beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaçaq İsaxan - Haqqında yazılanlar

Qaçaq İsaxanın həyatı və fəaliyəti Türkiyədə, Azərbaycanda və Gürcüstanda dərc olunmuş aşağıdakı elmi məqalələrdə, publisistik yazılarda və kitablarda öz əksini tapmışdır:

Nağı Bayramgil. Kızıl istilanın doğurduğu Azerbaycan isyanlarından hatiralar. TÜRK İZİ, 1954/55;
Nağı Bayramgil. Q.P.U. zindanlarındakı gecelerin kanli manzaraları. TÜRK İZİ, 1954/55.
Nağı Bayramgil. Komunistlerin kolhoz teşkilatı ve köylü. TÜRK İZİ, 1956.
Qeyd: Nağı Bayramgil İsaxan hərəkatının fəal iştirakçılarından biri olmuşdur. 1930-cu ildə üsyan amansızcasına yatırıldıqda o, Türkiyəyə keçməyə müvəffəq olmuş və 1985-ci ildə Ankarada vəfat etmişdir.

Hamlet İsaxanlı: Mərkəzi Zaqafqaziyanin sovetləşməsi və kollektivləşdirilməsi dövrünün ictimai-siyasi mənzərəsi və İSAXAN üsyanı. Azərbaycanda ictimai–siyasi fikir XX əsr, konfransın əsərləri, Bakı, 12 may, 1996. – Bakı: Xəzər Universitəsi nəşriyyatı, 1996. – s. 1-16. Həmçinin // Gürcüstan qəzeti. – Tiflis. – 1996. – № 34-42. Həmçinin // Xalq qəzeti. – Bakı. – 1996. – № 148-150. Həmçinin // Zəngəzur qəzeti. – Bakı. – 2000. – № 10. – s. 4-5; № 11. – s. 4-5; № 12. – s. 4-5.
Hamlet İsaxanlı: Qafqazda Sovet terroruna qarşı 1928/30-cu illər silahlı müqavimət hərəkatı haqqında. Qafqazda Sovet totalitarizmi (20-30-cu illər): Elmı konfrans Bakı 6-7 noyabr, 1998-ci il. – Bakı: Xəzər Universitəsi nəşriyyatı, 1998. – s. 55-58.
Hamlet İsaxanlı: Dastanlaşan tarix: "Qaçaq İsaxan dastanı", Bakı, 2009, Xəzər Universitəsi Nəşriyyatı, səh.3-14
Vahid Ömərli: Qaçaq İsaxan. "Qarayazı". monoqrafiya 3 cilddə, 1-ci cild. Çaşıoğlu, Bakı-2001, səh.151-187.
Vahid Ömərli. Əfsanəvi qəhrəmanlıq. "Xalq qəzeti", 27 dekabr, 1997-ci il.
Vahid Ömərli. Qaçaq İsaxan haqqında xatirələr. (Qaçaq İsaxanı şəxsən tanıyan Borçalının Kürüstü Keşəli kənd sakini Nadir Namaz oğlunun və Qarayazının Nəzərli kənd sakini Şəmsi Kazım oğlunun Qaçaq İsaxan haqqında xatirələri) "Xəzər Xəbər" jurnalı, № 137, 15 yanvar 2003-cü il, səh.30-31.
Razim Məmmədli – Qarayazıda tarixi yubiley gecəsi (İsaxan Hacıbayramlının 100 illik yubileyi haqqında)"Xəzər Xəbər" jurnalı, № 35, 20 noyabr 1997-ci il, səh.5-6
Şərafət Kələntərova – Yubiley təəssüratım (İsaxan Hacıbayramlının 100 illik yubileyi haqqında)"Xəzər Xəbər" jurnalı, № 35, 20 noyabr 1997-ci il,səh.6
Zahid Ələmpaşalı: "Qaçaq İsaxan dastanı": Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2009, 76 səhifə.
Bəzi yazılı məlumatlara görə (Bax: Qarayazı, 1-ci cild, səh.182) yazıçı Abbas Kirəcli 1940-cı ildə "Qaçaq İsaxan" adlı hekayə yazmış, lakin hekayə çap olunmamış qalmışdır. Təəssüf ki, axtarışlara baxmayaraq adı çəkilən əsərin əlyazmasını hələlik əldə etmək mümkün olmamışdır.

