beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qrip əleyhinə universal peyvənd hazırlandı

ABŞ və Böyük Britaniya alimləri A tipli qripp virusunun bütün növ müxtəlifliklərinə qarşı uzunmüddətli müdafiəni təmin edən peyvəndin klinik sınaqlarının birinci mərhələsinin başa çatması haqda bəyanat vermişlər. Yeni preparat mövsümi qrip epidemiyaları ilə mübarizə üçün peyvəndlərin hər il yenilənmə məcburiyyətini aradan qaldıracaq.
Müasir qrip əleyhinə peyvəndlər səthi virus zülalları olan hemaqqlütinin və neyraminidazanı tanımaqda immun sisteminə kömək edir. Tez-tez baş verən mutasiyalar nəticəsində bu zülalların strukturu dəyişildiyinə görə, qripin yeni növ müxtəliflikləri ilə mübarizədə hər dəfə yeni peyvəndlər tələb olunur.


Akambis şirkəti mütəxəssisləri tərəfindən hazırlanmış ACAM-FLU-A peyvəndi M2e adlı başqa bir səthi zülala qarşı immun cavab yaradır. Bu zülalın strukturunu kodlaşdıran gen A tipli qrip viruslarının hamısında dəyişilməz qalır və buna görə də, peyvənd olunmuş şəxsin immun sistemi tərəfindən tanınaraq məhv edilir. ACAM-FLU-A insanlarda xəstəlik törədə bilən B tipli qrip viruslarına qarşı qoruya bilmir, lakin bu o qədər də əhəmiyyətli deyil. Çünki, H5N1 quş qripi pandemiyası da daxil olmaqla, bütün pandemiyalar A tipli viruslar tərəfindən törədilmişdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, dünyada hər il 500 mindən bir milyona qədər insan qripp xəstəliyindən dünyasını dəyişir.
Klinik sınaqların birinci mərhələsi ACAM-FLU-A peyvəndinin zərərsiz olduğunu və onun M2e zülalına qarşı anticisim əmələ gəlməsini stimulə etdiyini göstərdi. Bundan əlavə, paralel aparılan laborator tədqiqat yeni preparatın heyvanlarda quş qripinin vyetnam ştammından ölüm ehtimalını 100%-dən 30%-ə qədər azaltdığını nümayiş etdirdi.
peyvəndin immunomodulyatorlarla kombinəolunmuş şəkildə istifadəsi nəzərdə tutulmuşdur. Preparatın formulunu mükəmməlləşdirdikdən sonra, istehsalçılar sınaqların yeni, genişləndirilmiş mərhələsinə başlamağı planlaşdırır.


Tarix: 07.01.2013 / 19:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 298 Bölmə: Umumi Xestelikler