı heç bir ciddi problemi olmayıb. Xırda bir problemi müayinə etmək xəstəxanaya gedən qadın orada dünyasını dəyişib.
Məlumata görə, tibb işçiləri qadının bədəninin soyuq və hərəkətsiz olduğu üçün onun öldüyünü düşünüblər. Ardı »

Maraqlı MəlumatlarMoldovada qadın birdəfəyə 5 uşaq dünyaya gətirib

Moldavada tibb sahəsində nadir müşahidə edilən hadisə baş verib. 37 yaşlı Qjdien kənd sakini dünyaya 5 uşaq gətirib.

Uşaqlardan 2-i qız, 3-ü isə oğlandır. Rusiya mətbuatının verdiyi məlumata görə, 5-likdən başqa ailənin 17 yaşlı oğlu ilə, 10 yaşlı qızı var.

Həkimlər nəzarət altında olan uşaqların səhhətinin normal olduğunu bildirirlər. Altı aylıq dünyaya gələn körpələrin çəkisi 700 qramdır.

Xatırladaq ki, bu sahədə rekord amerikalı qadına məxsusdur. Tibbi eksperimentin iştirakçısı olan 33 yaşlı Nadya Süleyman bir dəfəyə dünyaya 8 uşaq gətirmişdi. Ardı »

Maraqlı MəlumatlarTibb aləmini şoka salan möcüzə

Bu günlərdə İngiltərədə baş verən bir hadisə bütün tibb aləmini şoka salıb.
İngiltərə vətəndaşı olan Hannah Clarka iki yaşında ürək çatışmazlığı problemi olduğu üçün əməliyyatla yeni ürək köçürdüblər lakin öz ürəyidə vücudunda qalmışdır. Beləliklə uzun bir müddət bu vəziyyətdə yaşayan qız 12 yaşa çatan zaman köçürülmüş urəyin normal işləməsi üçün qəbul etdiyi dərmanların ucbatından xərçəng xəstəliyinə tutulub.
Uzun müayinələrdən sonra həkimlər köçürülən ürəyin çıxarılmasına qərar veriblər. Elə bu zaman həkimlər bir möcüzə ilə qarşılaşıblar Hannahın öz ürəyi artıq işləyirdi.
Həkimlər qarşılaşdıqları bu hadisədən şokda Hannahın ailəsi isə övladlarının sağalmasının sevincini yaşayırlar. Ardı »

Maraqlı Məlumatlar12 yaşlı uşaq qocalaraq öldü

12 yaşlı uşaq qocalaraq ölüb. Tibbdə çox nadir görülən hadisə Türkiyənin Muğla vilayətində baş verib. Nənə və babası ilə yaşayan 12 yaşlı Mehmed Əli Şahin 7 il öncə 8 milyonda bir müşahidə edilən, el arasında "yaşlılıq xəstəliyi" kimi bilinən progeriaya tutulub. Bundan sonra uşağın dərisi 100 yaşlı insanların dərisi kimi qırışıb, sümükləri zəifləyib, onda yaşlılara xas ürək-damar xəstəlikləri müşahidə edilməyə başlayıb. Ən sonda isə onun saçları tamamilə tökülüb. Bütün bu amillər bu gün səhər saatlarında 90 sm boyu, 15 kq çəkisi olan Mehmedin ölümünə yol açıb.

Qeyd edək ki, progeriaya xəstəliyi adətən oğlan uşaqlarında olur. Hələlik bunun səbəbləri bilinməsə də, xəstəliyin genetik Ardı »

Maraqlı MəlumatlarHiperaktivlik boşanmaya da yol açır

Bildiyimiz kimi diqqətsizlik və ya hiperaktivlik insan həyatında müxtəlif problemlərin yaranmasına səbəb olur.
Həmin problemlərə içtimai həyatda uğursuzluq, ailə problemləri, karyera həyatında çətinliklər, iş dəyişdirmə və s. aid edilir.
Məlumata görə yeniyetmələrdə görülən hiperaktivlik sonradan evlilik həyatında problemlərə yol açır.
Ege Universitetinin Tibb Fakültəsindən bildiriblər ki, hiperaktivlik nevroloji əsaslı inkişaf pozuqluqlarından biridir. Bu problem tipik olaraq özünü uşaqlıq çağından göstərir. Daha çox diqqətsizlik, unutqanlıq və həddindən artıq hərəkətlilik (hiperaktivlik) yaranan reaksiyaların idarə edilməsində müxtəlif çətinliklər yaradır.
Beləki, bu zaman impulsiv reaksiyalar asan bir şəkildə ani olaraq başqa istiqamətlərə yönəlir. Bunun nəticəsində müxtəlif problemlər və uğursuzluqlar olur.
Əgər uşaqlıq çağında bu əlamətlər istiqamətində həkimə müraciət edilsə Ardı »

Maraqlı MəlumatlarQripə qarşı əla dərman

Qripə qarşı şəfalı içki qarışımı.
Ərzaqlar:

2 kivi
2 portağal
1/2 çay qaşığı toz zəncəfil
2 çay qaşığı bal




Hazırlanması:



Portağalları sıxıb suyunu bir qaba boşaldın. Kivilərin qabıqlarını soyub blendrdan keçirin. Portağal suyunu, zəncəfili və balı əlavə edib son bir dəfə blendrdan keçirdikdən sonra badələrə süzüb içə bilərsiniz.Bu qarışımı içsəz qış boyu daha gümrah olarsız və daha az xəstələnərsiz. Ardı »