beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ozonoterapiya

Ozonoterapiya 100 ildən çoxdur Şərqdə tanınmış müalicə metodudur. Geniş yayılmış xəstəliklərin çoxunda hansı ki, ateroskleroz, ürəyin işemik xəstəliklərində, hipertrofiya xəstəliyində, mama-ginekoloji, nevroloji patologiyalarda, infeksion xəstəliklərdə və digərlərində geniş spektirli, qeyrispesifik təsiri ilə fərqlənir.
Ozonoterapiya sadə qəbulu, xəstələrdə yaxşı yayılması, tamamilə əks təsirinin olmaması və yüksək müalicəvi effektliyi ilə seçilir. Ozonoterapiya geniş təsir diapazonuna malikdir, bakterisid, virusosid, funqisid, immunmodulyaedən, hipoksiyaəleyhinə, dezintaksikasion təsir göstərir. Istifadə olunan tibbi ozon müalicə müddətini qısaldır, letallıq və əllillik dərəcəsini azaldır.
Ozonoterapiyanın patogenetik effektində yüksək turşuluq müəyyən olunur-ozonun patensialı bərpa olunur ki, ikili mexanizm ilə şərtlənir.
1.Bakterisid effekt : praktik olaraq bütün növ göbələk, bakteriya, virus və ibtidailəri məhv edir.
2.İltihab əleyhinə effekt.
3.Ümumi immunitet yüksəlir.
4.Ağrısız effekt.
5.Dezintoksikasion effekt.
6.Oksigensaxlama prosesi akivləşir. Hətta çox aşağı dozada ozon yeridilməsi qanda sərbəst və həll olunmuş oksigenin toplanmasının artması ilə yanaşı gedir.
7.Hemostatik effekt.

Göstəriş.

Cərrahi
Absess, erkən infeksiya,septik vəziyyət, peritonit, yanıqlar, trofik yaralar, xroniki osteomielit, tromboflebit, damarların aşağı sonluğunda obliterasiya, kardiocərrahi əməliyyat.
Müalicə
Xroniki qastrit, kolit, mədə və 12 barmaq bağırsağın yara xəstəliyi, xroniki hepatit,qaraciyər sirrozu, revmatizm, artrit və artroz, ürəyin
işemik xəstəliyi, allergik xəstəlik, yuxarı tənəffüs yollarının xəstəliyi, şəkərli diabet.
Göz xəstəlikləri
Göz sinirinin atrofiyası,qüzehli qişanın atrofiyası, ağlı qişanın travması.
Infeksion xəstəliklər
Virus xəstəlikləri və hepatitlər.
Dəri-zöhrəvi xəstəliklər
Əsasən cinsiyyət yollarından keçən xəstəliklər və onların kəskinləşməsi.
Urologiya
Pielonefrit, sistit, uretrit, prostatit.
Dermatologiya
Frunkulyoz, piodermiya, herpes, göbələk zədələnmələri, sklerodermiya, psoriaz, neyrodermit, ekzema, demirov, dermatozlar.
Kasmetologiya
Sızanaqlar, sellulit, lokal lipodistrofiya, allopesiya.
Mama-ginekologiya
Cinsiyyət sferasının iltihabi prosesi,hamiləlik toksikozu, hamilələrdə anemiya, düşüyə təhlükəli hamiləlik, sonsuzluq.
Nevropatologiya
Beyin qan dövranının pozulması, periferik sinir sisteminin xəstəliyi, miqren.
Stomatologiya
Stomatit, parodontoz, pulpit.
Anesteziya, reanimasya, intensiv terapiya
Əməliyyatdan sonra, reanimasiyadan sonrakı dövrdə pozulmuş homeostazın korreksiyası, detoksikasiya olunmuş ozonoterapiya.

ƏKS GÖSTƏRİŞ
Kəskin miokard infarktı, qanaxma, hipertireoz, trombositopeniya, qıcolma sindromu.
Əgər siz ozonoterapiya qəbul etmək istəyirsinizsə şəhərimizdə fəaliyyət göstərən Gülçin Tibb Mərkəzinə müraciət edə bilersiniz.


Tarix: 08.01.2015 / 15:52 Müəllif: Aziza Baxılıb: 193 Bölmə: Saglamliq