beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəkərsiz diabet

Şəkərsiz diabet.
Ətrafımızda baş verən hər bir dəyişiklik təbii olaraq bizi maraqlandırır.Bu dəyişikliklərin içində təəssüflər olsun ki,yaxşılarla bərabər iç göynədən,ağrı verən hallara da rast gəlmək olur.Günümüzün ən qlobal və müzakirə edilən mövzularından ən birincisi ,mən deyərdim ki,uşaq xəstəlikləridir.Qarşılaşdığımız hər bir xəstə uşaq bizim daxili aləmimizi sarsıdır.Ən dəhşətlisi isə odur ki,bu xəstəliklərdən əziyyət çəkən əksər balacalar bu xəstəliyi ömür boyu daşımaq məcburiyyətində qalırlar.Bizə məlum olan və olmayan bir çox xəstəliklər var.Mən bu gün bu xəstəliklərin birindən-şəkərsiz diabetdən söhbət açmaq istəyirəm.Şəkərsiz diabet (diabetes insipidus) kifayət qədər nadir rast gəlinən xroniki xəstəliklərdən olub susuzluq hissi (polidipsiya) və tez-tez həddən artıq aşağı nisbi sıxlığa malik sidik ifrazının olması (poliuriya) ilə xarakterizə olunur. Bu xəstəlik hipotalamus və ya hipofizin funksiyasının pozulması ilə əlaqədar meydana çıxır. Xəstəliyə nəinki böyüklər, hətta uşaqlar arasında da rast gəlinir. Lakin 18-25 yaşda olan şəxslər şəkərsiz diabetlə daha tez-tez xəstələnir. Uşaqlarda isə bu xəstəliyə istənilən yaş dövründə rast gəlinir, hətta 1 yaşında olan körpələr arasında da xəstəliyə tutulma halları qeydə alınmışdır.Təəssüflər olsun ki,bu xəstəliyi ilkin mərhələdə tapıb üzə çıxaran mütəxəssislər də demək olar ki,yox dərəcəsindədir.Mən bunu öz gördüklərimə əsasən ,tam əminliklə deyirəm.Bəs gəlin görək bu xəstəliyin orqanizmə buraxdığı fəsadlar nədən ibarətdir.
Xəstəliyin kliniki mənzərəsi ADH-antidiuretik hormonun və ya vazopressinin mütləq və ya nisbi çatışmazlığı ilə bağlıdı. Vazopressin hormonu hipotalamusun supraoptik və paraventrikulyar nüvələrində sintez edilir. Bu hormonlar hipofizin arxa payında – neyrohipofizdə toplanır, buradan isə lazım gəldikcə qana ifraz edilir. Vazopressin hormonu böyrək nefronlarının distal hissələrində suyun reabsorbsiyasını tənzimləyir. Bu hormonun sintezi pozulduqda böyrəklərdə suyun reabsorbsiyası da pozulur. Bunun da nəticəsində poliuriya yaranır.

Qanın plazmasının osmolyarlığının dəyişməsi ilə əlaqədar olaraq qanda vazopressinin miqdarı dəyişir, yəni osmolyarlıq artdıqda vazopressin azalır və ya əksinə. Bunlardan əlavə vazopressinin sintezinə qanın həcminin dəyişməsi və təzyiqi də təsir göstərir. Bu cür dəyişikliklər xüsusilə gecələr müşahidə edilir. Sağlam insanlarda gecələr sidiyə getmənin azalması vazopressin hormonunun sintezinin artması ilə əlaqədardır.




Təsnifat. Vazopressin hormonunun sintezinin nə dərəcədə pozulma səviyyəsindən asılı olaraq şəkərsiz diabet xəstəliyinin bu tipləri ayırd edilir:
Mərkəz tipli şəkərsiz diabet (neyrogen)
Böyrək tipli şəkərsiz diabet (nefrogen)
Hamilələrin şəkərsiz diabeti (tranzitor)
İnsipidar sindrom (sinir mənşəli)

Kliniki mənzərəsi.

Xəstəliyin əlamətləri adətən özünü qəflətən büruzə verir. Xəstəliyin əsas əlamətləri polidipsiya, poliuriya, pollakuriyadır.

Başağrıları, ürəkbulanma, qusma, narahatlıq, görmə pozğunluğu, taxikardiya, oynaqlarda ağrı, hipoxrom anemiya, çəki itkisi, dərinin və selikli qişaların quruluğu, iştahanın azalması, qastrit, kolit, qəbizliyə meyillilik və s. kimi əlamətlər də müşahidə edilir.

Diaqnoz. Böyrəklərin ultrasəs müayinəsi, ekskretor uroqrafiya, endogen kreatin klirensinin təyini, Addison-Kakovski sınağı vasitəsilə xəstəliyin diaqnostikası aparılır.
Şəkərsiz diabetin müalicəsi. Müalicə məqsədilə vazopressinin sintetik analoqları tətbiq edilir.

Pəhriz. Duzun qəbulu məhdudlaşdırılmalı, daha çox dəniz məhsulları yeyilməlidir.


Tarix: 29.11.2012 / 19:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 679 Bölmə: Umumi Xestelikler