Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zaman Abdulla

Həyatı
Abdullayev Zaman Məsimalı oğlu 1938-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Çaxırlı (Qızılbulaq) kəndində anadan olub. Anası Zərnişan mahalın Daşkənd kəndində yaşayan Şahnazarlı nəslindən olan Çıraqəlinin qızıdır.

1941-ci ildə Böyük Vətən Müharibəsi başlayanda atası Məsimalı müharibəyə getmiş və bir daha geri qayıtmamışdır. Anası Zərnişan balaca 3 yaşlı Zamanı da götürərək ata evinə yəni Çıraqəli kişinin himayəsinə getmişdir.

1944-1954-cü illərdə Daşkənd kənd orta məktəbində oxumuşdur. Sonralar Zaman Abdullayev Qazaxıstanda, daha sonra isə Stavropolda yaşamışdır.

O, sonda yenə doğma Göyçə mahalına qayıtmışdır. 1988-ci ildə məlum hadisələrlə əlaqədar olaraq Bakı şəhərinə köçmüşdür.

9 avqust 2004-cü ildə 66 yaşında Bakı şəhərində vəfat etmiş, Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur.

Ailəli idi, iki övladı var.

Yaradıcılığı
Daşkənd kəndi Zamanın yaradıcılığında ədəbi mühit rolunu oynamışdır. Belə ki, Daşkəndin aşıq və şairlərinin ona böyük təsiri olmuş və erkən Zaman da söz qoşmağa, şeir yazmağa başlamışdır. Qeyd etmək lazımdır ki, onun anası Zərnişan (1909-2010) fitri yaddaşa malik bir qadın idi. Çoxlu bayatılar, nağıllar, dastanların müəyyən hissələrini əzbərdən bilirdi. Bir neçə folklor toplayıcıları dəfələrlə onunla görüşmüş ondan bildiklərini yazıya almışlar. Zaman Abdullayev anasından da kifayət qədər bəhrələnmişdir.

Kitabları
“İtən dünyam, ulu Göyçəm”, Bakı, “Qərənfil” İKŞ, 2005. 164 səh. 100 tiraj.


Tarix: 07.02.2015 / 13:52 Müəllif: Feriska Baxılıb: 292 Bölmə: Qərbi Azərbaycan
loading...