Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hepatitdən qorunmanın yolları

İlk olaraq hepatitin növlərini tanıyaq.
Əslində hepatit virusları olduqca çoxdur. Ancaq bunlar sadəcə mikroblar kimi tanınır və digər hepatitlər kimi təhlükəli hesab olunmurlar.

Qara ciyərlə bağlı olan hepatit virusları isə olduqca təhlükəli xəstəliklər siyahısındadır.
A, B, C, D və E hepatitləri bu siyahıya daxildir. Ancaq bunlar da öz növbəsində bir-birlərindən fərqlənirlər. Hepatit A və E virusları ağız yolu ilə mikroblu qidalarla, su ilə insanlara keçir. Nadir hallarda qanla keçə bilər. A tipi hepatit insanların əksəriyyətində vardır.

E tipi isə əsasən azlıq təşkil edir. E tipi hepatit hamilə qadınlar üçün olduqca təhlükəlidir.
B və C qrup hepatitlər isə qan yolu ilə insanlara keçir. Qan yolu ilə keçənlər müasir dövrdə ən təhlükəli xəstəliklərdən hesab olunur.

Bəs bu viruslardan necə qoruna bilərik?

Müasir tibbdə A və B qrupu hepatitlər üçün peyvəndlər hazırlanıb. 1990-cı illərdən bu peyvəndlər insanlara vurulur. Bu peyvəndlərin olduğu zamanlardan bəri hepatit virusları azalmışdır.

Ancaq hepatit C üçün belə bir peyvənd tapılmamışdır. Olduqca təhlükəli xəstəlik olan hepatit C-də yalnız güclü müalicə ilə nəticə əldə etmək mümkündür.

Hepatit E-nin də peyvəndinin hazırlanması üçün mütəxəssislər çalışırlar, yaxın gələcəkdə onun istifadəsinə başlanılacaqdır. B və C hepatitləri ölümcül xəstəliklərin viruslarını daşıyırlar.
Dünyada 350-400 milyon hepatit B, 200 milyon isə hepatit C xəstəsi vardır. Hər il isə 1 milyon insan bu xəstəliklərdən dünyasını dəyişir.

Qorunmağın ən yaxşı yolu isə peyvəndi olan viruslar üçün peyvənd vurdurmaq, olmayanlar üçün isə gigiyenik qaydalara tam əməl etməkdir.

Qadın salonlarında, bərbərxanalarda, bəzi xəstəxanalardakı alətlərdən bu viruslara yoluxmaq mümknüdür.


Ən əsası isə bu virus kişilərdən daha çox, qadınlarda olur. Qadınların yoluxma riski daha çoxdur, ancaq qadınlardan yoluxan kişilər də az deyildir. Bu səbəblə də, bütün insanlarla və bütün əşyalarla münasibətinizdə diqqətli olmalısınız.


Tarix: 29.11.2012 / 20:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 403 Bölmə: Umumi Xestelikler
loading...