beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vitaminlərin həddən artıq qəbul edilməsinin insana ziyanı var

İnsanın xəstə və ya sağlam olmasına baxmayaraq, vitamindən istifadə həkim məsləhəti ilə qəbul edilməlidir. Həkim məsləhitnə qulaq asmadan qəbul edilən vitaminlər, sağlamlığa ciddi ziyan vura bilər. Həddindən artıq qəbul olunan vitaminlər, bəzi hallarda insan ölümünə belə səbəb ola bilir.

Qeyd edək ki, vitamin və minerallar sağlam həyatın imtina edilməz bir parçasıdır. Bədənin daima gumrah qalması üçün, bu maddələrə az miqdarlarda da olsa ehtiyac var. Ancaq vitaminlər həddindən artıq dozada istifadə edildikdə, baş ağrısı, ürək bulanma, qusma, hətta insan ölümünə belə gətirib çıxara bilər.

Alimlər vitamin ehtiyacını aradan qaldırmağın ən doğru yolunun düzgün qidalanmaq olduğunu düşünür. Vitaminlərin çoxu bitki və heyvan mənşəli qidalarda olur. Karbohidrat, yağ, zülalı kimi əsas qida elementləri ilə az miqdarda edilən düzgün qidalanma, bədənin gündəlik vitamin ehtiyacını ödəyir. Ancaq müxtəlif fizioloji (Hamiləlik, idman, yetkinlik), patoloji (tempratur, ishal, zədə) vəziyyətlər, ekoloji faktorlar (iqlim, coğrafi bölgə) və dərman müalicələri vitamin ehtiyacını artıra bilər.

Məlumat üçün bildirək ki, A vitamini çox qəbul etdikdə baş gicəllənməsi, cüt görmə, baş ağrısı, sıxılma, dodaqların və ovucun soyulması, tez-tez qusma kimi problemlərə gətirib çıxarır. B vitamini çox yüksək dozalarda qəbul olunsa zəhərlənməyə səbəb olur. C vitamini 2 qramdan çox alındığında qarın ağrısı, bulanma və qusma şəklində özünü göstərir. Davamlı olaraq və yüksək dozada istifadə edildikdə isə böyrək daşı əmələ gəlir. D vitamini çoxluğu isə qanda kalsium yüksəlməsi, böyrək xəstəlikləri, damar problemlərinə səbəb olur.


Tarix: 08.01.2015 / 14:07 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Saglamliq