beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəvə qaraciyərinin yarısını nənəsinə bağışladı

29 yaşlı amerikalı Çed MakMaster öz nənəsi üçün qaraciyər donoru oldu. Əməliyyat zamanı nənə Patrisiya Midltona nəvəsinin qaraciyərinin yarısından çoxu köçürüldü.
Patrisiya Midlton 25 il idi ki, xronik qaraciyər xəstəliyindən əziyyət çəkirdi. Keçən ilin avqust ayında həkimlər ona transplantasiyanın vacib olduğunu demişdilər. Onun ən yaxın dörd qohumu potensial donor kimi araşdırılırdı, lakin ən uyğun variant nəvəsi Çed MakMaster oldu.


Orqanın köçürülməsi Detroytun Henri Ford xəstəxanasında icra edildi. Yaşlı qadına nəvəsinin qaraciyərinin 55%-i köçürüldü. Hal-hazırda həm nənə, həm də nəvə əməliyyatdan sonrakı sağalma dövrünü keçirir.
Qaraciyər transplantasiyası ağır qaraciyər çatışmazlığının yeganə müalicə üsuludur. Insanda canlı donordan ilk uğurlu qaraciyər köçürülməsi 1986-cı ildə baş tutmuşdur. Əksər hallarda həkimlər valideynlərdən birinin qaraciyərinin bir hissəsini anadangəlmə qaraciyər xəstəliyi olan uşağa köçürürlər.


Tarix: 07.01.2013 / 19:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 209 Bölmə: Umumi Xestelikler