beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ləmbəli (Loru)

Ləmbəli — Tiflis quberniyasının, Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-qərbdə, Tona çayının sağ tərəfində yerləşir.
Tarixi
Bu yer “Ermənistan”ın şimalında sonuncu nöqtədir. Dəniz səviyyəsindən 470 m yüksəklikdə yerləşən, dərəli-təpəli, dağlı-düzlü yerdir.

Erməni mənbələrində «Ləmbəli qyuğ» formasında qeyd edilir.

Toponim «rütubətli və bürkülü zonalar üçün səciyyəvi olan tikili» mənasında işlənən ləm və «düzənlik, açıqlıq, açıq yer», «geniş düzənlik» mənasında işlənən pila//pala (> bəli) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir.

İqlimi
Qışı mülayim-orta temperaturu +50 C, yayı nisbətən isti –orta temperaturu +300C-dir.

Əhalisi
Kənddə 1831-ci ildə 11 nəfər, 1886-cı ildə 292 nəfər, 1897-ci ildə 376 nəfər, 1908-ci ildə 400 nəfər, 1914–cü ildə 493 nəfər azərbaycanlı yaşamışdır. 1915-cı ildən sonra azərbaycanlılar ermənilərin təcavüzünün nəticəsində tarixi-etnik torpaqlarından qovulmuşlar. İndiki Ermənistan sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar geri qayıda bilmişlər. 1922-ci ildə 783 nəfər, 1926-cı ildə 857 nəfər, 1931-ci ildə 1034 nəfər, 1939-cu ildə 1289 nəfər azərbaycanlı yaşamışdır.

1948-1949-cu illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. Ləmbəlilər bu haqsızlığa qarşı çıxmış, apardıqları mübarizə nəticəsində onlar geri - öz kəndlərinə qayıtmışlar. 1959-cu ildə burada 1151nəfər, 1970-ci ildə 2000 nəfər, 1987-ci ildə 1500-dən çox azərbaycanlı yaşamışdır. Lakin «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti» kitabında kəndin azərbaycanlı əhalisi ermənilər kimi göstərilmişdir. 1988-ci ildə azərbaycanlılar qovulmuş, kənddə ermənilər yerləşdirilmişdir.

Görkəmli şəxsiyyətləri
İnsanov Əli Binnət oğlu - həkim, Azərbaycanın keçmiş səhiyyə naziri.
Səfalı Nəzərli — Respublika «Qızıl qələm» mükafatı laureatı, 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2007-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü
Şəhidləri
Məmmədov Məmməd Qərib oğlu (1956-07.11.1993) - itkin


Tarix: 06.02.2015 / 18:35 Müəllif: Feriska Baxılıb: 129 Bölmə: Qərbi Azərbaycan