beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hendra virusu ilə kontaktda olmuş avstraliyalılar eksperimental dərmanla müalicə olunacaq

Təhlükəli Hendra virusu ilə kontaktda olmuş iki avstraliyalı qadın eksperimental dərman ilə müalicə olunacaq, bu haqda Courier Mail məlumat verib. Amerikalı həkimlər tərəfindən antitellər əsasında hazırlanmış bu preparat müalicəvi məqsədlə istifadə olunmaq üçün nəzərdə tutulmamışdı və yalnız heyvanlar üzərində klinik sınaqlardan keçirilmişdi.
Hendra virusunun törətdiyi xəstəliyin alovlanması keçən ayın ikinci yarısında Avstraliyanın Kvinslend ştatında müşahidə olunmuşdu. Nəticədə bir at infeksiyadan ölmüşdü. Bu heyvan ilə kontaktda olmuş 12 şəxs arasında Rebekka Dey (Rebecca Day) və onun 12 yaşlı qızı Molli (Mollie) də vardı.
Ştatın yerli səhiyyə orqanlarının rəhbərliyi digər 10 şəxsin yoluxma ehtimalının əhəmiyyətsiz dərəcədə aşağı olduğuna görə, eksperimental dərman maddəsinin yalnız Dey və onun qızı üçün təmin olunmasına qərar vermişdir.
Kvinslend ştatının baş sanitar həkimi Janett Yanqın (Jeanette Younq) sözlərinə görə, həkimlər heç bir əsasla bu müalicənin yararsız olacağını düşünə bilməzlər. Preparatın effelktivliyi hələ xəstəliklərinin simptomları büruzə verməmiş xəstə meymunlara təyin edilərək sübut olunmuşdur.
Bundan əvvəl yeni preparat, 2009-cu ilin iyul ayında xəstə dayçanı müalicə edərkən Hendra virusuna yoluxmuş baytar həkim Alister Rocersin (Alister Rodgers) müalicəsi üçün də istifadə edilmişdi. Dərman maddəsi heç bir mənfi yan təsir göstərməmiş, lakin Rocersin həyatını xilas etmək də mümkün olmamışdı. Yanq qeyd etmişdir ki, Alisterin müalicəsi başlayan vaxt, onda artıq yoluxucu xəstəliyin simptomları büruzə vermişdi və o, koma vəziyyətində idi.


Tarix: 07.01.2013 / 19:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 240 Bölmə: Umumi Xestelikler