beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vüqar Hüseynov (II)

Vüqar Məsim oğlu Hüseynov - “Azəri-Press” İnformasiya Agentliyində baş redaktor

Həyatı
1976-cı il iyulun 27-də Ermənistan Respublikası Amasiya rayonu Güllübulaq kəndində anadan olub.

1982-ci ildə Gəncə şəhər 3 saylı orta məktəbə gedib, 1992-ci ildə Bakı şəhər 260 saylı orta məktəbi bitirib.

1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun “Sosial-siyasi nəzəriyyələr” fakültəsinə daxil olub, 1997-ci ildə həmin institutu politoloq ixtisası üzrə bitirib.

“Vətəndaş”, “Rezonans”, “Vətəndaş Həmrəyliyi”, “Millət”, “Mərkəz”, “Xalq Cəbhəsi” qəzetlərində müxbir, şöbə müdiri, redaktor vəzifələrində işləyib.

2004-cü ildən “Azəri-Press” İnformasiya Agentliyində baş redaktor kimi çalışıb.

2012-ci ilin noyabrında "APA Holding"in I vitse-prezidenti təyin olunub.

Vüqar Məsimoğlu (Hüseynov) 6 sentyabr 2013-cü ildə “APA-Holdinq” MMC-yə daxil olan APA TV-yə baş direktor vəzifəsinə təyinat alıb.

Ailəlidir, iki övladı var.


Tarix: 05.02.2015 / 16:09 Müəllif: Feriska Baxılıb: 71 Bölmə: Qərbi Azərbaycan