beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RAMAZAN AYI HAQQINDA MARAQLI SUALLAR

Bismillahir-Rəhmanir-Rəhim

Hörmətli oxucularımız, dəyərli müsəlmanlar! Ramazan ayı gəlincə çoxlarımız bəzi məsələlərlə rastlaşırıq ki, bu da bizdə şübhə oyadır, yaxud da doğru cavabı tapa bilmirik. Əziz oxucularımızdan bizə bunun kimi maraqlı suallar gəlib. Onların suallarını cavabsız qoymuruq, Allahın izni və hidayəti ilə onların sualların doğru-dürüst cavab veririk. Həmin suallardan bəzilərini sizlərə də çatdırmaq istərdik. Yəqinki sizlərdən də bəziləriniz ağlına belə suallar gəlir, gəlməsə belə bu cavablardan faydanala bilərsiniz və bilmədiklərinizi öyrənərsiniz.


1. Oxucularımızdan biri soruşur: Mən səhər yuxudan qalxmamışam (bilə-bilə). Amma, həmin gün orucu davam etdirmişəm. Bilmək istəyirəm ki, əgər səhər qalxmıramsa orucum pozulurmu? Ümumiyyətlə bu barədə bilmək istərdim.
Cavabı: Səhər yuxudan qalxmamaq orucu pozmur. Hətta həmin şəxs bunu bilə-bilə etsə də belə. Çünki səhur etmək (səhər yeməyi yemək) şərt deyildir və oruc onsuz da səhih sayılır. Lakin səhurda bərəkət olduğu üçün onu etməsi daha yaxşı olardı. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: "Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən səhurda bərəkət var."

2. Sabah mən işgüzar bir nahara dəvət olunmuşam. Bu çox vacib bir nahardır. Bir gün orucu pozub, sonra bir gün əlavə tutmaq olarmı?
Cavabı: Bu nahar nə qədər vacib olsa da Uca Allahın əmrindən vacib ola bilməz. Odur ki bu səbəbə görə orucu pozmaq günahdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə [pis əməllərdən] çəkinəsiniz." (əl-Bəqərə surəsi 183-cü ayə). Başqa bir ayədə isə belə buyurur: "Sizlərdən kim bu aya yetişərsə, onu (həmin ayı) oruc tutmalıdır." (əl-Bəqərə surəsi 185-ci ayə).

3. Ağızı yaxalamağın orucu pozmadığını bilirəm. Bəs agızı su ilə deyil marqans məhlulu, yaxud ətirləndirici məhlullarla yaxalamaq necə, orucu pozurmu?
Cavabı: Xeyir pozmur. Lakin bunu etdikdə ehtiyatlı olmalıdır ki boğazdan su daxil olmasın. Onu da qeyd edək ki, bunları zəruri səbəb olmadan etmək yaxşı hal deyildir.

4. Ramazan ayinda kompyuter ve ya televizor qarshisinda oturmaq ve onlardan istifade etmek gunahdir mi?
Cavabı: Kompyuter və televizordan-harama yol vermədən istifadə etmək olar.

5. Men idmanla meşgul oluram oruc tutan zaman da mesgul ola bileremmi?
Cavabı: Bəli məşğul ola bilərsiniz

6. Əgər keçən ildən qəza orucum qalıbsa, qəzaları tutmamış bu ilki orucumu tuta bilərəmmi?
Cavabı: Sizin keçən ildən qəzanız qalsa da, qalmasa da bu ilin orucunu mütləq tutmalısınız. O ki qaldı keçən ildən qalan qəzaya, onu da qeyd edək ki, əgər siz heç bir dini səbəb olmadan həmin qəzaları bu Ramazana qədər gecikdirmisinizsə, onda qəzaları tutmaqla bərabər hər günün əvəzinə bir kasıb da yedizdirməlisiniz.

7. Deyə bilərsinizmi oruc tutan adam dodaq boyasından, kosmetikadan və ətirdən istifadə edə bilərmi?
Cavabı: Oruc tutan şəxs dodaq boyası, ətir, sürmə, xına, lak, müxtəlif kremlər və yağlar və sair ənlik-kirşandan istifadə edə bilər. Lakin qeyd etmək lazımdır ki, dodaq boyasından istifadə etməkdən çəkinmək daha yaxşıdır. Belə ki, onun mədəyə düşmək ehtimalı çoxdur.

8. Oruc zamanı üz qırxmaq olarmı?
Cavabı: Üz qırxmaq orucu pozmur.

9. Ramazan ayında insan günorta ikən çimə bilərmi?
Cavabı: Bəli, insan Ramazan ayında günorta oruclu ola-ola çimə bilər. Çünki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) oruclu ola-ola çimərdi. Əlbəttə, bu cür məsələlərdə ifrata varmaq olmaz. Əksinə, hər bir müsəlman Allahın verdiyi rüsxətdən istifadə etməlidir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: "Şübhəsiz ki, bu din asanlıqdır. Elə bir kimsə yoxdur ki, dini çətinləşdirsin və o həmin şəxsi (aciz edərək) məğlub etməsin. Orta mövqe tutun (ifrata və təfritə varmayın)! (İbadətləri tam yerinə yetirə bilməsəniz də bacardığınız qədər ona) yaxınlaşın! (Az da olsa davamlı əməllərinizə görə) sevinin! Səhər-axşam və gecənin bir hissəsində (davamlı ibadət etməklə Allahdan) kömək diləyin!" (Bu hədisi Buxari rəvayət etmişdir).

10. RAMAZAN AYINDA TOY ETMEK OLAR?
Cavabı: Bəli, Ramazan ayında harama yol verməmək şərti ilə iftardan (yəni gün batandan) sonra toy etmək olar.


Tarix: 06.01.2013 / 16:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 576 Bölmə: Ramazan