beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quş qripi uşağa ana bətnində ikən yoluxa bilər

Yeni tədqiqatlar göstərmişdir ki, quş qripi virusunun H5N1 ştammı uşağa ana bətnində ikən yoluxa bilər. Lakin bu virus dölə elə də ciddi bir təsir göstərmir. Ehtimal olunur ki, bunun səbəbi virusun təsirinin immun reaksiyalarla əlaqədar olmasıdır. Bu reaksiyalar böyüklərdə daha çox büruzə verir.
Çin tədqiqatçıları quş qripi virusunu xüsusi laboratoriyalarda çoxaltmadan zədələnmiş toxumalardaca müəyyən etmək üçün yeni üsul kəşf etmişlər.

2003-cü ildən bəri quş qripi səbəbi ilə 300-dən çox insanın ölümü qeydə alınmışdır. Xəstəliyin pandemiya halını alacağının gözlənməsinə baxmayaraq, qurbanların meyitləri çox az hallarda yarılmışdır. Bunun səbəbi bir sıra hallarda dini qadağalar olsa belə, əsas əngəl bu virusun zədələdiyi toxuma və orqanların araşdırılması üçün xüsusi avadanlıqlara malik professional laboratoriyaların olmaması idi.
Pekin Universitetindən Jiang Gu və kolleqaları H5N1 zülallarını birləşdirən anticisimləri və H5N1 genlərini bağlayan RNT cərgəsinə malik olan, biri hamilə qadın olmaqla iki nəfər çinli quş qripi xəstəliyi qurbanlarının toxumalarını araşdırmışlar.
Onlar düşünürdülər ki, virus toxumalarda artıb çoxalır və bəlkə də yalnız RNT zəncirinə deyil virusun replikasiyası zamanı əmələ gətirdiyi komplementar zəncirə və virus zülallarına da rast gələcəklər. Alimlər axtardıqları sübutlara ağciyər, beyin, bağırsaq, limfa düyünləri və traxeyada rast gəldilər. Traxeyada tapıntı xüsusilə əhəmiyyətlidir, çünki indiyə qədər quş qripi virusunun insandan insana yoluxmamasının səbəbi kimi onun traxeyanı infektə edə bilməməsi göstərilirdi. Hong Kong Universitetindən Wai Fu Ng’in dediklərindən: “Toxumalarda virusun izlərinə rast gəlinməsi virusun orqanizm öldükdən sonra məhz həmin nahiyədə çoxaldığına dəlalət etmir. Belə ki, virus və ya onun hissəcikləri müxtəlif nahiyələrə qan və ya toxuma sekretləri ilə daşınmış ola bilər. Biz yalnız onu deyə bilərik ki, virus göstərilən toxumalarda çoxalmağa cəhd etmişdir.”
Gu’nun araşdırdığı qurbanlardan biri 4 aylıq hamilə idi və onun ciftində və döldə virusun izləri ilə qarşılaşdılar. Lakin döldə zədələnmə çox zəif idi. Yaşlılarda isə virusun ən çox zədələdiyi orqan, gözlənildiyi kimi ağciyər idi, lakin burada virus miqdarı xeyli az idi. Ehtimal ki, onlar burada insan öldükdən sonra da immun reaksiyaların təsirinə məruz qalmışdır. Beyində isə zəif toxuma zədələnməsi, lakin çoxlu miqdarda virus tapılmışdır. Bu, beyində immun cavabın zəifliyi ilə əlaqələndirilmişdir.
Gu’nun sözlərindən “Bu tədqiqat nəticələrindən belə məlum olur ki, infeksiyanın başlanğıc dövründə virus əleyhinə müalicə həlledici əhəmiyyətə malikdir. Sonrakı mərhələlərdə isə anti-immun müalicə faydalı ola bilər.”


Tarix: 07.01.2013 / 19:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 340 Bölmə: Umumi Xestelikler