Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Umumi XesteliklerMP3 pleyerlər karlığa səbəb ola bilər

Ingiltərə Krallığı Milli Institutunun alimləri belə hesab edir ki, daim qulaqlıq ilə mp3 pleyer dinləyən gənclər eşitmə qabiliyyətinin itirilməsi riski altındadır. Bu alimlər karlığın qarşısının alınması məqsədi ilə qulaqlıqlar üçün kənar səs-küyləri keçirməyən xüsusi filtrlərdən istifadə etməyi məsləhət görür. Ardı »

Umumi XesteliklerHepatitdən qorunmanın yolları

İlk olaraq hepatitin növlərini tanıyaq.
Əslində hepatit virusları olduqca çoxdur. Ancaq bunlar sadəcə mikroblar kimi tanınır və digər hepatitlər kimi təhlükəli hesab olunmurlar.

Qara ciyərlə bağlı olan hepatit virusları isə olduqca təhlükəli xəstəliklər siyahısındadır.
A, B, C, D və E hepatitləri bu siyahıya daxildir. Ancaq bunlar da öz növbəsində bir-birlərindən fərqlənirlər. Hepatit A və E virusları ağız yolu ilə mikroblu qidalarla, su ilə insanlara keçir. Nadir hallarda qanla keçə bilər. A tipi hepatit insanların əksəriyyətində vardır.

E tipi isə əsasən azlıq təşkil edir. E tipi hepatit hamilə qadınlar üçün olduqca təhlükəlidir.
B və C qrup hepatitlər isə qan yolu ilə insanlara keçir. Qan Ardı »

Umumi XesteliklerUşaqlıq yolunda akupunktura nöqtələri axtardığına görə çin təbabəti mütəxəssisinin lisenziyası əlind

Bir neçə qadın pasiyentinin onların cinsi orqanları ilə "qəribə" manipulyasiyalar etdiyi barədə şikayətindən sonra, Çin xalq təbabəti mütəxəssisi avstraliyalı Grant Vuya (Grant Woo) peşəsi üzrə fəaliyyət göstərmək qadağan edilmişdir. Bu barədə Herald Sun məlumat vermişdir.
Bu qadınlardan birinə Melburn şəhəri ətrafındakı Cənubi Yarrada yerləşən şəxsi klinikasında, Vu vaginal barmaq müayinəsi etmiş, və bunun "daxili akupunktura nöqtəsi"nə təsir göstərmə üsulu olduğunu söyləmişdir.
Başqa bir qadın pasiyentin uşaqlıq yoluna çin üsulu ilə hazırlanmış bitki məlhəmi yeritmiş və bunu guya ki, həzm pozğunluğunun müalicəsi üçün etdiyini bildirmişdir. Üçüncü bir qadın, Vunun "hormonları stimulə etmək" üçün onun döş gilələrini masaj etməsindən gileylənmişdir. Bütün qadın pasiyentləri Vu müalicəyə Ardı »

Umumi XesteliklerABŞ yeniyetmələri narkotiklərdən öskürək əleyhinə preparatlara keçir

[color=#f82e00]12-25 yaş arası 3.1 mln. nəfərə yaxın amerikalının müxtəlif vaxtlarda öskürək və soyuqdəymə əleyhinə preparatlardan narkotik effekt almaq üçün istifadə etdiyi müəyyən olunmuşdur. ABŞ Narkologiya və Psixiatrik Xidmətlər İdarəsinin (SAMHSA) əməkdaşları 2006-cı ildə aparılmış sorğu əsasında belə nəticəyə gəlmişlər.
Ekspertlərin dediyinə görə, ABŞ-da gənclərin və yeniyetmələrin təxminən 5%-i öskürək və soyuqdəymə əleyhinə reseptsiz satılan preparatlardan sui-istifadə edir və bunların da əksəriyyətini ağdərililər təşkil edir. Bu göstərici LSD istifadə edənlərə yaxın, metamfetamin istifadəçilərindən isə dəfələrlə çoxdur.


Soyuqdəymə əleyhinə reseptsiz satılan preparatların narkotik effekti onların tərkibində öskürək əleyhinə komponent kimi təsir göstərən dekstrometorfanla əlaqədardır. 140-dan çox öskürək və soyuqdəymə əleyhinə preparatın tərkibinə daxil olan bu Ardı »

Umumi XesteliklerNəvə qaraciyərinin yarısını nənəsinə bağışladı

29 yaşlı amerikalı Çed MakMaster öz nənəsi üçün qaraciyər donoru oldu. Əməliyyat zamanı nənə Patrisiya Midltona nəvəsinin qaraciyərinin yarısından çoxu köçürüldü.
Patrisiya Midlton 25 il idi ki, xronik qaraciyər xəstəliyindən əziyyət çəkirdi. Keçən ilin avqust ayında həkimlər ona transplantasiyanın vacib olduğunu demişdilər. Onun ən yaxın dörd qohumu potensial donor kimi araşdırılırdı, lakin ən uyğun variant nəvəsi Çed MakMaster oldu.


