beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Monoton iş şəraiti vaxtındanəvvəl doğuş riskini artırır

Hollandiyalı alimlər müəyyən etmişlər ki, hamiləlik zamanı darıxdırıcı ev işləri ilə məşğul olmaq vaxtındanəvvəl doğuş riskini artırır. Bu haqda The Daily Mail məlumat verir. Rotterdamdakı Erazm Universitetində (Erasmus University Rotterdam) Hayo Vildşutun (Hajo Wildschut) rəhbərliyi altında mütəxəssislər qrupunun apardığı tədqiqatın nəticələri Perinatal Epidemiology jurnalında dərc olunmuşdur.
Alimlər, hamiləlik vaxtı fiziki aktivlik səviyyəsini müəyyən etmək üçün 12 min nəfərə yaxın yeni doğmuş qadınlar arasında sorğu aparmışlar. Bundan əlavə, iştirakçılardan öz iş yerlərini, doğulan uşağın bədən çəkisini və həmçinin neçə aylıq doğulduğunu qeyd etmələri istənilmişdir.
Göstərilən parametrləri müqayisə edən alimlərin çıxardıqları nəticəyə görə, gündəlik ev işləri kimi darıxdırıcı və monoton işlərlə məşğul olmaq məcburiyyətində qalan qadınlarda daha aktiv iştirakçılara nəzərən vaxtındanəvvəl doğuş riski 25 faiz artıq olmuşdur.
Həmçinin, alimlər müəyyən etişlər ki, hamiləlik zamanı gecə növbəsində işləmiş qadınların uşaqları yüksək bədən çəkisi ilə dünyaya gəlmişdir. Bundan əlavə, tədqiqatın nəticələrinə görə, hamiləlik zamanı oturaq həyat tərzi aşağı bədən çəkili uşağın doğulma riskini artırır.
Alimlər belə hesab edir ki, vaxtındanəvvəl doğuş riskini artmasının səbəbi hamiləlik zamanı monoton və darıxdırıcı işlərlə məşğul olduqda stress hormonlarının miqdarının yüksəlməsidir.


Tarix: 07.01.2013 / 19:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 221 Bölmə: Umumi Xestelikler