beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ermənistanda Türk toponimlərinin dəyişdirilməsi

Ermənistanda Türk toponimlərinin dəyişdirilməsi – XX və XXI əsrlərdə Qərbi Azərbaycan ərazisində (indiki Ermənistan) Türk toponomlərinin ermənilər tərəfindən dəyişdirilməsi prosesi.

XVII əsrdən XIX əsrin əvvəllərinə kimi indiki Ermənistan ərazisinin əhalisinin çoxunu Qafqaz müsəlmanları (Azərbaycanlılar və kürdlər) təşkil edirdi. Cəfər Qiyasi və İbrahim Bozyelin "Armenian acts of cultural terrorism" kitabında bildirilir ki, ermənilərin özləri keçən əsrin ortalarına kimi təsdiq edirdilər ki, Ermənilər indiki Ermənistan ərazisinə köçürülmüş xalqdır və əvvəllər burada etnik xalq kimi Azərbatcanlılar yaşayırdılar. Təkcə XX əsrin əvvəllərində qərbi azərbaycanda (indiki Ermənistanda) 2310 coğrafi addan 2000-ə qədəri türk mənşəlli idilər.
Türk toponimlərinə təcavüz dövrləri
İndiki Ermənistanda türk mənşəli toponimlərin dəyişdirilməsini aşağıdakı dövrlərə bölmək olar.

19-cu əsrin əvvəllərindən 1918-ci ilə qədər dəyişdirilən toponimlər
1918-1920
1920-1930
1930-1960
1960-1980
1991-ci ildən sonra dəyişdirilənlər .
İlk addəyişdirmə 1801-ci ildə baş vermişdir. Addəyişmənin I dövründə türk mənşəli adlar rus mənşəli toponimlərlə əvəz edilmişdir. Bu da ərazinin Rusiya tərəfindən işğalı və oraya rusların kütləvi şəkildə köçürülməsi ilə bağlıdır.

İlk dəyişdirilən ad Cəlaloğlu rayonundakı (Stepanovan rayonu) Qaraməhəmməd kəndinin adının dəyişdirilib Aleksandrovka qoyulması ilə başlayıb .

Tariximizin 1918-20-ci illərə aid səhifələri xalqımızın başına gətirilən erməni müsibəti, erməni genosidi ilə bütün dünyaya məlumdur. Bakıda, Şamaxıda, Qubada, Naxçıvanda, indiki Ermənistanda Şaumyanların, Lalayanların başçılığı ilə minlərlə azərbaycanlı qətlə yetirildi. Onlar xalqımızı soyqırıma məruz qoyduqları kimi, qədim tarixi abidələri, binaları yamdırmaqla və yenidən addəyişməni davam etdirməklə mənəvi soyqırımı da davam etdirdilər. 1918-1920-ci illərdə dəyişdirilən indiki Ermənistan ərazisindəki türk mənşəli adlar:

Molla Dursun – Şaumyan (Eçmiədzin)
Yuxarı Ağdam – Qanzakar (İcevan)
Tamamlı – Burastan (Artaşat) və s.


Tarix: 09.02.2015 / 16:14 Müəllif: Feriska Baxılıb: 44 Bölmə: Qərbi Azərbaycan