beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BAYRAMINIZ MÜBARƏK

Ey Ramazanın gündüzlərini oruc tutub gecələrini ibadətlə keçirən qardaş və bacılarımız! Budur, artıq xeyir və bərəkət ayı, xeyir mövsümü sona yetdi. Amma xeyir əməlləri davam etdirmək şansımız hələ tükənməyib. Necə ki, Ramazanda imanınızı artırdınız və ibadətləri davamiyyətli etdiniz, eləcə də gələn aylarda da bu cür məsuliyyətli olun. Allahdan qorxun və özünüz üçün təqva azuqəsi hazırlayın.
Neçə-neçə əllər bu ayda göyə açıldı, neçə-neçə gözlər Allahdan qorxaraq ağladı, neçə-neçə insanlar qafil olub bu ayı dəyərləndirib özləri üçün xeyir tədarük etmədilər. Yazıqlar olsun...
Gəlin, günlərimizi boşa keçirməyək. Neçə ki, yaşayırıq çoxlu tövbə edək. Hər qıldığımız namazımızı son namazımız kimi qılaq. Təklikdə də, insanlar yanında olanda da Allahdan qorxaq.
Günlərimiz sanki ağacdan qopub yerə düşən yarpaqlar kimidir. Ömür qısa, axirət səfəri uzun, azuqəmiz isə azdır...
Əbu-Darda (r.a) bu barədə ğözəl deyib:
-Həqiqətən dünya üç gündür.
Birincisi, dünən idi ki, o ötdü-keçdi. Onu geri qaytara bilməzsən.
İkincisi, sabahdır. Onu yaşayıb görəcəyimizə ümüd yoxdur.
Sənin yalnız bir günün qalır. O da bugündür. Ondan faydalan...
Bəli, hər günümüz, hər sözümüz, hər əməlimizin son ola biləcəyini düşünərək tövbələrimizi çoxaldaq.
Allah bu ayda tutduğumuz orucları bizlərdən qəbul etsin, Allah bu əziz bayramımızı mübarək etsin. Əsl bayram budur. Daim haqqa doğru!a


Tarix: 06.01.2013 / 16:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 407 Bölmə: Ramazan