beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəniz ilbizi | Beynin qidası

Bu gün bir çoxları moda xatirinə pəhriz saxlayır və orqanizmi uzun müddət qidasız qalmağa məcbur edir, beyin qidalanmasına az diqqət yetirirlər. Əslində, orqanizmin cəmi 2%-ni təşkil edən beyin də «yemək» istəyir.


Beynin yaxşı işləməsi üçün başlıca qida adi qlükozadır. Əbəs deyil ki, insanlar nə haqdasa gərgin düşünməli olduqda və ya imtahanlara hazırlaşan zaman özləri ilə şokolad və şirniyyat ehtiyatı götürürlər bu, beynin mənimsəmə qabiliyyətinə müsbət təsir göstərir. İnsan beyni bir neçə hissədən ibarətdir — onlardan bəziləri həyat əhəmiyyətli funksiyaları yerinə yetirir, digərləri isə daha az cavabdehlik daşıyır və bu səbəbdən qlükoza ilə müntəzəm qidalanmağa ehtiyac duyurlar.

Qlükoza tərkibində karbohidratlar olan məhsullarda daha çox olur. Belə məhsullara meyvələr, tər tərəvəz, çörək, şokolad aiddir. Qazsız içkilər və tünd kofe, limonlu adi su, yaşıl çay da beyni canlandırmaq və işləməyə məcbur etməkdə məqsədəuyğundur.

İstridyə (dəniz ilbizi)
Əgər tez-tez dəniz məhsulları, xüsusilə dəniz ilbizi ilə qidalanırsınızsa, sizi xoşbəxt hesab etmək olar. Eksperimentlər göstərir ki, yaşından asılı olmayaraq istridyələr insan beyni üçün faydalıdır. Bunun səbəbi onların tərkibində sink və dəmirin çox olmasıdır. Bu mikroelementlərin birləşməsi ağlın itiliyini saxlamağa və lazımi faktları asanlıqla yadda saxlamağa imkan verir. Sink və dəmir beynin informasiyanı toplamaq və yadda saxlamasına kömək edir. Orqanizmdə bu elementlər azlıq təşkil etdikdə unutqanlıq, pis konsentrasiya və digər orqanların fəaliyyətində pozuntular müşahidə olunur.


Tarix: 09.01.2013 / 22:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 198 Bölmə: Saglamliq