beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uzun və bərk kirpiklər üçün nə etməli?

Uzun kirpiklər üçün nə etməli?

Gözün üst qapağında 8-12 mm uzunluğunda 90-160, alt qapağında isə 6-8 mm uzunluğunda 75-80 kirpik var.
Kirpiklərin tökülməməsi və qırılmaması üçün hər gecə yatmamışdan öncə gözünüzdən tuş ve kölgəni silin. Təəssüf ki, bu sadə qaydaya əməl etməyi bir çoxları unudur. Gözlərdən makiyajı silmək üçün göz üçün nəzərdə tutulmuş moloçko və losyondan istifadə edin. Adi vasitələr qızartı və qıcıqlanma verə bilər. Makiyajı temizləyəndən sonra gözünüzü qara çay dəmi ilə silin. Bu, kirpikləri möhkəmləndirəcək. Kirpiklərin sıx ve yumşaq olması üçün bitki kompreslərindən mütləq istifadə olunmalıdır. Peyğəmbərçiçəyi (açıq göy rəngli çöl çiçəyi), kalendula və qara çay cövhərindən hazırlanan kompres öz effektliyini verir. Pambıq tamponu bu cövhərlə isladıb göz qapağınızda 15-20 dəqiqə saxlayın. Kompresi həftədə bir dəfə etmək mütləqdir.

Kirpiklərin uzun olması üçün "yağlı" reseptlər

Yağlarla müalicə zamanı tuşdan istifadə etmək məsləhət deyil.

1.Gənəgərçək yağını hər gün yatmamışdan qabaq kirpiklərinizə sürtün. Bu, onları bərkidir ve sıxlaşdırır.
2.Badam və şaftalı yağı kirpiklerin rəngini tündləşdirir və onları uzadır.
3.1 ç.q. gənəgərçək yağı, 1 ç.q. buğda toxumu və 3 damcı dimeksid qarışığını günaşırı kirpik köklərinə vurun. Bunu 2 ay davam etdirin.
4.8 q vazelin, 5 q genəgərçək yağını qarışdırıb gündə 2 dəfə kirpikərinizə sürtün. Onlar parıldayacaq, tökülməyəcək.


Tarix: 29.12.2012 / 18:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 197 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri