beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üz və boyun nahiyəsi üçün ev maskaları

Hər bir xanım həmişə gözəl görsənmək istəyir. Lakin heçdə həmişə gözəllik salonlarına getmək imkanı olmur. Sizlərə ev şəraitində sizə kömək olacaq maskalar təqdim edirik.

Bitki yağından maska
Bu quru dərini nəmləndirmək üçün ən sadə bir o qədərdə ən effektiv bir vasitədir. Az bir bitki yağını ilıq vəziyyətə gətirin. Parçanı və ya xüsusi pambıqları isladaraq üzünüzü 20 dəqiqəlik örtün. Sonra üzdəki yağ qalıqlarını suda isladılmış pambıq ilə təmizləyin. Belə bir proseduru 3-4 gün aralıqla etsəniz, üzünüz daim nəmliyini qoruyacaq.

Limondan maskalar
Bu maska üzü təmizləyir, nəmləndirir və vitaminlə qidalandırır. 1 stəkan unu süd ilə xama halına gələnə gədər çalın, 1 limon şirəsini əlavə edin. Sonra alınmış qarışımı cünayıdan süzərək, üzünüzə 25 dəqiqəlik qoyun. Soyuq su ilə yuyun. Maskanı həftədə 1-2 dəfə etmək olar. Limon ağardıcı xassəyədə malikdir.

Maska xiyar ilə
Xiyar öz təmizləyici və nəmləndirici xüsusiyyəti nəticəsində kosmetoloqiyada geniş istifadə olunur. Xiyar 75% sudan ibarətdir. Xiyarı yumru-yumru kəsin üzünüzə qoyun, ya da qabığını üzünüzə sürtün. Xiyarı sürtkəçdən keçirin, lazımi qədər araq əlavə edib, 2 həftə saxlayın, cünayıdən keçirib, losyon kimi istifadə edin.

Gildən maska
Gil tozunu apteklərdən ucuz bir qiymətə əldə edə bilərsiniz. Gildən asılı olaraq, xamadan, bitki yağlarından, yumurtadan və sair maskalar düzəltmək olar. Bir qayda olaraq, bu qarışımlar haqqında gilin üzərində məlumat verilir.

Bal və süd ilə maska
Süd məxmərləşdirir, bal isə dərini qidalandırır, səpkiləri sakitləşdirir. Eyni miqdarda süd və balı qarışdırın, üzünüzə 15 dəqiqəlik sürtün. İlıq su ilə yuyun. Belə maskanı həftədə 1-2 dəfə eləmək olar. İstifadədən 1 ay sonra nəticələr görünməyə başlayacaq.

Şokoladdan maska
Şokolad bütün kosmetoloqiya sahələrində istifadə olunur. 1 xörək qaşığı ərinmiş şokoladın üzərinə 1 yumurta sarısı və 1 xörək qaşığı xama əlavə edin. Yaxşıca qarışdırın. 1 xörək qaşığı ilıq su əlavə edib, üzünüzə 15 dəqiqəlik sürtün. İlıq su ilə yuyun.

Araq ilə maska
Bu maska yağlı dəri sahibləri üçündür. Həftədə bir dəfə bu maskanın istifadəsi, dərinizin yağ parlaqlığını aradan qaldıracaq. 1 xörək qaşığı araq, 25 qr. quru yağsız süd, 1 limon şirəsini qarışdırın. Maskanı soyuducuda saxlayın, üzünüzə 15 dəqiqəlik vurub, nəm kağız dəsmalı ilə çıxarın, yumayın.

Kökdən maska
Kök şirəsini yoqurt və ya kefir ilə qarışdırın. Üzünüzə 15-20 dəqiqəlik sürtün, ilıq su ilə yuyun. Belə maskanı həftədə 1 dəfədən artıq istifadə etmək olmaz.


Tarix: 25.12.2012 / 20:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 595 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri