beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meyitxanada yarıldığı zaman “dirildi”

Avtomobil qəzasında travma alan və ölü bilinən Venesuela sakini Karlos Kameho meyitxanaya gətirilmiş və patoloq anatomların onu yarmaq istədiyi vaxt özünə gəlmişdir. Həkimlər onun sifətində kəsik aparan zaman qan axdığını görüb şübhələnmiş və dərhal yaranı tikmişlər. Bu zaman “cəsəd” gözlərini açmış və ayağa qalxmağa çalışmışdır.

Venesuelanın El Universal qəzetinə verdiyi müsahibədə Karlos Kameho dözülməz ağrı nəticəsində özünə gəldiyini bildirmişdi, çünki onun yarasını anesteziyasız tikirdilər. Bundan sonra həkimlər xəstəni koridora çıxarmışlar və burada o, meyidinin tanınması üçün çağrılmış arvadı ilə qarşılaşmışdır.
Sonradan aydın olmuşdur ki, qəza yerinə gələn xilasedici dəstənin əməkdaşları və polislər huşunu itirmiş Karlosun ölü olduğunu düşünərək meyitxanaya göndərmişlər.
Qəza zamanı Karlosla birlikdə olan tanışının isə bəxti daha çox gətirmişdir. Belə ki, o, hadisə yerində huşu özündə olduğu üçün dərhal xəstəxanaya çatdırılmış və tibbi yardım almışdır.
Hal-hazırda Karlos Kameho şokdan və travmalardan tamamilə sağalmışdır.
Bu hadisədən xatirə kimi saxladığı öz ölümü haqqında şəhadətnaməni isə Karlos tez-tez hazır bir şəkildə jurnalistlərə nümayiş etdirir.


Tarix: 07.01.2013 / 19:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 403 Bölmə: Umumi Xestelikler