beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Horadiz

Horadiz — Azərbaycanın Füzuli rayonunda şəhər. 1993-cü ildə erməni silahlı qüvvələrinin işğalına məruz qalıb. Azərbaycan Milli Ordusunun 1994-cü ildə keçirdiyi Horadiz əməliyyatı zamanı işğaldan azad edilib.Mündəricat
1 Tarixi
2 Mədəniyyəti
3 Coğrafiyası və İqlimi
4 Əhalisi
5 İqtisadiyyatı
6 Xarici keçidlər


Tarixi

Horadiz yaşayış məntəqəsi XIX əsrin sonunda Şuşa qəzasının tərkibinə daxil olub. Daha sonralar Horadizə şəhər tipli qəsəbə statusu verilib. Qarabağ müharibəsi dövründə qəsəbə ərazisində ağır döyüşlər gedib, qəsəbədəki bir çox evlər dağılıb, təsərrüfata böyük ziyan dəyib. 24 oktyabr 1993-cü ildə Ermənistan Ordusu qəsəbəni Füzuli rayonu ilə birlikdə işğal edib. Azərbaycan Ordusunun əks-hücumu nəticəsində (bax:Horadiz əməliyyatı) 1994-cü il yanvarın 5-də Horadiz işğaldan azad edilib. Azərbaycan Respublikası prezidentinin 23 oktyabr 2007-ci ildə verdiyi fərmana əsasən Horadizə şəhər statusu verilib. Hal-hazırda Horadiz şəhəri cəbhə xəttində bir neçə kilometr aralıda yerləşir. Şəhərin ərazisində yerləşən Azərbaycan ordusunun bölmələri həm cəbhə xəttini, həm də İranla olan dövlət sərhədini qoruyurlar.


Tarix: 17.03.2013 / 13:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 195 Bölmə: Tariximiz ve rayonlarimiz