beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zod

Giriş
XX əsrin ortalarına kimi əhalisi əsasən azərbaycanlılardan ibarət olan qədim yaşayış məskəni (kənd). Hal-hazırda Ermənistanın ərazisindədir. XX əsrin ortalarından 1988-ci ilə qədər bir müddətdə SSRİ-nin və Ermənistanın apardıqları məqsədyönlü siyasət nəticəsində ərazidən bütün azərbaycanlılar məcburi köcürülmüşlər. 1988-ci ildə beş minə yaxın azərbaycanlının yaşadığı kənddə bir ümumtəhsil, iki ibtidai məktəb, bir texniki peşə məktəbi, bir yüngül metallurgiya müəssisəsi, bir xəstəxana və digər sosial-iqtisadi müəssisələr fəaliyyət göstərirdi. Ümumittifaq əhəmyyətli Zod Dağ-Mədən Kombinatı burada yerləşirdi. Dəmir yolu və digər mühüm nəqliyyat və infrastruktura malik kənd ötən əsrin 80-ci illərində yüksək inkişaf səviyyəsinə çatmışdı.

Tarixi
Kənd 1921-cü ildə Sovet rəhbərliyi tərəfindən tarixən ancaq azərbaycanlıların məskunlaşdığı bütöv Göyçə mahalı ilə birlikdə Ermənistana verilib.

1948-ci ildə kənd əhalisinin əsasən ziyalılardan ibarət olan əhəmiyyətli bir qisminin Azərbaycana deportasiya edilməsi kəndin inkişafına, təhsil və mədəniyyətinə ciddi zərbə vurmuşdur.

Mübariz təbiətli kənd əhalisinin 1988-ci ildə tam deportasiyasında Ermənistan SSR rəhbərliyi və Sovet Ordusunun birləşmələri yaxından iştirak etmişlər. Azərbaycan SSR-inin o vaxtkı rəhbərliyinin qətiyyətsizliyi də kənd əhalisinin kütləvi köçürülməsinə şərait yaratmışdır.

Ermənistanı 1988-ci ildə tərk edərək və Göygöl rayonuna pənah gətirmiş, milliyyətcə rus olan L.V.Tolstyak Azərbaycan Qaçqınlar Cəmiyyətinə yazdığı öz izahatında göstərmişdir: "1988-ci ilin noyabrın 27-də Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini (daha sonralar Ermənistan KP MK-nın birinci katibi) V.Movsesyan Vardenis rayonunun Zod kəndinə gəlib əhalinin kəndi tərk etməsi üçün üç gün vaxt veridiyini bəyan etdi və əlavə etdi ki, bu müddətdə kəndi tərk etməsələr, onların təhlükəsizliyinə təminat verilməyəcək".

Zodlular hazırda əsasən Göygöl rayonunda, xüsusən həmin rayonun Yeni Zod kəndində və respubluikanın bütün bölgələrində məskunlaşmışlar.

Ermənistan hökumətinin səylərinə baxmayaraq strateji əhəmiyyətə malik Zod kəndini yalnız qismən məskunlaşdırmaq müyəssər olmuşdur.

İqtisadiyyatı
1988-ci ilə qədər Zod kəndinin əsas iqtisadi fəaliyyət sahələri mədən sənayesi, metallurgiya, əkinçilik və maldarlıqdan ibarət olmuşdur. Kənd əhalisinin 1988-ci ildə deportasiyasından sonra kənddə iqtisadi fəaliyyət tamamilə tənəzzül etmişdir.

1960-1970-ci illərdə əsası qoyulmuş Zod qızıl mədəni Sovet İttifaqının dağılmasından sonra tam gücü ilə istifadə edilmir. Azərbaycanla cəmi 5 km sərhəddə yerləşən qızıl mədəni əksər hissəsi Kəlbəcər rayonunun Söyüdlü zonasında yerləşən qızıl yataqlarının işlənməsi ilə məşğuldur.

Qızıl mədəninə xidmət məqsədi ilə 1960-1970-ci illərdə çəkilmiş Ağstafa-İcevan, İcevan-Razdan, Sevan-Şorca, Şorca-Zod elektrikləşdirilimiş dəmiryol xətti ümumilikdə Ermənistanın iqtisadiyyatının dirçəlməsinə xeyli təkan vermişdir.Əhalisi
Zod kəndi Azərbaycan elmi, iqtisadiyyatı və ictimaiyyəti üçün görkəmli xadimlər bəxş etmişdir. Zodlular Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə yaxından iştirak etmiş və 50 nəfərə yaxın şəhid vermişdir. 1992-ci ildə keçmiş Şaumyan kənd rayonunun azad olunmasında qəhrəmancasına həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Etibar Hacıyev Zod kəndinin şəhidləri sırasındadır. Şəhid Cavid Qasımov, Fəxrəddin Qocayev da bu kənddə doğulub..

