Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MəlumatlarTibb aləmində və dünyada bir ilk

Almaniyanın Bavariya əyalətində əkinçiliklə məşğul olan 54 yaşlı Karl Merk qəza nəticəsində qollarını itirmiş və 6 il idi ki, qolsuz yaşayırdı.
Münhen Texnik Universitetinin Recht der İsar klinikasında 40 nəfər həkim heyyəti tərəfindən aparılan 15 saatlıq bir nəql əməliyyatı nəticəsində əməliyyatı uğursuz keçən və dünyasını dəyişən bir xəstənin qolları Karl Merkə köçürülmüşdür.
Karl yeni qolları ilə işıqları yandırıb söndürə və pəncərələri açıb bağlaya bilir.
Əməliyyatın rəhbəri Dr. Christoph Hoehnike mətbuat nümayəndələrinə verdiyi müsahibəsində Karlın qollarını tam normal işlətməsi üçün iki il vaxta ehtiyacı olduğunu bildirmişdir.
Həmçinin Dr. Christoph Hoehnike iki qol köçürülən bu əməliyyatın tibb tarixində ilk əməliyyat olduğunu bildirərək əməliyyatın uğurlu keçməsində payı olduğu Ardı »

Maraqlı MəlumatlarLüksemburqda adam öldürmək (Evtanaziya) qanuniləşdirildi

Yunan sözündən götürülən euthanasia yəni tibbdə bir insanın öz istəyi ilə digər biri tərəfindən həyatına son verilməsi Belçika və Hollandiyadan sonra digər bir Avropa ölkəsi olan Lüksemburqda da qanuniləşdirildi.
Beləliklə artıq Lüksemburqda həkimlər xəstənin öz istəyi ilə onun həyatına son verdiyi halda heç bir məsuliyyətə cəlb olunmayacaqlar.
Evtanaziya qanununa görə evtanaziya istəyən insan 18 yaşından kiçik olmamalıdır, evtanaziya qərarını verərkən onun psixoloji vəziyyəyi normal olmalıdır və bu istəyini bir neçə dəfə təkrarlaması lazımdır.
Bu prosesi həyata keçirəcək həkim isə xəstə ilə uzun söhbət etməli ona xəstəliyi haqqında geniş məlumat verməlidir.
Evtanaziya prosesinin icrası üçün xəstənin qərarından bir ay sonra yerinə yetirilə bilər. Bu müddət ərzində Ardı »

Maraqlı MəlumatlarIngiltərədə sperma qalmaqalı

İngiltərənin paytaxtı Londonda yerləşən St.Thomas xəstəxanasında həkimlərin diqqətsizliyi bir qalmaqala səbəb oldu.
Xəstəxanada sonsuzluq problemi ilə əlaqədar müalicə olunan 3 qadının yumurtalığının öz ərlərinin yox digərlərinin həyat yoldaşlarının spermaları ilə mayalandırıldiğı ortaya çıxmışdı. Qalmaqalın ortaya çıxması ilə qadınların mülicəsinin təxirə salındığı və dölləndirmənin ləğv olunduğu bildirildi.
Xatırladaq ki, həmin xəstəxanada buna bənzər bir hadisənin 2007-ci ildə də baş verdiyi bildirilir.
Eyni zamanda qeyd edək ki, İngiltərədə hər il 37 000 ailə sonsuzluqla bağlı problemlərdən müalicə olunur. Ardı »

Maraqlı MəlumatlarSöyüş söymək ağrını azaldır

Med.Az-ın news.bbc.co.uk saytına istinadən verdiyi xəbərə görə İngiltərənin “Keele” Universitetinin əməkdaşları tərəfindən aparılan bir tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, insanlar ağrıyan zaman söyüş söydükdə ağrıları azalır.
Tədqiqata rəhbərlik edən Dr.Richard Stephens söyüşlərin mənalarının demək olar ki, bütün dünya dillərində eyni olduğunu bildirərək söyüşün dilin duyğusal bir forması olduğunu qeyd etmişdir.
Həyat yoldaşının doğum zamanı söyüş söydüyünü sonra isə bu hərəkətindən peşman olduğunun şahidi olan Dr.Richard Stephens insanların niyə söyüş söydükləri haqqında tədqiqatlara başlamışdır.
64 könüllü seçərək araşdırmaya başlayan Dr.Richard Stephens könüllülərin əllərini içi buzla dolu olan soyuq suya salmış və soyuqdan əlləri göynəyən insanların reaksiyalarını müşahidə etməyə başlamışdır.
Müşahidə zamanı ağrıdan söyüş söyməyə başlayan insanlar Ardı »

