beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağrı insanı qocaldır

Elə insan tapılmaz ki, nə vaxtsa bədəninin hər hansı bir hissəsində baş qaldıran ağrıdan əziyyət çəkməmiş olsun. Alimlər sübut etmişlər ki, ağrı çəkmək nəinki insanın həyatını dözülməz edir, hətta cavanlığını əlindən alır. Çox zaman insanlar həkimə belə müraciət edirlər: «ağrıdan ölürəm, daha qüvvəm qalmayıb». Ağrıların insanın ömrünə nə dərəcədə təsir etdiyini öyrənməyə çalışan Kaliforniya Universitetinin əməkdaşları 50 yaş və ondan yuxarı 18 541 insanı müayinə etmişlər. Onları maraqlandıran əsas məsələ xroniki ağrıların insanın vəziyyətinə və sağlamlığına necə təsir etdiyini öyrənmək idi. Aparılan müayinələrdən aydın olmuşdur ki, iştirakçılardan 50-59 yaşlarında olan və heç bir xroniki xəstəlikdən əziyyət çəkməyənlərin hər üçündən biri problemsiz olaraq 1,5 kilometr qaça bilmiş, hər biri bir neçə kvartal piyada getməyin öhdəsindən gəlmişdir. Lakin xroniki xəstəliklərdən əziyyət çəkənlərdə bu göstəricilər çox aşağı səviyyədə olmuşdur. Bu nəticələr alimlərə deməyə əsas verir ki, xroniki ağrılar fiziki olaraq insanı 20-30 il qocaldır.

Amerikalı həkimlər düşünürlər ki, xroniki xəstəliyi spesifik olaraq və fiziki hərəkətlərin köməyi ilə müalicə etmək lazımdır. Rusiya həkimləri isə hesab edirlər ki, xroniki xəstəlik sərbəst patologiyadır və insana nəinki fiziki, həmçinin ruhi sarsıntılar gətirir. Demək olar ki, bütün xəstələrdə müxtəlif dərəcədə depressiya inkişaf edir. Onlar qorxu ilə ağrının artdığını, baş verə biləcək fəsadları gözləyirlər və bəzən də sağalmaq ümidlərini itirirlər. Alimlər təsdiq edirlər ki, belə insanları hətta qamətindən, mimikasından, hərəkətlərindən təyin etmək mümükündür. Bəziləri isə ağrıkəsicilərlə birlikdə depressiya əleyhinə də dərmanlar qəbul etməli olurlar. Ən böyük səhvi isə əsas xəstəliyini bilməyərək, ağrıkəsici qəbul edib həkimə müraciət etməyənlər edir//Azadqadin.az





Bəs, siz ağrıyanda nə edirsiniz?


Tarix: 26.11.2012 / 19:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 372 Bölmə: Umumi Xestelikler