Orqanın köçürülməsi Detroytun Henri Ford xəstəxanasında icra edildi. Yaşlı qadına nəvəsinin qaraciyərinin 55%-i köçürüldü. Hal-hazırda həm nənə, həm də nəvə əməliyyatdan sonrakı sağalma dövrünü keçirir.
Qaraciyər transplantasiyası ağır qaraciyər çatışmazlığının yeganə müalicə üsuludur. Insanda canlı donordan ilk uğurlu qaraciyər köçürülməsi 1986-cı ildə baş tutmuşdur. Əksər Ardı »

Umumi XesteliklerDepressiya ateroskleroza səbəb olur

Ateroskleroz arterial damarların okklüziyası (mənfəzinin tutulması) ilə gedən xəstəlikdir, miokard infarktı və insult kimi xəstəliklərə səbəb olur. Müasir cəmiyyətdə depressiya hallarının sayının artmasıni nəzərə alsaq, bu tədqiqat həm həkimlər, həm də sağlamlığının qeydinə qalan insanlar

üçün əhəmiyyətlidir.
Bir qrup Indianapolisli alim orta yaşı 60,6 olan 324 nəfər kişi və qadın üzərində araşdırma aparmışdır.
Ürək-damar xəstəliklərinin erkən əlamətlərini müəyyən etmək üçün bu şəxslərdə arteriyaların intima qişasının qalınlığını ölçmüşlər. Üç ildən sonra bu ölçməni bir də təkrarlamışlar.
Müəyyən olunmuşdur ki, orta ağırlıqli və yüngül depressiya aterosklerozun inkişafını sürətləndirir. Həyəcan, hirslənmə arteriya divarlarının qalınlığına təsir etməmişdir. Nəticələrin analizindən belə məlum olmuşdur ki, depressiyanın yalnız somatik simptomları damarların Ardı »

Umumi XesteliklerLatın Amerikasını denge qızdırması bürüyüb

Latın Amerikası və Karib dənizi hövzəsindəki ölkələrdə yayılmış denge qızdırması təxminən 200 nəfər insanın ölümünə səbəb olmuşdur. Mütəxəssislərin rəyinə görə, xəstəliyin belə kütləvi şəkildə alovlanmasına son onilliklər ərzində ilk dəfə rast gəlinir.


Bu ilin əvvəlindən etibarən həmin ölkələrdə 630356 nəfərin denge qızdırmasına tutulduğu, o cümlədən 12147 nəfərin xəstəliyin ağır şəkli olan hemorragik forması ilə xəstələnməsi halı qeydə alınmışdır. 183 nəfər insan dünyasını dəyişmişdir. Panamerika Sağlamlıq Təşkilatının verdiyi məlumata görə, ən çox xəstəlik halları Braziliya, Venesuela və Kolumbiya ərazisində qeydə alınmışdır. Bununla bərabər bu ölkələr yağışlar mövsümünə keçid etdikcə xəstələnənlərin sayı getdikcə daha da artır. Mütəxəssislərin fikrincə bu il 2002-ci ildə qeydə alınmış Ardı »

Umumi XesteliklerUşaqlıq dövründə siqaret tüstüsünə məruz qalma (passiv siqaret çəkmə) uşaqsalma (abort) riskini artı

ABŞ alimləri sübut etmişlər ki, uşaqlıq dövründə tütün tüstüsünün təsirinə məruz qalmış qadınlar gələcəkdə yüksək uşaqsalma (abort, düşük) riski ilə qarşılaşır.
Tütün tüstüsünün uşaq orqanizminə və inkişaf etməkdə olan dölə əvvəllər də məlum olan zərərli təsirlərindən

az çəki ilə doğulma, anadangəlmə anomaliyalar, astmanı göstərmək olar. Lakin passiv siqaret çəkmənin (yanında siqaret çəkilməsi zamanı tütün tüstüsünə məruz qalma) hamiləliyin gedişinə təsirini sübut etmək alimləra ilk dəfə müyəssər olmuşdur.
Miçiqan Universitetinin Səhiyyə Məktəbinin əməkdaşlarının apardığı tədqiqatda Boston şəhərinin süni mayalandırma klinikalarında müalicə kursu keçən 2162 nəfər hamilə qadın iştirak etmişdir. Müəyyən olunmuşdur ki, uşaqlıqda tütün tüstüsü təsirinə məruz qalanlarda hamiləliyin arzuolunmaz nəticələri daha çoxdur. Bu Ardı »