beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İstisu (Dərələyəz mahalı)

Cermuk - indiki Ermənistan Respublikası Arpaçayının (Araz hövzəsi) yuxarı axınında, 2100 m yüksəklikdə yerləşən şəhər.

1961-ci ildən respublika tabeli şəhərdir. İrəvan şəhərindən 173 km məsafədədir. Balneoloji və kurort şəhəridir.

Əhalisi
1873-cü ilin kameral sayımına əsasən İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, Arpaçayın yuxarı axarında, sağ sahilində, "İstisu" adlanan mineral bulaqların yaxınlığında yerləşən və dövlət xəzinəsinə məxsus İstisu kəndində 19 evdə 56 nəfəri kişilər, 58 nəfəri qadınlar olmaqla toplam 114 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdılar.


Tarix: 07.02.2015 / 13:32 Müəllif: Feriska Baxılıb: 23 Bölmə: Qərbi Azərbaycan