Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərlərin HəyatıİBLİS DƏ SƏMADA İDİ

Uca Allahın İblisə: "Oradan aşağı en!" (əl-Əraf: 13), "Oradan çıx!" (əl-Əraf: 18) – deməsi İblisin səmada olmasına dəlalət edir. Buna görə Uca Allah ona oradan aşağı enməsini, ibadəti və itaəti ilə mələklərə oxşayaraq əldə etdiyi məqamdan çıxmasını əmr etdi. Üstəlik təkəbbürlük, həsəd və Rəbbinə qarşı üsyan etməklə rüsvay edilmiş və alçaldılmış halda yerə endirildi.

(Bu bir daha İbn Kəsirin, İblisin cinlərdən olmasını deməsini təsdiq edir. ) Ardı »

Peyğəmbərlərin HəyatıUMEYR IBN VƏHB

UMEYR IBN VƏHB
Həqiqətən, Umeyr ibn Vəhb mənim üçün mənim bəzi uşaqlarımdan doğma oldu.
Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun)

Umeyr ibn Vəhb Bədr döyüşündən sonra sağ-salamat qayıtdı, lakin orada onun müsəlmanlara əsir düşmüş oğlu qaldı. Umeyr qorxurdu ki, müsəlmanlar gənc oğlunu, Umeyrin etdiyi günahlarına görə girov götürüb, Allahın Elçisinə (ona allahın salavatı və sa¬lamı olsun) və onun səhabələrinə (Allah onlardan razı olsun) zərər vurduğu üçün, ibrət olsun deyə və başqalarını qorxutmaqdan ötrü, şiddətli işgəncələrə məruz qoy¬sun¬lar.
Bir dəfə səhər çağı Kəbəni təvaf edib orada qoyulmuş bütlərdən xeyir-dua almaq üçün Umeyr səcdəgaha getdi. O orada əl-Hicarın(Əl-Hicar – Məkkə məscidinin) yanında oturmuş Səfvan ibn Umayənə Ardı »

Peyğəmbərlərin HəyatıMöminlərin əmiri Ömər ibn əl-Xəttabın (Allah ondan razı olsun) xilafəti

(Hicrətin 13-cü ilindən 23-cü ilinə qədər).


Əbu Bəkrin xilafəti iki il üç ay davam etdi. Bundan sonra Əbu Bəkr vəfat etdi və əvvəlcədən öz yerinə Öməri xəlifəliyə təyin etdi. Camaat da bu xəlifəliyə beyət etdilər.
Əbu Bəkr özündən sonra xilafətə Öməri layiq görürdü. Elə buna görə də rəsmi şəkildə bu işi Ömərə verdi. Ömər xəlifəliyə gəldi və onun hakimiyyəti on il davam etdi. Demək olar ki, bu xilafət dövrü, Peyğəmbərin (Səllallahu aleyhi və səlləm) və Əbu Bəkrin (Allah ondan razı olsun) dövründən sonra İslamın ən gözəl çağları idi.
Şam vilayətində şiddətli döyüşlərin başladığı bir zamanda Ömər xəlifəliyə keçmişdi. Bu zamanlar müsəlmanlar Yərmuk adlı yerdə Ardı »

Peyğəmbərlərin HəyatıPeyğəmbərin (s.a.v.) Səhabələrinin Tarixi: ƏBU BƏKR ƏS-SİDDİQ

Əbu Bəkr əs-Siddiqin əsl adı Abdullah Ətiqdir (Allah ondan razı olsun– r). O, Peyğəmbərlərdən sonra Allahın ən yaxşı quludur. (Abdullah Azərbaycan dilində Allahın qulu deməkdir).
Adının ikinci hissəsində Ətiq gəlir. Onun da mənası yaxşılıq etmək deməkdir. O, peyğəmbərə iman gətirən və İslamı qəbul edən ən gözəl və ən yaxşı insandır. Peyğəmbər (Ona və onun ailəsinə Allahın salavatı və salamı olsun! – s.ə.v.) ona Oddan uzaqlıq mücdəsini vermişdi. Bu mənada Əbu Bəkr (r) ən çox qul azad edən adam olmuşdur. Bilal da onun azad etdiyi qullardan bir idi. İslamda o, əs-Siddiq kimi tanınır. Çünki o, Peyğəmbəri (s.ə.v.) bütün məsələlərdə, xüsusilə İsra və Ardı »

Peyğəmbərlərin HəyatıSƏID IBN ƏMIR ƏL-CUMAHI

MƏRHƏMƏTLI VƏ RƏHIMLI ALLAHIN ADI ILƏ!

