beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Toxluca - Su mənbələri

Toxluca ərazisi su mənbələri ilə zəngindir. Yaşlı insanların verdiyi məlumata əsasən kəndin ərazisində su mənbələri olan gözələr nəzərə alınmamaqla 200-dən çox bulaq olub. Bulaqların suyuna da iki cür ad vermişdilər: ağ su və qara su. Ağ su güneydə yerləşən bulaqların, qara su isə quzey ərazilərdə yerləşən bulaqların suyudur. Məişət və təsərrüfat əhəmiyyətli dörd çay yaşayış məntəqəsinin bilavasitə içərisindən keçir. Suvarmada və məişətdə XX əsrin 80-ci illərinə qədər bu çaylardan istifadə edilib. Əvvəllər Göyçə gölündəki balıqlar 3 km-lik məsafə boyunca bu çaylarda kürü tökər,əhali çaydan balıq tutardı.Sonralar gölətrafı nəqliyyat qovşağı genişlənərkən ermənilər bu çaylar üzərindəki körpülərin altında şluzlar yaratmaqla balıqların kənd çaylarına çıxışını bağlamışlar.


Tarix: 06.02.2015 / 19:03 Müəllif: Feriska Baxılıb: 42 Bölmə: Qərbi Azərbaycan