beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ərikli (Sisyan)

Tarixi
Ərikli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim ərik meyvə adına -li sözdüzəldici şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Əhalisi
1849-cu ildə dövlət tərəfindən hazırlanmış kameral siyahıdan:

1.Allahверди Məhərrəm oğlu-Cəbrayıl qəzasının Mehdili obasından gəlib.
Oğlu-Rzaqulu Qardaşları-Həzrətqulu, Allahverən

2.Bəylər Rəhim oğlu-Cəbrayıl qəzasının Mehdili obasından gəlib.
Qardaşı-Rüstəm

3.Fərzəli Abdulla oğlu-Cəbrayıl qəzasının Mehdili obasından gəlib.
Qardaşları-Piri, Qənbər

4.Məmmədbağır Əsədulla oğlu-Cəbrayıl qəzasının Mehdili obasından gəlib.
Oğulları-Məmmədcəfər (oğlu-Nəsir), Fərzalı

5.İsmayıl Məhərrəm oğlu-Cəbrayıl qəzasının Mehdili obasından gəlib.
Oğlu-Abdulla

6.Vəli Əliməmməd oğlu-Cəbrayıl qəzasını Kərimbəyli obasından gəlib
Oğlu-Həsən

7.Хanməmməd Əliməmməd oğlu-Cəbrayıl qəzasını Kərimbəyli obasından gəlib
Oğlu-Oruc


1873-cü ildə dövlət tərəfindən hazırlanmış kameral siyahıdan:

1.İbrahim Namaz oğlu-Cəbrayıl qəzasının Mehdili obasından gəlib.
Oğulları-Mirzalı (oğlu-Seyidalı), Məsum,Qulu

2.İsmayıl Məhərrəm oğlu-Cəbrayıl qəzasının Mehdili obasından gəlib.
Oğulları-Abdulla, Əsədulla, Əziz


Kənddə 1873 - cü ildə 60 nəfər, 1886-cı ildə 106 nəfər, 1897-ci ildə 88 nəfər, 1908-ci ildə 126 nəfər, 1914 - cü ildə 214 nəfər azərbaycanlı yaşamışdır. 1917-18-cı illərdə azərbaycanlılar qırğınlarla deportasiya edilmiş və kənd dağıdılmışdır. İndi xaraba kənddir.


Tarix: 06.02.2015 / 19:22 Müəllif: Feriska Baxılıb: 160 Bölmə: Qərbi Azərbaycan