Maraqlı Məlumatlarİnsan ömrü 25 il uzanacaq

XX əsrdə antibiotiklər sayəsində insan ömrünün uzunluğu 25 il artıb. Yaxın vaxtlarda isə insan ömründə bir qədər də artacaq. Bu dəfə artım hüceyrə terapiyası və toxuma mühəndisliyi sayəsində baş verəcək. Rusiya mətbuatının verdiyi məlumata görə, bunu Moskva Dövlət Universitetinin fundamental tibb fakultəsinin dekanı Vsevolod Tkaçuk deyib. Onun sözlərinə görə, tibb işçiləri "ehtiyat hissələri hazırlayacaqlar": xəstəliklər nəticəsində məhv olanları bərpa etmək üçün orqan və hüceyrə hazırlayacaq və ya onların funksiyalarını bərpa edəcəklər.

Həkimin sözlərinə görə, insanın ömrü boyu yenilənir- hüceyrənin biri ölür, başqası yaranır. Ancaq yaş keçdikcə kök hüceyrələrin ehtiyatı azalır və orqanizm yaranmış boşluqları doldurmaqda çətinlik çəkir.

Artıq qərbdə ayrı-ayrı orqanları "yetişdirməyi" öyrəniblər: Ardı »

Maraqlı Məlumatlar14 dəfə dərisi dəyişilən uşaq

5 yaşlı uşaq 3 mln-dan bir müşahidə edilən xəstəliyə yoluxub.
İngiltərədə 3 milyondan bir müşahidə edilən qeyri-adi xəstəlik aşkarlanıb. Beş yaşlı uşaq gündə 14 dəfə dərisini dəyişir.

Annabelle Vhitehous adlı uşaq genetik pozğunluq olan "ıchthyosis" xəstəliyinə düçar olub. Qızın dərisi gündə 14 dəfə öncə qızarır, sonra isə pul-pul olaraq tökülür. Xəstəlik qarşısında çarəsiz qalan valideynlər isə ancaq Annabellanın dərisini kremləyə bilirlər.

Qeyd edək ki, "Ichthyosis" dərinin quru, qalın, balıq dərisi görünüş aldığı xəstəlikdir. Xəstəliyin doğuşdan və doğumdan sonra yaranan 20 növü var. Ardı »

Maraqlı MəlumatlarStomatoloq beş günlük körpənin dişini çəkdi

Buna səbəb isə südəmər körpənin anasını dişləyərək yaralaması olub.

Türkiyənin Şanlıurfa vilayətində dişli körpə doğulub. Ağzında 2 dişi olan körpə dünyaya gəldikdən 5 gün sonra stamotoloq kreslosunda oturmalı olub.

Körpənin dişləri 2 cərrahi müdaxilə ilə çıxarılıb. Buna səbəb isə südəmər körpənin anasını dişləyərək yaralaması olub.

Dişi çəkilən körpə daha sonra evə buraxılıb. Həkim isə bunun milyonda bir təsadüf edilən əhəmiyyətsiz tibbi hadisə olduğunu bildirib. Ardı »

Maraqlı MəlumatlarAna beynində uşağın DNT izi aşkar olunub

Alimlər ana bətnindəki körpənin DNT-ni ananın beynində aşkarlayıblar. Bu izlər uzun müddət beyində qalır. New Scientist bildirir ki, dölün hüceyrələri dəri, qaraciyər və böyrəyə də düşür. Bu effekt "fetal mikrohimerizm" adlanır.

Professor Li Nelsonun apardığı araşdırmalar göstərir ki, ana bətnindəki uşağın DNT-si hematoensefalik səddi asanlıqla keçir.
Ana olan qadınlarda müxtəlif xəstəliklərin, o cümlədən Alsgeymer xəstəliyinin yaranmasını bu faktla da izah etmək olar.

Aralarında 33 Alsgeymer xəstəsi olan 59 qadının beyin nümunələrinin autopsiyası göstərir ki, onların 63 faizində Y xromosom olub.

Florida Universitetinin professoru Edvard Skott isə hesab edir ki, ana orqanizmində uşaq hüceyrələrinin varlığı ana bədəninə uşağı "tanımağa" və bu hüceyrələri rədd etməməyə imkan Ardı »