beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İstimna (onanizm)

1. Əgər şəxs haram əməl olan istimna (onanizm – özünün özündən sperma gəlməsi üçün etdiyi əməl) etsə orucu batildir. Lakin əgər məni (sperma) ixtiyarsız olaraq gəlsə orucu batil deyil.

Qeyd: İstimna hər bir halda, hər bir vaxt haramdır.

2. Əgər şəxs yuxuda möhtəlim olsa, yəni yuxuda ondan məni gəlsə, orucu səhihdir. Əgər oruc tutan şəxs məni gələn vaxt yuxudan oyansa bunun qarşısını almaq onun üçün vacib deyil.

3. Əgər şəxs məni gəlmək üçün bir iş etsə, amma məni gəlməsə orucu batil deyil.

4. Əgər oruc tutan şəxs məni gəlmək məqsədi olmadan öz əyalı (həyat yoldaşı) ilə oynayıb zarafatlaşsa və bu kimi işlərdən adəti məni xaric olması deyilsə, lakin təsadüfən məni xaric olsa orucu batil olmaz.


Tarix: 08.01.2013 / 11:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 366 Bölmə: Ramazan