beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəşəriyyətin bir hissəsinin əzələləri mutasiya nəticəsində dəyişilmişdir

Planetin milyarda yaxın sakini kəskin hərəkətlərə imkan verən əzələ zülalından məhrumdur. Çox güman ki, əcdadlarımız məhz bu mutasiya nəticəsində uzunmüddətli köçlərə və soyuğa davam gətirə bilmişlər.
1999-cu ildə Sidney Universitetindən Ketrin Nort müəyyən etmişdir ki, Avropa mənşəli əhalinin 18%-i əhəmiyyətli zülal olan alfa-aktinin 3-dən (ACTN3) məhrumdur. Skelet əzələlərinin tərkibinə daxil olan bu zülal ağır yüklənmələrə məruz qaldıqda sürətli əzələ lifləri tərəfindən istifadə olunur. Buna baxmayaraq, həmin zülala malik olmayan insanlar gündəlik məruz qaldıqları ağırlıqların tamamilə öhdəsindən gələ bilirlər.


Tədqiqatı davam etdirən alimlər öz ölkələrindəki atletləri araşdırmış və müəyyən etmişlər ki, qadın sprinterlərin hamısında ACTN3 mövcuddur. Kişilərdə isə bu gen olimpik səviyyəli ağır idman növləri ilə məşğul olanlarda tapılmışdır.
Belə görünür ki, ACTN3 atletlərə sürətli əzələ fəaliyyəti üçün lazımdır. Onun yoxluğu isə əksinə olaraq uzunmüddətli ağırlıqlara dözümü artırır: bu geni olmayan atletlər, əsasən dözümlülük tələb edən idman növləri ilə məşğul olanlardır və ən çox da avstraliyalı marafon qaçışçıları bu qrupa aiddir.
ACTN3 – yüksək ağırlığa məruz qalmağı tələb edən idman növləri üçün əsas əzələ göstəricisidir. Lakin Ketrin Nortun dediyinə görə, bu əsasən çoxunun ACTN3-dən məhrum olduğu Avropa və Asiya əhalisi üçün doğrudur. Afrika əhalisində isə bu zülalın sintezini idarə edən ACTN3 geni mutasiya olunmamış vəziyyətdə qalmışdır.
Bəs hal-hazırda dünyadakı insanların milyarda yaxınının ACTN3-dən məhrum olduğu halda bu mutasiyanın üstünlükləri nədir?
Bu suala Ketrin Nortun Nature Genetics jurnalında dərc olunmuş məqaləsində cavab tapmaq olar. Alimlər siçanlarda ACTN3 genini ləğv etdikdə dözümlülüyə cavabdeh olan yavaş əzələ liflərində oksigen mübadiləsi yaxşılaşması ilə sürətli liflərin oksigen istifadəsinə daha yaxşı adaptasiya olunduğunu müşahidə etmişlər. Qaçış zolağında mutant siçanlar 33% daha çox qaça bilmişlər ki, bu da əvvəl avstraliyalı marafon qaçışçılarında müşahidə olunmuş hadisəni təsdiqləmişdir. Enerjini sürətli, ancaq hissəvi şəkildə karbohidratların parçalanmasından əldə etmək əvəzinə, əzələ kütləsinin əsas hissəsi enerjini çox uzunmüddətli iş görmək üçün daha tamlıqla istifadə edə bilər.
Ketrin Nortun sözlərindən: "Bu genetik dəyişikliyin idman nailiyyətlərinə necə təsir etdiyini və əhali arasında niyə belə geniş yayıldığını artıq bilirik. Ehtimal ki, oksigendən daha effektiv istifadə edən maddələr mübadiləsi insanların Afrikadan köçməsi zamanı aclığa və soyuğa davam gətirməsinə kömək etmişdir."
Beləliklə, keçmişdə insanların sağ qalmasına yardım etmiş faktorlarla indiki zamanda atletik keyfiyyətlərin yaxşılaşmasına səbəb olan faktorlar arsında təəccüb doğuran bir əlaqə olduğu müəyyən edilmişdir.


Tarix: 07.01.2013 / 19:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 424 Bölmə: Umumi Xestelikler