Həsr edilmiş şeirlər
1997-ci il oktyabrın 15-də İsaxanın vətənində - Gürcüstanın Qarayazı mahalında qəhramanın anadan olmasının 100 illiyi münasibəti ilə təntənəli tədbir keçirildi. Tədbirdə Qarayazı ziyalıları, el şairləri, İsaxanın adını həmişə hörmət və ehtiramla yad edən sadə kənd camaatı, Bakıdan getmiş elm adamları, şairlər, İsaxanın döğmaları iştirak edirdilər.

Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar, Gürcüstan aşıqlar birliyinin sədri, şair Osman Əhmədoğlu, el şairi Zahid Ələmpaşalı Qaçaq İsaxana şeirlər həsr etmiş, Arif Mustafazadə "Qaçaq İsaxan haqqında elegiya" yazmışdır:

Aşıq Kamandar: "İsaxan baba". Vahid Ömərli. Qarayazı. 1-ci cild. Çaşıoğlu, Bakı-2001, səh.185-186; Mən ellər aşığı Xan Kamandaram.Pedaqogika nəşriyyatı, Bakı - 2008, səh.102.
Osman Əhmədoğlu: "İsaxanım". Vahid Ömərli. Qarayazı. 1-ci cild. Çaşıoğlu, Bakı-2001, səh.184.
Zahid Ələmpaşalı: "Qaçaq İsaxan dastanı". Xəzər Universiteti Nəşriyyatı, Bakı, 2009.
Arif Mustafazadə: "Qaçaq İsaxan haqqında elegiya". Hardan yadıma düşdün İsaxan. "Xəzər-Xəbər" (jurnal), 15 may 1999, səh.10. Həmçinin: Vahid Ömərli. Qarayazı. 1-ci cild. Çaşıoğlu, Bakı-2001, səh.187.
Hamlet İsaxanlı: "Bir diri ceyran balası". Ziyarət. Xəzər Universiteti Nəşriyyatı, 2009, səh.121-122.
"Ziyarət" poeması, ümumiyyətlə, müəllifin (Hamlet İsaxanlının) doğma kəndini ziyarəti ilə bağlı xatirələr üzərində qurulmuşdur. Əsərdə Qaçaq İsaxan, xüsusilə onun ölümündən sonra nəslin qayğısını öz üzərinə götürən həyat yoldaşı Zeynəb və uşaqlarının keşməkeşli həyatının bəzi məqamları öz bədii təsvirini tapmışdır.

Haqqında film
Qaçaq İsaxan. Film 2001-ci ildə (bunu dəqiqləşdir) Azərbaycan televiziyasında nümayiş etdirilmişdir.

Nəslindən görkəmli şəxsiyyətlər
Hamlet İsaxanlı: "Mən İsaxanın nəvəsiyəm. Uşaqlıqdan hər yerdə İsaxanla bağlı çox söhbətlərin şahidi olmuşam. Onu gözü ilə görən ağsaqqallar, ağbirçəklər, aşıqlar, hökumət adamları, ailə və nəsil, sadə insanlar, ermənilər, gürcülər və onu heç vaxt görməmiş insanlar içlərində bir İsaxan əfsanəsi yaşadır, yeri düşən ilk anda bu barədə ehtirasla danışardılar. Mən böyüyəndə, tənqidi düşüncə sahibinə çevriləndə danışılanların bir hissəsinin şişirdildiyini zənn edir, bunu xalqın öz qəhrəmanını daha böyük görməsi ilə izah edirdim. Sadəcə düşünürdüm ki, bu cür hadisələr yalnız nağıllarda, əfsanə və dastanlarda, kitablarda ola bilər. Nəhayət, Tiflisdə arxivlərdə işləmək, axtarış aparmaq qərarına gəldim. İlk dəfə uyğun sənədləri tapanda nə cür hisslər keçirdiyimi sözlərlə ifadə etməkdə acizəm. Üsyanın xalq arasında deyildiyindən daha böyük olduğunu, İsaxan və onun yoldaşlarının göstərdiyi şücaət və qəhrəmanlıqların söylənilənlərdən daha artıq olduğunu gördüm. İsaxan haqqında saatlarla məhəbbətlə söz açanları daha yaxşı anladım" (Hamlet İsaxanlı: Dastanlaşan tarix: Bax: Zahid Ələmpaşalı. "Qaçaq İsaxan dastanı", Bakı, 2009, Xəzər Universitəsi Nəşriyyatı, səh.3-14.)


Tarix: 05.02.2015 / 19:15 Müəllif: Feriska Baxılıb: 154 Bölmə: Qərbi Azərbaycan