beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahverdi rayonu

Allahverdi rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Dağ Borçalının Loru mahalı ərazisində rayon.

1930-cu il sentyabrın 9-da yaradılıb. 1969-cu il sentyabrın 19-na qədər Allahverdi rayonu, həmin tarixdən etibarən isə Tumanyan rayonu adlanıb. Ərazisi 1111 kv.km-dir. Rayon mərkəzi Manas (1938-dən Allahverdi) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 191-km-dir. Rayon mərkəzindən Tona (dəyişdirilmiş adı Debed) çayı axıb gedir. 1988-ci ilə kimi Azərbaycan türklərinin yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış yerləri:Böyük Ayrım, Kiçik Ayrım, Yuxarı Ağtala ,Aşağı Ağtala, Manas, Mədən qəsəbəsi, Şamlıq, Pədin, Cilizə, Ağtala stansiya qəsəbəsi.
Tarixi
Tarixən Quqark əyalətinə daxil olmuşdur. Sonra (VIII-X əsrlərdə) Baqratilərin, Zakarianların, XI əsrdən sonra səlcuqların, monqol-tatarların tərkibinə daxil olmuş, XVIII əsrdə Nadir şah Əfşarın tabeliyi altında olmuşdur.

XIX əsr və XX əsrin əvvəllərində Tiflis quberniyasının Loru-Borçalı qəzasında, 1920-29 - cu illərdə Loru-Pəmbək qəzasının tərkibinə daxil olmuşdur. Borçalı çayının sahilində yerləşir. Qafqazın beş verstlik xəritəsində qeyd edilmişdir.

Əhalisi
Əsas sakinləri azərbaycanlılar olmuşdur. Burada azərbaycanlılarla yanaşı, yunanlar və ermənilər də yaşamışdır. Ermənilər buraya 1828-ci ildən sonra köçürülmüşdür. 1831-ci ildə 24 nəfər azərbaycanlı, 1873 - cü ildə 143 nəfər azərbaycanlı, 70 nəfər erməni, 1886-cı ildə 132 nəfər azərbaycanlı, 46 nəfər erməni, 989 nəfər yunan, 1897-ci ildə 187 nəfər azərbaycanlı, 104 erməni, 1100 nəfər yunan yaşamışdır

1918-20-cı illərdə azərbaycanlılar öz doğma torpaqlarından ermənilər tərəfindən qovulmuşdur. 1920-ci il noyabrın 29-da indiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlıların sağ qalanları geri qayıtmışlar. 1922-ci ildə 24 nəfər azərbaycanlı, 87 nəfər erməni, 1242 nəfər yunan, 1926-cı ildə 40 nəfər azərbaycanlı, 6563 nəfər erməni, 1500 nəfər yunan, 1931-ci ildə 272 nəfər azərbaycanlı, 538 nəfər erməni, 1351 nəfər yunan 1970-ci ildə 278 nəfər azərbaycanlı, 21835 nəfər erməni və yunan yaşamışdır.

Azərbaycanlılar 1988-ci ildə ermənilər tərəfindən qovulmuşlar. Yunanlar filiz mədənlərində işləmək üçün bura 1790-cı ildə gəlmişdir. Toponim borçalı türk tayfasına mənsub allahverdi etnonimi adı əsasında əmələ gəlmişdir

Erm.SSR AS RH-nin 19.IX.1969 - cu il fərmanı ilə adı dəyişdirilib Tumanyan (erməni yazıçısı Hovanes Tumanyan) qoyulmuşdur.

Vahid Novruzov - Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, iqtisad elmləri doktoru, Professor (2000)


Tarix: 07.02.2015 / 14:08 Müəllif: Feriska Baxılıb: 139 Bölmə: Qərbi Azərbaycan