Ey Allahım, həqiqətən, mən Sənin Peyğəmbərin Məhəmmədin (ona Allahın salavatı və salamı olsun!) səhabələrini ən səmimi və dərin məhəbbətlə sevmişəm. Qiyamət günü məni onlardan hər hansı biri üçün qurban ver! Həqiqətən, ey bütün mərhəmətlilərdən ali Mərhəmətli Olan, onları Səndə sevməyim Sənə onsuz da agahdır!

SƏID IBN ƏMIR ƏL-CUMAHI

Səid ibn Əmir – Allahı və Onun Peyğəmbərini
(ona Allahın salavatı və salamı olsun!)
hər şeydən üstün tutaraq
Axirət həyatını özünün bu dünyadakı
həyatı ilə qazanmış insandır.
Tarixşünasların rəylərindən

Səid ibn Əmir əl-Cumahi Məhəmmədin (ona Allahın salavatı və salamı olsun!), namərdcəsinə əsir götürülmüş səhabələrindən biri olan Xubeyb ibn Adiyə divan tutmaqda iştirak etmək Ardı »

Peyğəmbərlərin HəyatıPEYĞƏMBƏR (SAV) -IN DANIŞMASI

Peyğəmbər necə danışardı? Peyğəmbər- sallallahu aleyhi və səlləm - Allahın yaratdıqlarının ən gözəl danışanı, sözü ən şirin olanı idi. Danışması qəlblərin məhəbbətini qazanır, ruhları əsir edərdi. Çox açıq və aydın, hər bir kəsin başa düşəcəyi tərzdə danışardı. Qarışıq və tələsik tərzdə danışmazdı. Peyğəmbər - sallallahu aleyhi və səlləm - Abdullah b. Amr - radıyallahu anhu -ya dedi ki: “(Ağzımdan çıxan hər bir şeyi) yazmağa davam et. Nəfsim əlində olana and içirəm ki, bu ağızdan haqdan başqa bir şey çıxmaz”1

Aişə - radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər -sallallahu aleyhi və səlləm - sizin bu şəkildə danışdığınız kimi tələsə-tələsə danışmazdı. O, yanında Ardı »

Peyğəmbərlərin HəyatıPEYĞƏMBƏRİN (s.a.v.) HƏYATI: PEYĞƏMBƏR (SAV)-İN UŞAQLARA OLAN MƏRHƏMƏTİ

Uşaqlara qarşı çox mərhəmətli və şəfqətli idi. Onları öpər, qucaqlayar və sığallayardı. Ənəs -radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - oğlu İbrahimi aldı, öpdü və qucaqladi (Buxari). Ənəs - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - kiçik uşaqların yanından keçdikdə onlara salam verib salamlayardı» (Buxari, Müslim). Ənəs b. Məlik -radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - dən daha çox uşaqlara mərhəmətli olan bir kimsə görmədim» (Buxari).

Kiçik uşaqlara qızmaz, onlarla sərt davranmaz, onları azarlamazdı. Aişə - radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər - Ardı »

Peyğəmbərlərin HəyatıƏHLİ-BEYT KİMLƏRDİR?

Ərəb dili mütəxəssisləri və islam alimləri Əhli-beyt məfhumunun mənasını geniş şəkildə şərh ediblər. Onlar yalnız dörd nəfərin – Əli, Fatimə, Həsən və Hüseynin (Allah onlardan razı olsun!) Əhli-beytdən olduğunu iddia edənlərin əksinə olaraq, bu məfhumun ən əvvəl peyğəmbərin (s.a.v.) həyat yoldaşlarını əhatə etdiyini bildiriblər. Əhli-beytin yalnız dörd nəfərdən ibarət olduğunu söyləmək dilçi alimlərin və din alimlərinin bu məsələ ilə bağlı söylədikləri fikirlərə, eləcə də Quran və Sünnəyə ziddir.

İbn Faris «Məqayis əl-luğa» kitabında: «Ərəbcə ət-təəhhul sözünün evlənmək mənasında işləndiyini, kişinin əhli onun arvadına və ona ən yaxın insanlara, evin əhli onun sakinlərinə, islam əhli onu qəbul edib Allah-təalanın qoyduğu qayda-qanunlara əməl edən Ardı »