beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zəhmət Şahverdiyev - Elmi fəaliyyəti

Elmi fəaliyyəti
1966-1970-ci illərdə Bakı şəhərində ADPİ-nin tarix fakultəsində oxumuş, 1968-1970-ci illərdə həmin institutda “Beynəlxalq münasibətlər üzrə mühazirəçi” ixtisasını almış, 1984-cü il Bakı şəhərində, AMEA –nın Tarix institutunda “XIX əsrin 70-90-cı illərində Azərbaycanda aqrar münasibətləri və kəndlilərin vəziyyəti”, mövzusunda namizədlik, 2011-ci ildə isə AMEA-nın Naxçıvan bölməsində “XIX və XX əsrin əvvəllərində Naxçıvanda siyasi vəziyyət, regionun sosial-iqtisadi və mədəni inkişafı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1989-cu ildən dosentdir.

1964-1966-cı illərdə Ermənistan SSR Əzizbəyov(Soylan) rayonunda fəhlə. 1970-1973-cü illərdə NDPİ-da müəllim, 1974-1975-ci illərdə həmin institutda tədris hissə müdiri, 1974-1978-ci illərdə müəllim, 1982-1986-cı illərdə baş müəllim, 1984-86-cı illərdə Tarix kafedrasının müdiri, 1987-1990-cı illərdə baş müəllim, 1992-ci ildə NDU-da dosent, 1994-1998-ci tarix-filologoia fakultəsinin dekan müavini, 1998-2006-cı illərdə Humanitar fakultənin dekanı, 2006-cı ildən bü günə kimi Azərbaycan tarixi kafedrasının müdiridir. "Naxçıvan tarixi" (3 cilddə) adlı kitabın XIX əsr və XX əsrin əvvəlini əhatə edən fəsillərin müəllifi və rəhbəridir. NDU-nun Elmi əsərləri və AMEA Naxçıvan bölməsinin "Xəbərlər" jurnalının redaksiya heyətinin üzvüdür. 2013-cü ildən Naxçıvan Dövlət Universitetinin professoru, 2014-cü ildən isə AMEA-nın müxbir üzvüdür



Elmi əsərləri
Naxçıvan Muxtar Respublikası 1991-2001-ci illərdə. Bakı: Qismət, 2002. 310 s.
Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində. Bakı: Elm, 2008. 327 s.
Dərələyəzin taleyi, şəhidlər və döyüşçülər. Bakı: Qismət, 2010. 316 s.
Азербаджанская деревня в последней трети XIX в. (По материалaм Нахичеванского и Шарур Даралагезского уездa) Elm 2010. 402 s.
Azərbaycan tarixinin yeni dövrü üzrə magistr hazırlığı üçün proqram. Bakı: Elm nəşriyyatı.
"Naxçıvan tarixi" (Dərslik),
"Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi və mədəni inkişaf" (Dərs vəsaiti) (2001-2012),
"XIX əsrin ikinci yarısında Naxçıçvanda aqrar münasibətlərə dair",
"Xanlıqlar dövründə Naxçıvan, ermənilərin azərbaycanlılara qarşı yapmış olduğu soyqırımlardan biri"(1905-1906-cı illər),
"Gülüstan müqaviləsindən sonra Rusiyanın Naxçıvana münasibəti",
"Naxçıvan bölgəsi Azərbaycan tarixinin akademik nəşrində".


Tarix: 05.02.2015 / 16:24 Müəllif: Feriska Baxılıb: 72 Bölmə: Qərbi Azərbaycan