beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxu ehtiyacı nələrə bağlıdır?

Məlumata görə yaş və sağlamlıq vəziyyəti kimi faktorlar insanlarda yuxu ehtiyacına təsir edir.
Yaş
Hesablamalara görə körpələrin və uşaqların sağlamlıq baxımından çoxlu yuxu saatı olmalıdır.
Mütəxəssislər bildirirlər ki, gecələri 9 - 10 saat yatmaqdan əlavə gündüz vaxtları da istirahət vacibdir.
Biliklə məşğul olan uşaqlar və yeniyetmələr isə gecələri 9 və 11 saat yatmalıdırlar. Yetkinlərin 7 - 8 saat yatmağı yuxu ehtiyacını təmin etmək üçün yetərlidir.
Məlumatda oda bildirilir ki, tədqiqatlar zamanı yetkin və yeniyetmələrin yuxu ehtiyacları müqayisə olunub. Nəticədə yetkinlərin yüngül, qısa və periodik yatdıqları müşahidə edilmişdir. Bunu balanslaşdırmaq üçün onlara daha çox istirahət etmək məsləhət görülür.
Hamiləlik
Hamiləlik əsnasında bir qadının bədənində meydana gələn dəyişikliklər yuxu ehtiyacını artırır. Ancaq qusma və mədə bulanması, tez-tez sidiyə çıxma, bel ağrısı, ayaq spazmı və mədə turşuması kimi hamiləlik əlamətləri yuxuya maneçiliklər törədir.
Sağlamlıq problemləri və dərmanlar
Xroniki asma və ya bronxit xəstəliyi olanlar sağlam insanlara nisbətən çətin yatırlar. Bu nəfəs alma çətinliyindən və ya dərmanlardan qaynaqlana bilər.
Digər xroniki və ağrılı vəziyyətlər də (artrit, mədə reflüksü, konjestif ürək çatmazlığı, hüceyrəli anemiya və s.) yuxu problemlərinə səbəb olur. Nəticədə həmin xəstələr az yatırlar. Bəzi reseptsiz dərmanlar da oyanıq qalmağa səbəb olur. Bunlar arasında açıcı və steroid maddələrin olduğu bildirilir. Məlumata görə beta blocker adlı ürək və təzyiq dərmanları yuxuya getməyi çətinləşdirməklə gecələri oyanmağa səbəb olur.
Yuxusuzluq
Bildiyimz kimi normal yuxu insan sağlamlığı baxımından ən azı 8 saat olmalıdır. Əgər yuxusuzluq problemi varsa bu zaman ehtiyac duyulan yuxu miqdarını artırmaq və həkimə görünmək vacibdir. Davamlı yuxu sağlamlıq və həyat keyfiyyəti baxımından gərəklidir. Bəzi iş adamları həftə sonunda daha çox yatmağa və istirahətə fikir verir. Bu baxımdan yuxu saatını rejimlə nizamlamaq məsləhətdir.
Genetik faktor
Tədqiqatlara görə bəzi insanların yuxu saatı nizamlı olmur. Məlumata görə az və ya daha çox yatmaq ailədən keçə bilər. Bunun səbəblərinə genetik faktorlar da daxildir.
İdeal Yuxu
Tədqiqatlara görə 7 saatdan az və ya 9 saatdan çox yatmaq sağlamlıq problemlərinə yol açır. Gün ərzində oxumaq, televiziya izləmək, telefonla danışmaq və ya masa başında işləmək də yuxuya təsir göstərir. Problemin kökündə yuxu apnesi kimi səbəblər də ola bilər. Bunun üçün müalicə tətbiq olunaraq yuxu keyfiyyətini artırmaq olar. Yuxu ehtiyacını dəqiq müəyyənləşdirmək üçün testlər də vacibdir.


Tarix: 08.01.2015 / 12:09 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Saglamliq