beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlıq yolunda akupunktura nöqtələri axtardığına görə çin təbabəti mütəxəssisinin lisenziyası əlind

Bir neçə qadın pasiyentinin onların cinsi orqanları ilə "qəribə" manipulyasiyalar etdiyi barədə şikayətindən sonra, Çin xalq təbabəti mütəxəssisi avstraliyalı Grant Vuya (Grant Woo) peşəsi üzrə fəaliyyət göstərmək qadağan edilmişdir. Bu barədə Herald Sun məlumat vermişdir.
Bu qadınlardan birinə Melburn şəhəri ətrafındakı Cənubi Yarrada yerləşən şəxsi klinikasında, Vu vaginal barmaq müayinəsi etmiş, və bunun "daxili akupunktura nöqtəsi"nə təsir göstərmə üsulu olduğunu söyləmişdir.
Başqa bir qadın pasiyentin uşaqlıq yoluna çin üsulu ilə hazırlanmış bitki məlhəmi yeritmiş və bunu guya ki, həzm pozğunluğunun müalicəsi üçün etdiyini bildirmişdir. Üçüncü bir qadın, Vunun "hormonları stimulə etmək" üçün onun döş gilələrini masaj etməsindən gileylənmişdir. Bütün qadın pasiyentləri Vu müalicəyə başlamazdan əlavə tamamilə lüt soyundururmuş.
Baş verənlərdən xəbərdar olduqdan sonra, Çin təbabəti üzrə Qeydiyyat Komissiyası Viktoriya ştatının Vətəndaş və İcra tribunallarına müraciət etmiş, Vuya garşı ittiham irəli sürmüşdür. Komissiyanın sədri Devid Holstedin (David Halstead) dediyinə görə, "cəmiyyət belə insanlardan qorunmalıdır", belə ki, pasiyentlərdən seksual məqsədlərlə istifadə olunması "mütləq qınanılmalıdır" və xidməti etibardan sui-istifadənin ən pis formasıdır.
Məhkəmə ekspertləri təsdiq etmişlər ki, Vunun davranışının heç bir tibbi əsası yoxdur və o öz cinsi ehtiyaclarını ödəmək üçün bu işləri görmüşdür. Bunun əsasında, təbabət mütəxəssisinə peşə fəaliyyəti ilə məşğul olmaq qadağan edilmiş və iki il ərzində müraciət edərək lisenziyasını yeniləmək hüququ da əlindən alınmışdır.


Tarix: 07.01.2013 / 19:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 239 Bölmə: Umumi Xestelikler