Tozsoran (və ya tozsoran maşın) — hava nasosunun köməyi ilə çrkləri və tozu sora bilən elektrik cihazıdır. Sorma zamanı toz maşının süzgəcində ilişib qalır. Tozsoran maşınları adətən döşəmələrin təmizlənməsi üçün tətbiq edilir.
Tozsoran maşınlar süpürgələrin daha da inkişaf etdirlməsi kimi başa düşmək olar. Üstünlüyü ondan ibarətdir ki, zibil hər iki istiqamətdə süpürülə və eyni zamanda götürülə bilər. Buna görə də vaxta qənaət emək olur. Digər tərəfdən müasir filtrlər az toz yaranmasına xidmət edirlər.Yaş halda sorma bir çox tekstil məmulatını, məslən xalçaları elə evdəcə təmizləməy imkan yaradır. Tozsoran maşınlar ixtira edildikfən sonra döşəmələrin tam xalçadan hazırlanması sürətlə yayılmağa başlayır. Mənfi tərəfi elektrik enerjisindən istifadə etməsidir.
Tozsoran maşınlar əsasən iki formada hazırlanırlar. Əl ilə sormaq üçün tətbiq edilən şlanklı və döşəmədə tozu alt hissəsindən soranlar mövcuddurlar. Məişət və sənaye tozsaranları olaraq da qruplaşmalar mövcuddur. Sənaye tozsoranı istehsal sahələrində yaranan tozu, qırıntıları və başqa kiçik hissəcikləri soraraq iş yerində higiena yaradır.
Tarixi
Tozsoran – ilk dəfə ingilis Hubert Bootti kəşf etmişdir. Onun kəşf etdiyi bu alət maye yanacaqla işləyirdi və daşımaq çox çətin idi. İşcilər tərəfindən at arabaları ilə daşınırı. Pəncərələrdən xortum vasitəsi ilə evə salınaraq evlərin içi təmizlənirdi. Ancaq 1908-ci ilde Murray Spangler bu alətin daha yüngül variantını və elektriklə işləyən variantını icad etdi və patentini aldı. Ancaq daha yaxşı satılması üçün William Hooverin şirkətı tərəfindən istehsal oldu və satışa çıxarıldı.[1]
XX əsrin əvvəlində evdarlıq işlərində tozların təmizlənmsi üçün ingilis Sesil Buz (ingl. Cecil Booth) nasosla işləyən mexaniki sorma sistemini təklif edir. Nasos qabın daxilində vakuum yaradaraq oraya xaricdən tozlu havanın sorulmasına imkan verirdi. Tozlu hava möhkəm parçadan hazırlanmış torbadan keçərək təmizlənir və yenidən xaric olunurdu. Nasosu işlətmək üçün benzin mühərrikindən istifadə olunmuşdur. Bu, böyük avadanlığı nəql etmək üçün arabadan istifadə edilirdi. Otağı təmizləmək üçün araba evin yaxınlğında saxlanaraq uzun şlanqla təmizlik işləri görülürdü. Ayrı-ayrı firmalar bu araba ilə ev-ev gəzərək öz xidmətlərini təklif edirdilər. Böyük evlərin zirzəmisində belə qurğular yerləşdirilirdi. Ayrı-ayrı otaqlardan gələn şlanqalr zirzəmidəki tozsoran qurğuya birləşdirilirdi. 1918-ci ildən etibarən tozsoran maşınlar daha da inkişaf etdirilərək fərdi tələbat üçün uyğunlaşdırılır. Bu maşınlar vakuum nasosu əvəzinə pərlərlə işləyən mühərriklərin ixtirasından sonra baş verir. Bunun nəticəsində kiçik maşınların hazırlanması mümkün olmuşdur. Evdarlıq işlərinin aparılması üçün gövdə və dəstəkdən ibarət olan tozsoran maşınlar başqa konstruksiyaları üstələyərək geniş tətbiq olunurlar. Bu konstruksiya bu gün istifadə olunan maşınların əsasını təşkil edir.
1932-ci ildə Almaniyada tozsoran maşınların yeni növü ixtira edilir. Bu maşınlar fırçalarla işləyirdi. Maşının alt tərəfində yerləşdirilmiş üç ədəd fırça fırlanaraq döşəmədə olan tozları və iri ölçülü qırıntıları bir yerə yığaraq sorurdu. Bu maşınların hər bir ev əşyası üçün xüsu fırça ilə təmin olunmasına baxmayarq, onlar məişətdə öz geniş tətbiqini tapa bilməmişlər. Tozsoran maşınlarında bir sıra təkmilləşdirmələri nəzərə almaqla demək olar ki, onların inkişafı əsasən 30-cu illərin sonunda başa çatır. Bundan sonra yalnız yeni filtir materiallarının, daha güclü və davamlı mühərriklərin və müxtəlif başlıqların tətbiqi baş verir. Məişət texnikasında sonrakı keyfiyyət dəyişmələri II dünya müharibəsindən sonra elktronikanın tətbiqi ilə baş verir. Burada da sadəcə olaraq bəzi əməliyyatların proqramlaşdırlması aparılır.
Tarix: 21.03.2013 / 19:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 326 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari