Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Simurq elə özünüzsünüz

Simurq qədim İran əfsanələrində baş və bədəni qartala, quyruğu- tovuzquşuya, caynaqları isə şir pəncələrinə bənzər quş kimi təsvir olunur.
Sasanilərin hakimiyyəti dövründə simurq bir çox binalar, qab və paltarların üzərində təsvir olunardı. Deyilənlərə görə, simurq o dövrlərdə Sasani şahlığının rəsmi emblemi olub.
Əttar özünün "Məntiquttəyr" ("Quşların dili") kitabında simurq quşu barədə maraqlı hekayə nəql edir:"Günlərin bir günü quşlar şanapipiyin rəhbərliyi ilə Qaf dağına səfərə çıxırlar. Burada hər növdən olan quş müəyyən sifət və dəstəyə aid olan insanlar kimi təsvir olunur. Yolda çətinlik və maneələr quşları taqətdən salır və onların çoxu yola davam edə bilmir. Şanapipik arxaya baxıb yüzlərlə quşdan cəmi otuzunun qaldığını görür və onları ruhlandırmaq üçün Simurqun onları həsrətlə gözlədiyini bildirir. Beləcə, dağın başına otuz quş çıxa bilir. Lakin orada Simurqu görə bilməyib Təəccüblə şanapipikdən onun harada olduğunu soruşurlar. Şanapipik onlara deyir:"Bir, sayınıza nəzər salın, simurq elə özünüzsünüz."
Quşlar saylarının doğrudan da otuz olduğunu görürlər." (si-fars dilində otuz, murq-quş mənasını verir)
Şanapipik quşların əhvalını qaldırmaq məqsədilə onların təsəvvüründə simurq adlı varlıq yaradır. Quşlar ona çatmaq üçün xüsusi əzmkarlıq göstərirlər.
Əttar bu hekayəni yazmaqla əslində, iradəli insanların qarşısına çıxan çətinliklərə sinə gərib hədəfə çatmalarından söz açmaq istəyir.


Tarix: 05.12.2014 / 15:51 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Ümumi Psixologiya
loading...