Zod – 1919-cu il. 2000 nəfər yaşamışdır. Kənd dagıdılıb yandırılmış, 270 nəfər dinc əhali böyük işgəncələrlə qətlə yetirilmişdir.
Tanınmış şəxsləri
Əhliman Əmiraslanov - Millət vəkili, Azərbaycan Tibb Universitetinin rektoru, professor.
Hafiz Hacıyev - Müasir Müsavat partiyasının sədri, Azərbalıq Dövlət Konserninin sabiq rəhbəri.
Mədəniyyəti
Göyçədə də ictimai-mədəni irsimizin inkişafında İslam dininin mütərəqqi əhəmiyyəti olmuşdur. Kənd ziyalıları arasında ərəb, fars və rus dillərini kamil bilən Zod kəndindən Mirzə Bəylər, Hacı Əliş Ağa, Molla Tağı oğlu Məhəmməd, Məşədi Molla Həşim, Mirzə Əsgər, Hüseynquluağalı kəndindən Molla Nəcəf, Molla Əli, Molla Nəbi, Qaraqoyunludan Kalavayı Cəfər və bir çox başqaları islam dininin mütərəqqiliyini, elimliyini camaata çatdırır və onu xurafatdan, mövhumatdan uzaq olduğunu tutarlı dəlillərlə sübuta yetirirdilər və adamları halallığa, ədalətə dəvət edirdilər. Zod kəndində Seyid Əli, Seyid Oruc və Qara Seyid Həsənin sınaqlı ocaqlarının möcüzələri göyçəlilərin çoxlarına məlumdur.

Bu sınaqlı ocaqlara düz niyyətlə gələnlərin hamısı diləklərinə çatıblar. Bu ocaqlara şəkk edənlər isə öz cəzalarını alıblar.

Bundan əlavə Zod kəndinin ərazisində qədim müsəlman qəbiristanlıqları, sərdabələri, tarixi abidələrdən bir çoxu, müqəddəs sayılan bulaqaları və toponimləri var. Məsələn: Söyüdlüdə Seyid Əsədullah qəbri, Zod kəndindən səkkiz kilometr aralı Məçidyeri, Böyük Taxta deyilən yerdə XIII-XIV əsrlərə aid oğuz qəbiristanlığı var idi. Burada olan, üstündə "Həsən İbn Şirin" yazılmış gözəl memarlıq nümunəsi baş daşını camaat ziyarət edər, kəndin 3 km-də Ocaq Təpə deyilən bina qalığı da ziyarətgah idi.

Ermənilər torpaqlarımızı mərhələ-mərhələ işğal etdikləri kimi, mədəniyyətimizi, incəsənətimizi, tarixi abidələrimiz və müqəddəs ziyarətgahlarımızı da qarət etməkdən çəkinmədilər. Həyasızlığa bir baxın, erməni musiqişünası N.Təhməzyan qədim musiqi qaynaqlarımıza da sahib çıxır, ozan varsaq varlıqlarımızı da özününküləşdirməyə çalışırdı. Ermənilər minlərlə sənət incilərimizi, tarixi abidələrinimizi özününküləşdiriblər, özününküləşdirə bilmədiklərini isə məhv ediblər.

Zod kəndinin sənət adamlarının qoyub getdikləri kitabələr, oymalar və sair memarlıq nümunələri dövrümüzə qədər gəlib çatmışdı.

Belə sənət əsərlərindən Vəli ağanın və Məşədi Ağakişinin qranitdən işlənmiş iki metr hündürlüyündə olan baş daşındakı oymalar, yazılar və naxışlar incəsənət nümunələri idi.

Görkəmli şəxsiyyətləri
Zod kəndi tarixən özünün görkəmli şəxsiyyətləri, tanınmış ziyalıları və el sənətkarları ilə məşhur olmuşdur. Onların içərisində Səməd Ağa, Georgi medallı Məşədi İsa Kərbəlayı Musa oğlu, Qurban Cəfərov, Zeynalabdin Mirzəyev , Bədoy Hacıyev, Talıb Musayev, Tapdıq Əmiraslanov, Yunis Rzayev, Qəşəm Aslanov, Nağı Əbdüləzimov, Aydın Cahangirov, polkovnik Muharib Mirzəyev, polkovnik Xanbaba Hacıyev, pofessor Əli Əliyev, akademik Əhliman Əmiraslanov, professor Səyəddin Cəfərov, professor Əbülfət Cavadov, professor Mübariz Yusifov, şair Böyükkişi Mirzəzadə(Təmkin) və başqaları vardır.

Əhliman Əmiraslanov (Əhliman Tapdıq oğlu Əmiraslanov) — Millət vəkili, Azərbaycan Tibb Universitetinin rektoru, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA-nın bologiya elmləri bölməsinin akademik-katibi, cərrah- onkoloq, əməkdar elm xadimi.
Hacı Əliş ağa Əmiraslan oğlu Kəsəmənli — Azərbaycan şairi.
Bünyadzadə Könül Yusif qızı — şərqşünas alim, fəlsəfə elmləri doktoru (2008).
Təmkin (əsl adı Böyükkişi Abbas oğlu Mirzəzadə) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Zodlu usta Abdulla - ustad el şairi.
Azay Kazımov – "Azərbaycan bayrağı" ordenli şəhid, Azərbaycanın Milli Qəhrəmanı.
Etibar Hacıyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Hafiz Hacıyev (16 aprel 1956 - Basarkeçər, Ermənistan SSR) - siyasətçi, Müasir Müsavat Partiyasının sədri.
Elməddin Cəfərov - aktyor.


Tarix: 06.02.2015 / 19:12 Müəllif: Feriska Baxılıb: 396 Bölmə: Qərbi Azərbaycan