beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RAMAZAN AYINI FAYDALI KEÇİRMƏK ÜÇÜN 10 NƏSİHƏT

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, salat və salam olsun Onun Rəsulu, elçilərin və Peyğəmbərlərin ən şərəflisi Muhəmmədə (S.A.S), eləcə də onun ailəsinə və onun səhabələrinə:
Əziz və hörmətli müsəlman bacı və qardaşlarım! Bundan əvvəlki məktubumuzda sizlərə Ramazan ayını faydalı qarşılamaq üçün 10 məsləhət yazmışdıq. Bu məktbumuzda isə sizlərə qısaca olaraq Ramazan ayını faydalı keçirmək və onu lazımi formada istismar etmək üçün 10 nəsihət yazmaq istəyirik.


Birinci - Ən əsası və ən əhəmiyyətlisi, orucu tutarkən niyyəti sidq ürəkdən, ixlasla Allah üçün etmək. Bunu məhz Allahın əmri olduğu üçün və Onun rizası üçün yerinə yetirmək. Çünki ixlas, itaətlərin cövhəridir, əməllərin ruhudur, bütün saleh əməllərin açarıdır, kainatın Rəbbi olan Allahının müvəffəqiyyətinə əsas amildir. Allahu Təala Qur'ani Kərimdə bizə əmr etmişdirki: "Onlar yalnız ixlasla (sidq ürəkdən) Allaha ibadət etməyə əmr olunublar" (Əl-Bəyyinə surəsi 5-ci ayə).
Ikinci - Peyğəmbərimiz (S.A.S) səhabələrini bu ayın gəlməsi münasibəti ilə müjdələyərdi və deyərdiki: "Sizə Ramazan ayı gəldi, mübarək ay. Allah sizə oruc tutmağı əmr etdi" Bu hədis də, Ramazan ayının çox əhəmiyyətli ay olduğuna dəlalətdir. Bu aydan faydalı və səmərəli istifadə etmək lazımdır.
Üçüncü - Allahu Təalanın oruc tutanlara hazırladığı böyük savabı hiss etmək, ona yəqin inanmaq.
Allah üçün 1 gün oruc tutanı, Allah 70 il cəhənnəmdən uzaq tutar, bəs onda 1 ay tutanı fikirləşin.
Oruc, qiyamət günü sahibinə cənnətə girənə qədər şəfaət edər.
Cənnətdə bir qapı varki adı Rəyyandır, ordan isə yalnız oruc tutanlar daxil olarlar.
Ramazan ayının orucu, ondan əvvəl olan bütün günahları yuyub aparar.
Ramazan ayında cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar.
Ramazanda oruc tutanı duası qəbul olunar.
Dördüncü - Xatırlayaqki Peyğəmbərimiz (S.A.S) xüsusilə bu ayda ibadətlərini çoxaldardı. Biz də çalışıb bu ayda ibadətlərimizi və saleh əməllərimizi çoxaldaq.
Beşinci - Bu ayda mömin bəndələrə bərəkət verilir. Bu bərəkətin bə'zi zahiri dəlilləri var, məsələn, bu ayda görürsənki adamın imanı artır, saleh əməllərə daha çox can atır, günah etməyə ürəyi gəlmir, tez xatırlayır hər şeyi. Bu ayın bərəkətlərindən həmçinin, vaxtın bərəkətidir. Müsəlman bir gündə elə işlər görürki, bə'zən həmin işləri 1 həftəyə görüb bitirə bilmir. Bu ayda hətta bədəninə də bərəkət gəlir, sanki özünü qüvvətli kimi hiss edirsən. Yeməyib içməsən də, sanki ibadətlərə qarşi özündə daxili bir qüvvə hiss edirsən, bədənin daha çox təhəmmül edir. Bütün bunlar Ramazan ayının bərəkətindəndir, bundan istifadə et və fürsəti əldən vermə.
Altıncı - Bu ayın bə'zi xüsusiyyətləri varki, başqa aylarda yoxdur.
Oruc tutanın ağzının qoxusu, Allahu Təalanın qatında misk qoxusundan da gözəldir.
Məlakələr oruc tutanlara, iftarlarını açanadək istiğfar edirlər, Allahdan onlara bağışlanma diləyirlər.
Cənnətin qapıları açılar və Cəhənnəmin qapıları bağlanar bu ay.
Bu ayda Qədr gecəsi deyilən bir gecə varki, bu ayın fəziləti və savabı min ayın savabına bərabərdir.
Ramazanın son gecəsi oruc tutanları günahları bağışlanır.
Ramazanın son gecəsi bə'zi insanları Allahu Təala cəhənnəm odundan qurtaracaq.
Yeddinci - Peyğəmbərimiz (S.A.S) buyurubki: "Allahu Təala deyib: "Adəm oğlunun bütün əməlləri onun özünədir, yalnız oruc mənimdir, onun savabını özüm verəcəm." Deməli oruc tutanın savabını heç kim bilə bilməz, bunu Allahu Təala xüsusi olaraq mükafatlandıracaq.
Səkkizinci - Səhabələr, övliyalar və bütün saleh insanlar bu ayda xüsusi olaraq ibadət etmişlər, xeyir əməllərini artırmışlar.
Doqquzuncu - Unutmayaqki oruc bizlərə qiyamət günü şəfaət edəcəkdir və oruc bizi Cənnətə daxil olmağa kömək edən əsas səbəblərdən biri ola bilər.
Onuncu - Bu mübarək ayda Qur'ani Kərim nazil olmuşdur, bu ay mübarək və çox fəzilətli aydır, bu ay səbr ayıdır. Bu dünyada çox işlər və çox mənfəətlər ola bilər, lakin Axirətdə olan mərtəbələrə və yüksəkliklərə heç bir zaman çata bilməz. Bu xüsusi və bərəkətli aydan, gəlin xüsusi istifadə edək. Fürsəti əldən verməyək, bəlkə Allahu Təala bizləri əfv edər və Cənnətinə daxil edər.


Allah hamımıza səbr versin və bu aydan səmərəli istifadə etməyə köməkçi olsun!


Tarix: 06.01.2013 / 16:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 649 Bölmə: Ramazan