beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uzun yaşamağın sirlərini bilirsinizmi?

Ekspertlər hesab edir ki, insanın vaxtında ailə həyatı qurması onun mənəvi və fiziki fəallığını passivlikdən xilas etməklə ömrü mənalandırır, rövnəqləndirir və məsuliyyətlə düzgün həyat yolu seçməyə sövq edir. İnsanın sərbəst emosiyaları da sağlamlığın xeyrinə işləyir. Uzun yaşamaqda həssas məsələlər düzgün qidalanma ilə başlayır. Alimlərin fikrincə, orqanizmə xeyirli məhsullar hesab olunan kələm, kök, ərik, şaftalı, balıq, nar, bir də yaşıl çaydan istifadə edərək daha çox antioksidant alan insanlar sağlam və uzunömürlü olurlar. Enerji bir çox mövzularda olduğu kimi yaşlanma və uzunömürlülük mövzuları üçün də aktualdır. Sürətli yaşlanmanın qarşısını almaq üçün kalorinin məhdudlaşdırması böyük əhəmiyyət daşıyır. Bu baxımdan lazimi miqdarda qida qəbulunun faydası vardır. Həddindən artıq çox qida qəbulu digər problemlərin yaranma səbəbi olmaqla bərabər yaşlanmağa və uzunömürlülüyə təsir göstərir. Uzun və sağlam ömrün sirlərini öyrənən həkim, psixoloq və araşdırmaçılar pis vərdişlərdən uzaq olmağı, artıq çəki problemlərinin həllini, fəal həyat tərzini, düzgün qidalanmağı, aydın və müdrük təfəkkürə malik olmağı, yaradıcı işlərlə məşğul olmağı (incəsənət və s.), erkən ailə həyatı qurmağı uzun yaşamağın əsas yolları hesab edir. Onuda qeyd etmək lazımdır ki, orqanizimdə serotonin əskikliyi isə bir sıra problemlərin yaranma səbəbi kimi göstərilir. Xroniki yorğunluq, depressiya, pis qidalanma, siqaret çəkmə, D vitamini əskikliyi, serotonin hormonu əskikliyi, C vitamini əskikliyi, kalorinin məhdudlaşmaması, kifayət qədər yatmama və idman etməmək də sürətli yaşlanmağa əhəmiyyətli ölçüdə təsir edən faktorlar arasındadır.
Ona görə də gənc olarkən qidalanmaya, idmana, həyat tərzimizi yüksəltməyə, ənənələrimizə diqqət yetirməklə gələcəyimizə sərmayə etmiş olarıq.
Sağlam bir yaşlılıq müddəti üçün gənclik çağları çox yaxşı qiymətləndirilməlidir.


Tarix: 08.01.2015 / 13:27 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Saglamliq