beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Niyyət

Niyyət o deməkdir ki, oruc tutan şəxs etdiyi əməli (tutduğu orucu) özü üçün müəyyənləşdirsin və orucun axırına kimi bu müəyyənliyində sabit qalsın.
Niyyəti dilə gətirmək vacib deyil.
İnsan orucu qürbət niyyətilə, yəni Allah-Taalanın əmrini yerinə yetirmək, Ona yaxınlaşmaq üçün tutmalıdır.

Niyyətin vaxtı

1 Vaxtı müəyyən olan vacib orucda (Ramazan ayının orucu kimi) gecənin əvvəlindən sübh azanına qədərki zaman periodunda, istənilən vaxt, sabahkı günün orucunun niyyətini etmək olar. Əgər niyyət etmək oruc tutan şəxsin yadından çıxsa, yaxud bilməsə və günortadan əvvəl yadına düşsə, bu halda:

- Orucu batil edən (pozan) işlərdən görməyibsə, niyyət etməlidir, orucu da düzgündür;

- Əgər orucu batil edən işlərdən görübsə, yaxud günortadan sonra yadına düşsə orucu batildir, lakin şam azanına qədər orucu batil edən işlərdən (yeməkdən, içməkdən və s.) çəkinməli, sonradan həmin günün qəzasını tutmalıdır.

2 Qəza orucu kimi vaxtı qeyri-müəyyən olan (yəni tutlması konkret bir gündə vacib olmayan) orucun niyyətini gecənin əvvəlindən günortayadək etmək olar;

3 Müstəhəb orucun niyyətinin vaxtı isə gecənin əvvəlindən oruc tutulan günün şam azanınadək, niyyət etməyə vaxt qalana qədərdir. Şəxs bu vaxta qədər orucu baril edən işlərdən görməsə və müstəhəb oruc niyyəti etsə orucu düzgündür (səhihdir). Əlbəttə, müstəhəb oruc tutmaq üçün insanın boynunda qəza orucu olmamalıdır.

4 İnsan Ramazan ayının olduğunu bilməsə, ya yadından çıxarsa və başqa orucun niyyətini edib oruc tutsa, bu oruc Ramazan ayının orucu hesab olunar.

5 Əgər şəxs Ramazan ayının olduğunu bilməsə, yaxud unutsa, bu halda 1-ci bənddə göstərilmiş müddəalarla müvafiq hərəkət etməlidir.

6 Boynunda qəza orucu (əvvəlki illərin yerinə yetirilməmiş orucu) olan şəxs müstəhəb oruc tuta bilməz, əvvəl gərək qəzalarını tutub qurtarsın. Əgər unutsa və müstəhəb oruc tutsa, bu halda:

- Günortadan əvvəl yadına düşsə müstəhəb oruc pozulur, lakin öz niyyətini vacib oruca (məsələn, qəza orucuna) döndərə bilər;

- Günortadan sonra yadına düşsə orucu batildir;

- Əgər şam azanından sonra yadına düşsə orucu səhihdir.

7 Bir şəxs Şəban ayının axırı, yaxud Ramazan ayının əvvəli olmasında şəkk etsə o gün oruc tutmaq ona vacib deyil, amma qruc tutmaq istəsə Ramazan ayının orucunun niyyətini edə bilməz, qəza niyyətilə oruc tutmalıdır. Ramazan ayı olduğunu bildikdə isə niyyətini tutduğu orucdan Ramazan ayının orucuna dəyişdirməlidir.


Tarix: 08.01.2013 / 11:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 404 Bölmə: Ramazan