beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RAMAZAN BİR İMKANDIR

“Ey iman edənlər! Oruc, sizdən əvvəlkilərə də fərz qılındığı kimi sizə də fərz qılındı ki, Allaha qarşı məsuliyyətinizi dərk edəsiniz” [Bəqərə 183]

“Ramazanınız mübarək olsun!” deyəcəyəm amma Ramazan zatən mübarəkdir.
“Xoş gəldin ey Ramazan ayı!” deyəcəyəm amma Ramazan həmişə xoş gəlir.
İnsanın borcu da Ramazanın bərəkətindən maksimum istifadə etməkdir. Onu xoş qarşılamaq, onu xoş etmək və xoş yola salmaqdır.
İbadətlərin məqsəd deyil, vasitə olduğu həqiqətini tez-tez unuduruq. Hər ibadət daha böyük bir məqsədi həyata keçirmək üçün vasitədir. O məqsəd diqqətə alınmadan ibadətlər nə gözəl bir şəkildə icra oluna bilər, nə də ki, anlaşılar. Oruc ibadətinin məqsədi bu ibadəti fərz qılan yuxarıdakı ayədən açıq-aşkar aydın olur: Məsuliyyət şüuruna qovuşmaq...

Bu, əvvəlcə insanın özünü tanımağı ilə başlayır. İnsan özünü tanımaq üçün əvvəlcə marağını özünə yönəltməlidir. Marağını özünə yönəltməkdə məqsəd, ətinə, sümüyünə, saçına, saqqalına, boyuna-buxununa, mədəsinə, rənginə yönəltməsi deyil. Çünki bunlar insanı “insan edən” dəyərlər deyil.
Lap yaxşı, bəs nədir?
Əlbəttə, vəhyin “qəlb” dediyi daxili dünyasına, duyğusuna, düşüncəsinə, düşünən qəlbinə yönəlməsidir. Marağını daxili dünyasına yönəldən insan, özünü tanımağa başlayacaq. Özünü; yəni Allah qarşısındakı acizlik və möhtaclığını, dünya mənfəəti qarşısındakı şərəf və üstünlüyünü.
Bu nəticəni əldə edən insan, “məsuliyyətin şüuruna varan” insandır.

Bu üç ölçülü bir şüurdur: Allaha qarşı, özünə qarşı və başqalarına qarşı. İnsan, ac və susuz olan həmcinslərinə, yoxsullara, yetimlərə, kimsəsizlərə, darda qalmışlara qarşı cavabdeh olduğunu da oruc sayəsində öyrənir.
Ramazan bir imkandır; kirlənmişi təmizləmənin, uçulanı təmir etmənin, söküləni bərpa etmənin, dağılanı toplamanın, parçalanmışı bütünləşdirmənin, itəni tapmanın imkanı.


Tarix: 06.01.2013 / 15:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 341 Bölmə: Ramazan